“Təbiətin sehrli rəngləri” adlı rəsm sərgisi keçirilib
Mayın 2-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Təbiətin sehrli rəngləri” adlı sərginin açılış mərasimi keçirilib.
Sərginin keçirilməsində əsas məqsəd tədris ili ərzində görülən işlərin yekun hesabatını təqdim etməkdən, təbiət və onun mühafizəsi mövzusunun təbliğindən ibarətdir. Heyvanların yaşayış tərzi və mühafizəsinə dair maarifləndirmə, insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanı göstərmək, həmçinin, bütün dünyada qeyd olunan Quşların Mühafizəsi Günü, Beynəlxalq Yer Günü, Ətraf Mühitin Mühafizəsi Günü, Ağac Günü kimi ekoloji tədbirlərə şagirdlərin diqqətini yönəltmək də sərginin əsas hədəfləri sırasındadır.
Sərgidə 5-16 yaş uşaq və gənclərin rəngkarlıq, qrafika, aplikasiya, kollaj, vitraj və ipək parça üzərində rəsm – batika texnikalarında işlədikləri 140-a yaxın rəsm və əl işləri nümayiş olunub. Batika texnikasında yaradılmış quşların təsviri dərnək üzvlərinin geyimlərində nümayiş etdirilib.
Sərgidə rəsm və əl işləri ilə yanaşı dərnək üzvlərinin iştirakı ilə sərginin mövzusunu əhatə edən intellektual və əyləncəli oyunlar, musiqili proqram da təqdim olunub.
Sərgi iştirakçıları müxtəlif hədiyyələr və diplomlarla təltif olunublar.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
