Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev Bakıdakı 247 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə diqqət və qayğısını, həmçinin təhsilin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirləri əks etdirən fotolardan ibarət stend qurulub. Qeyd edək ki, Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur. Diqqətə çatdırıldı ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları da hədiyyə ediləcək. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılıb. Bütün sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilib. Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı.   www.president.az

İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb

Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr 2016-cı il tarixlərində pilot olaraq, Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb. “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: 1. Təhsil haqqında sənədin əsli; 2. Tibbi arayış; 3. Şəxsiyyət vəsiqəsi (surəti); 4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; 5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);   İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı

Məktəb yarmarkası keçiriləcək

8-11 sentyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Yasamal Rayon Bələdiyyəsi və Milli Ensiklopediya Mərkəzinin dəstəyi ilə Community.az portalı tərəfindən “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb yarmarkası keçiriləcək. “Şərq-Qərb” nəşriyyatı, “Sağlam ailə” tibb mərkəzi, “SOS” Uşaq kəndləri, “Dərs Evi” tədris mərkəzi, “Standard İnsurance”, “Antaris” məktəb ləvazimatları şirkətlərinin iştirakı ilə keçiriləcək yarmarka Milli Ensiklopediya Mərkəzində (“Book Cafe”) baş tutacaq. Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etməsinə yardımçı olmaqdır. Burada məktəb ləvazimatları, dərslik, kitabların satışı və müxtəlif həvəsləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur. Məktəb yarmarkası qeyd olunan günlərdə saat 10:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək.

Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başa çatıb

10 avqust–5 sentyabr 2016-cı il tarixlərində tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu həyata keçirilib. Artıq tələbələrin transfer.edu.az elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb. Bu müddətdə 1061 nəfər tələbə portala müraciət edib. Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 51 tələbə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib. Qeyd edək ki, təhsil nazirinin “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə” əmrinə əsasən, bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb.

Prezident İlham Əliyev Bakıdakı 109 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırıldı ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranmışdı. Bunu nəzərə alaraq təhsil ocağının binasında dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir işləri görülüb. Məktəbin həyətində bu təhsil ocağının Qarabağ uğrunda döyüşlərdə şəhid olan məzunu Rəhilə Orucovanın büstü qoyulub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil işçiləri ilə görüşləri, həmçinin müxtəlif məktəblərin açılışı zamanı çəkilən fotolarından ibarət stend yaradılıb. Məlumat verildi ki, 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Sinif otaqlarının, o cümlədən fənn kabinələrinin hamısı müasir tədris avadanlığı ilə təchiz olunub. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur. Bu il məktəbi bitirənlərin 76 faizi ali məktəblərə qəbul olunub. Beləliklə, paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin müəllim və şagird kollektivi sentyabrın 15-də yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayacaq. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının inşası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığını nümayiş etdirir. Paytaxtdakı 109 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.    www.president.az

Prezident İlham Əliyev Bakıdakı 229 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Təhsil ocağının həyətində bu məktəbin məzunu Milli Qəhrəman Yuri Kovalyovun barelyefi qoyulub. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu təhsil ocağının üçmərtəbəli binasında yaradılan şərait şagirdlərin biliklərin əsaslarına daha dolğun yiyələnmələrinə, müəllimlərin tədris prosesini müasir proqramlar əsasında aparmağa imkan verəcək. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Buradakı fənn kabinələri, laboratoriyalar və digər otaqlar zəruri dərs ləvazimatı ilə təchiz olunub. Məktəbdə şagirdlərin qidalanmaları üçün bufet də yaradılıb. Təhsil ocağının akt və idman zalları da müasir standartlar səviyyəsində qurulub. Məktəbin şagirdləri və məzunları arasında prezident təqaüdçüləri, müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri var. Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.   www.president.az

Prezident İlham Əliyev Xətai rayonundakı 265 nömrəli məktəbdə əsaslı təmirdən sonra görülən işlərlə tanış olub

Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq. Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məlumat verildi ki, bu təhsil ocağı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib. Məktəbin həyətində bu təhsil ocağının məzunu şəhid Miryusif Yusifovun xatirə lövhəsi qoyulub. Bu məktəb 1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək heç vaxt bu cür əsaslı təmir işləri aparılmayıb. Təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotostend qurulub. Burada, həmçinin dövlətimizin başçısının Xətai rayonundakı təhsil ocaqlarında olduğu zaman çəkilən fotoları da var. Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub. Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var. Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. 2015-2016-cı tədris ilində məktəbi 54 şagird bitirib ki, onlardan 24 nəfəri tələbə adını qazanıb. Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.   www.president.az

Prezident İlham Əliyev Bakıdakı 245 nömrəli məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 245 nömrəli tam orta məktəbin əsası 1968-ci ildə qoyulub. Uzun illər təmir olunmayan məktəbdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri görülüb. 1800 şagird yerlik məktəbdə tədris iki növbəli sistemdə Azərbaycan və rus dillərində aparılır. Hazırda burada 80 sinifdə 2111 şagird təhsil alır. Şagird sıxlığı təbii ki, təlim-tədrisin vəziyyətinə təsirsiz ötüşmürdü. Bu və digər obyektiv amillər nəzərə alınaraq 2014-cü ildə məktəb üçün yeni korpusun inşasına başlandı. Dövlət proqramına əsasən iki il ərzində görülən tədbirlər nəticəsində 2630 kvadratmetr sahəsi olan yeni korpusun inşası yüksək səviyyədə başa çatdırıldı. Yeni korpus 20 sinif otaqlı olmaqla 576 şagird üçün nəzərdə tutulub. Bütün sinif otaqları zəruri tədris ləvazimatları, əyani vəsaitlərlə təchiz olunub. Bununla da məktəb yeni tədris ilində şagirdləri daha keyfiyyətli təlim-tədrislə təmin etməyə hazır vəziyyətə gətirilib. Prezident İlham Əliyev məktəbin akt və idman zalına da baxdı. Bildirildi ki, məktəbdə 189 işçi çalışır, şagirdlərin təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Öz uğurlarını getdikcə artıran məktəbi 2015-2016-cı tədris ilində 127 şagird bitirib. Onlardan 76 nəfəri bu il yüksək nəticə göstərərək müxtəlif ali məktəblərə qəbul olunub. Bununla da ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi konsepsiya bu məktəbin timsalında da öz uğurlu bəhrəsini verməyə başlayıb.   www.president.az

Qəbələdə ilk peşə-ixtisas təhsilinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 2-də Qəbələdə Təhsil NazirliyiBMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Qəbələ Peşə Məktəbində tətbiqi planlaşdırılan “Kənd təsərrüfatı üzrə yeni ixtisasların təqdimatı” keçirilib. Tədbirdə rayon ictimaiyyəti və idarəetmə orqanlarının təmsilçiləri, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Regional Kənd Təsərrüfatı İdarəsi və özəl sektorun nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi görülən işlər haqqında rayon ictimaiyyətini və hədəf qruplarını məlumatlandırmaq və Qəbələ Peşə Məktəbi ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə dəstək verməkdən ibarətdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev layihənin rayon üçün əhəmiyyətindən söhbət açıb. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov Qəbələ Peşə Məktəbinin yenidən qurulması üzrə həyata keçirilən tədbirlər və bu istiqamədə beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələr haqqında məlumat verib. P.Yusifov Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış kənd təsərrüfatı ixtisasları üzrə Müasir Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirildiyini, yeni tədris korpusu, emalatxana və təlim kabinetlərinin tikinti işlərinin davam etdirildiyini vurğulayıb. Layihə çərçivəsində əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların və dərs vəsaitlərinin hazırlanması, müəllim-pedoqoji heyəti üçün təlimlərin təşkili planlaşdırılır. BMT-nin İnkişaf Proqramının nümayəndəsi Eltəkin Ömərov “Böyük Qafqaz landşaftında dayanıqlı torpaq və meşə idarəçiliyi” layihəsi və “EC ClimaEast Pilot” layihəsi, “İqlim dəyişikliyinə ekosistem əsaslı yanaşma” layihəsi çərçivəsində "Heyvandarlıq mütəxəssisi" ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması haqqında məlumat verib. Tədbirdə BP şirkətinin maliyyələşdirdiyi “Kənd Təsərrüfatında Yeni Peşə İxtisaslarının Hazırlanması” layihəsi çərçivəsində “British Counsil” təşkilatı tərəfindən “Bitkiçilik mütəxəssisi" və “Aqroservis mütəxəssisi” ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması haqqında da məlumat verilib.

