Prezident İlham Əliyev Bakıdakı 247 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradılıb.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə diqqət və qayğısını, həmçinin təhsilin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirləri əks etdirən fotolardan ibarət stend qurulub.
Qeyd edək ki, Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur.
Diqqətə çatdırıldı ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları da hədiyyə ediləcək. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılıb. Bütün sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilib.
Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı.
8 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31