Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Diaqnostik qiymətləndirmə davam edir

Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 22-də davam etdirilib. Ötən gün diaqnostik qiymətləndirmədə 2400-ə yaxın, bu gün isə 2500-dən çox müəllim iştirak edib. İki gün ərzində keçirilən imtahanlara Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, coğrafiya, fiziki tərbiyə və ibtidai sinif müəllimləri qatılıb. Quba Olimpiya İdman Kompleksində təşkil olunan diaqnostik qiymətləndirmədə  Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edir. Eyni zamanda ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Qeyd edək ki, Qubada keçirilən diaqnostik qiymətləndirmə noyabrın 23-də də davam edəcək.

Baxış-müsabiqəsi Gəncə şəhərində davam etdirilib

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi Gəncə şəhərində davam etdirilib. Müsabiqənin keçirilməsində məqsəd gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır. Həmçinin Nizami Gəncəvinin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, xalq mahnılarının təbliğ olunmasını və ifaçılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Münsiflər heyəti əvvəlcə Nizami Gəncəvi məqbərəsini və muzeyini ziyarət edib, Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yeni istifadəyə verilmiş binası və burada təhsil alan uşaqların yaradıcılığı ilə yaxından tanış olublar.  Daha sonra Gəncə şəhərində fəaliyyət göstərən 33 ümumtəhsil və məktəbdənkənar təhsil müəssisəsində təhsil alan 11–17 yaşlı uşaq və gənclərin çıxışları dinlənilib. Münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 56, ifaçılıq üzrə 7 nömrəyə baxılıb və qiymətləndirilib. Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsi 25-30 noyabr 2016-cı il tarixlərində Təsviri Sənət Qalereyasında keçiriləcək. İstedadlı uşaq və gənclərin müsabiqədə fərqlənən ən yaxşı nümunələrinin yekun baxışı və təltif edilməsi cari ilin dekabr ayının sonunda təşkil edilməsi nəzərdə tutulub. Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçirilir.

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi başa çatıb

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin 8 zona mərhələsində 8 nominasiya üzrə 1500 iştirakçıdan 100 məktəbli yekun mərhələsində iştirak edib. Respublika üzrə 31 şəhər və rayon bu müsabiqədə qeydiyyatdan keçib. İştirakçıların il ərzində apardıqları müşahidələr haqqında məlumatlar, becərilən kənd təsərrüfatı bitkiləri və fotoşəkillər Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunub. Bir il ərzində məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsinə dair nәzәri vә praktik biliklәr öyrәniblər. Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Seymur Səfərli, Milli Məclisin sektor müdiri Şamil Hüseynov, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış edәrәk ölkәmizdә aqrar sektorun inkişafından vә gәnc nәslin bu istiqamәt üzrə  fəaliyyətindən danışıblar. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir. Müsabiqə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilib. Sonda gənc tədqiqatçılar qızıl medal, diplom və sertifikatlara layiq görülüblər.  

Ağır atletika üzrə Azərbaycan Kuboku yarışında yüksək nəticə

Ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku yarışı keçirilib. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200 nəfərə yaxın atlet çıxış edib. “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvü Allahyar Abışov 62 kq çəki dərəcəsində mübarizədə 251 kq (114+137) nəticə ilə bütün rəqiblərini üstələyərək çempion adını qazanıb. Mərkəzin digər üzvləri 77 kq çəki dərəcəsində Əfqan Bayramov II yerə, 85 kq çəki dərəcəsində Salar Ümüdov II yerə, 94 kq çəki dərəcəsində Kamran Beskov isə II yerə layiq görülüb.

“Olympic Moves” idman proqramının yeni mövsümünə start verilib

Noyabrın 21-də Mili Olimpiya Komitəsində (MOK) “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib. Tədbirdə “Olympic Moves” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş video-çarx nümayiş olunub. Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbiri giriş sözü ilə açaraq cari mövsümdə proqram çərçivəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının mühafizəsində “Olympic Moves” proqramının böyük rolu olduğunu qeyd edib. Ötən il kütləvi xarakter daşıyan proqramda Bakı şəhərindən 60 minə yaxın şagirdin iştirak etdiyini vurğulayan təhsil naziri bu il layihənin Bakı, Gəncə, Göygöl, Sumqayıt olmaqla 100 min şagirdi əhatə edəcəyini bildirib.  Mikayıl Cabbarov bildirib ki, sözügedən proqram idmanın kütləviliyini təmin etməklə təhsil sistemində ənənəvi akademik dəyərlərin təbliği ilə yanaşı, şagirdlərdə sağlam həyatın, idman rəqabətinin, komanda ruhunun aşılanmasına xidmət edir. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel  isə sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini nəzərə çatdırıb. Tədbirdə MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti arasında “Olympic Moves” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun imzalanması məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı 2015” Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır. Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunan məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə qoyulub.  

Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunub

Noyabrın 19-da Masallı şəhərindəki “ASAN həyat” kompleksində Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Masallı rayonu və kəndlərində yaşayan sosial həssas təbəqədən olan uşaqların istək məktublarına əsasən onlara hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyadılması, xoş və yaddaqalan gün təşkil edilməsi olub. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional şöbəsinin müdiri Zöhrab Həsənov çıxış edərək Beynəlxalq Uşaq Hüquqları Gününün əhəmiyyətindən danışıblar. Daha sonra ASAN Kino Klubda cizgi filmi nümayiş olunub. Təhsil Nazirliyi tabeliyində olan uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri uşaqlar qarşısında rəqs nömrələri ilə çıxış ediblər. “ASAN məktub” vasitəsi ilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş 52 istək məktubunun hədiyyələri sahiblərinə çatdırılıb. Həmçinin, Təhsil Nazirliyi “BİR” Tələbə Könüllüləri tərəfindən uşaqlara əlavə hədiyyələr təqdim olunub. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “BİR” Tələbə Könüllülər, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə təşkil olunub.  

Güləş üzrə respublika birinciliyi keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib. Respublika birinciliyi 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunub. Birinciliyin keçirilməsində əsas məqsəd mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək və bu idman növünə uşaqların marağını artırmaqdan ibarət olub. Sərbəst güləş üzrə yarışlarda ümumilikdə 300-ə, yunan-Roma güləşi üzrə yarışlarda isə 280-ə yaxın idmançı mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən sərbəst güləş üzrə komanda hesabında I yeri Abşeron Uşaq Gənclər İdman Mərkəzinin (UGİM), II yeri “Təhsil” RİM-in 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzinin  (RİOEUGİM), III yeri Siyəzən rayon Uşaq-Gənclər İdman Mərkəzinin (UGİM) komandaları qazanıb.  Yunan-Roma güləşi üzrə isə komanda hesabında I yeri “Təhsil” RİM-in 1 saylı RİOEUGİM-in, II yeri Beyləqan rayon UGİM-in, III yeri isə “Təhsil” RİM-in Sumqayıt filialının  komandaları  tutublar.

Tələbələr arasında Breyn Rinq üzrə respublika çempionatı

Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatı keçirilib. Yarış Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi  ilə Masallı “ASAN” İntellektual İnkişaf Mərkəzində təşkil edilib. Çempionatın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəsil arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır. Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu, multikulturalizm və tolerantlıq sahəsində görülən işləri yarış iştirakçılarının diqqətinə çatdırıblar. Daha sonra yarışlara start verilib. Maraqlı mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Bakı Dövlət Sosial İqtisadi Kolleci 1-ci yer, Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci 2-ci yer, Astara Pedaqoji Kolleci isə 3-cü yeri tutub. Qaliblər Təhsil Nazirliyi, Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verildi

Noyabrın 21-də Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək. Eyni zamanda ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər. Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.  

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə

21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur. Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərdən şəxsiyyət vəsiqəsinin əslini təqdim etmək tələb olunur.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı