Elm və təhsil nazirinin müavini Ankara şəhərinə səfər edib
2 il əvvəl
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.
Aprelin 29-da nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib.
Görüşlər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.
Aprelin 30-da nümayəndə heyəti Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin (TAU) fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