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb. “ASAN İntellektual” inkişaf mərkəzi bölgə gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün ən müasir imkanlara sahibdir. Mərkəzdə region, ölkə və beynəlxalq miqyaslı tədbir və yarışlar təşkil ediləcək, bütün növ intellektual oyunların təşkili, gənclərin intellektual inkişafı, savad və dünyagörüşlərinin artırılması dəstəklənəcək. Həmçinin, gənclərin karyera qurmaları üçün onlara lazım olan bilik və bacarıqların aşılanması diqqət mərkəzində saxlanılacaq. Mərkəzdə İntellektual oyunlar klubu, Kitabxana və interaktiv oxu zalı, Karyera və treninq mərkəzi, Şahmat klubu, Debat və ritorika klubu və Uşaq yaradıcılıq dərnəklərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. İntellektual oyunlar klubu Masallı, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik rayonlarında intellektual oyunlar (“Nə? Harada? Nə zaman?”, breyn-rinq və s.) üzrə mütəmadi regional çempionatın keçirilməsi, məktəb liqaları, regional və respublika miqyaslı müxtəlif turnirlərin (Azərbaycan çempionatı və Azərbaycan Kuboku) təşkil edilməsi ilə məşğul olacaq. Kitabxana və interaktiv oxu zalı müxtəlif dillərdə ən yeni kitablar və ən müasir tələblərə cavab verən oxu zalı ilə bölgə əhalisinə xidmət göstərir. Eyni zamanda, kitabxanada klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin xüsusi elektron kitab formatına salınması konsepsiyasına start verilməsi nəzərdə tutulub. Kitabxanada məşhur yazıçı və şairlərlə görüşlərin təşkili və yeni kitabların təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Karyera və treninq mərkəzində öyrədənlər üçün müxtəlif mövzularda mütəmadi kurs və treninqlərin təşkil edilməsi (İT, rus və ingilis dilləri, mühasibat və s.), iri şirkət nümayəndələrinin iştirakı ilə “karyera günlərinin” keçirilməsi və gənclərə müxtəlif sahələrdə praktiki biliklərin verilməsi planlaşdırılır. Mərkəz eyni zamanda, xaricdən dəvət edilmiş mütəxəssislərin mühazirələri və bu kimi digər maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə məşğul olacaqdır. Karyera mərkəzində gənclərə peşə seçimi, karyera planlaşdırılması ilə bağlı peşəkar tövsiyələrin verilməsi də həyata keçiriləcəkdir. Şahmat klubunun əsas məqsədi gənc istedadlı şahmatçıların üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi və regionda şahmat oyununun populyarlaşdırılmasıdır. Bu məqsədlə, mütəmadi olaraq gənc şahmatçıların blits-turnirlərinin, yoldaşlıq oyunlarının təşkil edilməsi nəzərdə tutulur. Bundan əlavə, şahmat üzrə rayon, bölgə və respublika birinciliklərinin keçirilməsi də planlaşdırılır. Uşaq yaradıcılıq dərnəkləri bölməsində Təsviri incəsənət, Tətbiqi incəsənət, Diyarşünaslıq, Ekoloji dərnək və Toxuma dərnəkləri fəaliyyət göstərəcək. Debat və ritorika klubunun fəaliyyətinin əsas məqsədi gənclərdə nitq mədəniyyətini inkişaf etdirmək, müxtəlif mövzularda sərbəst müzakirələr aparmaq, onlara təqdimat bacarıqları və irihəcmli məlumatlarla iş vərdişləri aşılamaqdır. Proqram gənclərin maarifləndirilməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, arqumentləşdirmə, inandırma, natiqlik sənəti, tənqidi təfəkkür, kreativ düşüncə, şəbəkələşmə, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanacaq.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı