Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Dekabrın 2-də təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Dekabrın 2-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təminatında  akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri,  ali təhsil müəssisələrinin rəhbərləri, təhsil üzrə yerli və beynəlxalq ekspertlər, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak edib. Konfransın məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər və uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Təhsil naziri Mikayıl Cabbarov təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların əhəmiyyətini qeyd edib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin yaradılmasından danışan Mikayıl Cabbarov bildirib ki, idarənin formalaşdırılması ilə paralel tənzimləyici sənədlər üzərində də işə başlanılıb. Yeni akkreditasiya qaydaları Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinə əsaslanır. Nazir bildirib ki, konfransdan əsas gözləntilərimiz Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə beynəlxalq akkreditasiya agentlikləri və təşkilatları arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinin aparılması və təhsildə keyfiyyətin yüksədilməsi istiqamətində uğurlu təcrübələrin ölkəyə gətirilməsidir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis əvəzi Samir Vəliyev, Qazaxıstanın Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyinin prezidenti Şolpan Kalanova, Gürcüstanın Təhsilin Keyfiyyətinin Yaxşılaşdırılması üzrə Milli Mərkəzinin direktoru Tamar Sanikidze, Rusiyanın Ali Təhsildə Keyfiyyətin Təminatı və Karyeranın İnkişafı Agentliyinin direktoru Erika Soboleva və Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzinin Ali təhsil şöbəsinin müdiri Helka Kekalaynen təhsildə keyfiyyətin təminatı sisteminin qurulmasından danışıb və öz təcrübələrini bölüşüblər. Daha sonra konfrans panellərdə öz işini davam etdirib. Panel sessiyalarda Avropa Universitetləri Assosiasiyasının, Latviya, Böyük Britaniya, Almaniya, Gürcüstan və Finlandiyanın aparıcı akkreditasiya agentliklərinin, eləcə də Xəzər UniversitetiAzərbaycan Dillər Universitetinin nümayəndələri tərəfindən məruzələr edilib.  

İKT sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb

Dekabrın 1-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil və Kənd Təsərrüfatı nazirlikləri ilə Çinin İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə İKT avadanlıqlarının təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək. İmtahanlar 3 gün davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 7500 nəfərədək müəllim iştirak edəcək. Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Göygöldə keçirilən diaqnostik qiymətləndirməyə cəlb ediliblər. Eyni zamanda ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar.  

Noyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13568 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 13568 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 10291 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,3 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3277 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1582 sənəd (484 ərizə, 727 məktub, 371 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrində uşaqların yerdəyişməsi, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2 060 zəng), çərşənbə axşamı (2607 zəng) və çərşənbə (2061 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (754 müraciət) və cümə (714 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

“Maarifçi” Tələbə Kredit Fondu daha bir universitetlə müqavilə imzalayıb

  “Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin aztəminatlı ailələrdən olan tələbələri fondun təqdim etdiyi təhsil kreditlərindən yararlana biləcək. “Maarifçi” Tələbə Kredit Fondu artıq 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Dillər UniversitetiAzərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAzərbaycan Texniki UniversitetiAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Memarlıq və İnşaat UniversitetiBakı Dövlət UniversitetiBakı Slavyan UniversitetiGəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Müəllimlərinin “Qızıl parçası” adlandırdığı tələbənin “Uğur formulu”

Təhsil Nazirliyi  və  “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Murad Abasovdur. Murad Abasov 1998-ci ildə Bakı şəhərində musiqiçi ailəsində doğulub. İlk təhsilini 244 nömrəli tam orta məktəbdə alıb. Kiçik yaşlarından musiqiyə meyli olan Murad ilk musiqi təhsilini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında alıb. 11 il pedaqoq Ayşə Əliyevanın tələbəsi olub. Hazırda Almaniyanın Trossingen Dövlət Musiqi Universitetində fortepiano ixtisası üzrə təhsilini davam etdirir. Murad bu ilin 23-27 may tarixlərində Almaniyanın Myulakker şəhərində “Baden-Vyurtenberqdə musiqi istedadları” adlı Beynəlxalq müsabiqədə iştirak edib və ən yüksək mükafat olan “Assoluto”ya layiq görülüb. Müsabiqənin münsiflər heyətinin üzvü Tamara Poddubnaya onun ifasını yüksək qiymətləndirərək öz sinfində təhsil almaq üçün ABŞ-ın Long İsland Konservatoriyasına (Loung İsland Conservatory) dəvət edib. Respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü, pianoçu Muradı müəllimi, professor Tomislav Baynov “Gold Stück - Qızıl parçası” adlandırır. - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsil mənə klassik musiqini daha dərindən öyrənməyə birbaşa vasitə oldu. Çox şadam ki, Almaniyadakı təhsil ümidlərimi doğruldaraq istədiyim nəticələri əldə etməkdə mənə kömək edir. “Baden-Vyurtenberqdə musiqi istedadları” adlı beynəlxalq müsabiqədə mən ən yüksək mükafata layiq görülməklə yanaşı, Almaniyanın Myulakker şəhərində solo konsert vermək üçün təklif aldım, eləcə də 28-31 iyul tarixlərində Almaniyada keçirilən daha bir beynəlxalq müsabiqəyə dəvət olundum. İştirakçılar arasında ən kiçik yaşlı ifaçı (18–35 yaş) və yeganə azərbaycanlı idim. Burada da çox böyük nəticələr əldə edərək ən yüksək balla I yerə layiq görüldüm. Məhz bu çıxışım Almaniya mətbuatında “Ən böyük alqışa səbəb olan ifa” başlığı ilə dərc olundu. - Niyə məhz bu ixtisası seçdiniz? - Musiqi duyumum və musiqiyə olan sonsuz həvəsim məni bu ixtisası seçməyə vadar etdi. Mən daha çox klassik musiqiyə qulaq asıram. Klassik musiqi ilə çox kiçik yaşlarımdan tanışam. Valideynlərimin də fortepianoda ifa etməyi məni çox həvəsləndirib. Musiqisiz həyatı düşünə bilmədiyim üçün məhz bu ixtisası seçdim. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - İştirak etdiyim tədbirlərə hər zaman Azərbaycan bayrağı ilə gedirəm. Qalib gəldiyim müsabiqələrdə Azərbaycan bayrağı dalğalanır. Öz ifalarımda Azərbaycan musiqisini tanıdıram. Burada bir çox tanınmış musiqiçilər Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə kimi dahi sənətkarlarımızı tanıyırlar. Bu, mənə qürur hissi verir. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllim-tələbə münasibətləri Almaniyada çox yüksək səviyyədədir. Müəllimlə tələbə arasında qarşılıqlı hörmət var. Biz istədiyimiz zaman müəllimlərimizlə əlaqə yaradır, onlardan kömək istəyə, fikirlərimizi bölüşə bilirik. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bəli, əlbəttə, razıyam. Burada çoxsaylı əcnəbi tələbə təhsil alır. Zamanımız çox olmadığı üçün bir yerə toplaşa bilmirik. Amma vaxt tapan kimi futbol oynayırıq. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Əslində boş vaxtlarım çox azdır, lakin asudə vaxtlarımda idmanla məşğul oluram, yaxın şəhərlərə gedirəm, müsabiqələrə və ustad dərslərinə qatılmağı sevirəm. Ustad dərsləri mənim üçün bilik, yarışlar isə təcrübədir. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Xaricdə təhsilimi bitirdikdən sonra vətənə geri dönüb biliklərimi tələbələrlə bölüşmək niyyətindəyəm. Eyni zamanda müxtəlif ölkələrdə solo konsertlər verərək Azərbaycanı tanıtmağa davam edəcəyəm. Ölkəmizi layiqincə təmsil etmək və bayrağımızı ucaltmaq üçün bundan sonra da var gücümlə çalışacağam. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Həmyaşıdlarıma arzularının ardınca gedərək reallaşdırmağı tövsiyə edirəm. Azərbaycanlı tələbələrin hər birinin özlərinə inandığını görmək istəyirəm. Fikrimcə, musiqi təhsili alan tələbələr sadəcə öz ixtisaslarına deyil, musiqinin bütün sahələrinə diqqət yetirməlidir.   1news.az

“Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub

Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub. Yeni qaydalara görə, ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən məzunlara ümumi orta təhsil haqqında şəhadətnamə deyil, ümumi orta təhsil haqqında attestat (adi və ya fərqlənmə), tam orta təhsil səviyyəsini bitirən məzunlara isə tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və ya xüsusi nümunəli) veriləcəkdir. Təhsil sənədlərinin forma və məzmununda da müəyyən dəyişikliklər edilib. Belə ki, əvvəlki nümunələrdən fərqli olaraq, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı və təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) yazılacaqdır. Bununla yanaşı, tam orta təhsil səviyyəsində təmayül sinifdə təhsil almış şagirdlərin attestatında bitirdiyi sinfin təmayül istiqaməti ayrıca qrafada qeyd olunacaqdır.

Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək

2-4 dekabr 2016-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir. Qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər. Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər. Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşib

Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə ekspertlər tərəfindən baxılıb. Ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 1220 layihədən 325-i nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.  Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.    Müsabiqəyə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.               Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.             2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə 6000-dən artıq layihə təqdim olunub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı