Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Vətən şəhidləri ilə ucalar” adlı anım tədbiri

Təhsil Nazirliyinin  Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyində anım tədbiri keçirililib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda vətənə məhəbbət, doğma torpağa bağlılıq, qan yaddaşımızın unudulmamasını aşılamaq olub. Anım tədbirində Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri kompozisiya nümayiş etdirib, şeir və  bayatılar söyləyiblər. Həmçinin “Təbəssüm” rəqs qrupunun ifasında “Bayraq” kompozisiyası nümayiş olunub.

İlk dərslər 20 Yanvara həsr edilib

Yanvarın 19-da paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunub. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açıblar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılıb, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səslənib. Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda fikir mübadiləsi aparılıb. Onu da qeyd edək ki, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti davam edir.

İspaniyada təhsil alan tələbə: xaricdə təhsil özümə olan güvəni artırdı, daha məsuliyyətli etdi - “Uğur formulu"

Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ülviyyə Orucovadır. Ülviyyə Orucova  1989-cu ildə Tovuz rayonunda anadan olub. 9-cu sinfə qədər Moskva şəhərində təhsil alan Ülviyyə 2005-ci ildə ailəsi ilə birlikdə Azərbaycana geri dönüb. Daha sonra Tovuz rayonu N. Tusi adına tam orta məktəbdə oxuyub. 2008-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İspan filologiyası fakültəsinə daxil olub. Magistratura səviyyəsindəki təhsilini də bu universitetdə alıb. Hazırda İspaniya Barselona Avtonom Universitetinin ispan filologiyası üzrə doktorantura səviyyəsində təhsil alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Mənim ixtisasım filoloq olduğuna görə xaricdə təhsil dil biliyimin mükəmməl olması üçün çox kömək edir. Baxmayaraq ki, Bakıda universiteti ispan filologiyası üzrə bitirmişəm, buraya gəldikdə çox çətinliklər çəkdim. Çünki universitetdə əsasən qrammatikaya üstünlük verilir, danışıq üçün isə praktika lazımdır və onu, əsasən həmin dilin daşıyıcısı ilə öyrənmək olar. Buraya gəldikdən sonra dil biliyim qat-qat artıb, artıq ispan mədəniyyətinə uyğunlaşmışam. Barselonaya gəldikdən sonra ispanlarla əlaqələr qururdum və onların dili, mədəniyyəti haqqında söhbət edirdim. Onlar mənə ispanlarla bağlı kitablarda olmayan və universitetdə dərs zamanı keçirilməyən xüsusiyyətlər haqqında danışırdılar. Doktorant olduğum üçün  arxivlərə və bütün kitabxanalara giriş mənim üçün açıq idi. Beləliklə, dil, mədəniyyət üzrə biliklərimi artırdım, yeni dostlar və tanışlar tapdım. İspaniyanın müasir həyatı, mədəniyyəti və danışıq dili ilə tanış oldum. Bir sözlə, istədiyimə nail oldum. - Niyə məhz bu ixtisası seçdiniz? - Çoxları soruşur nəyə görə bu ixtisası seçdim? Cavab çox sadədir, mən ispan dilini və onun mədəniyyətini çox sevirəm. Burada sadəliklə coşqunluq bir-biri ilə bağlıdır. İspan dilinin və mədəniyyətinin zənginliyi məni məktəbli vaxtlarımdan çox təəccübləndirib. Burada Avropa ilə Asiyanın arasında olan fərqləri, Şərq və Qərb problemlərini avropalıların gözləriylə görmək imkanı yarandı. Elmi işim bunları görmək və aydınlatmaq üçün mənə çox kömək edir. İspan dili tək İspaniya krallığında deyil, həmçinin Cənubi Amerikada və digər ölkələrdə də danışılır, bu dil ingilis dilindən sonra ən çox danışılan dildir. Azərbaycanda ispan mədəniyyəti çox inkişaf etməyib, ölkəmizdə bu xalqların mədəniyyətini və dilini tanıtmaq üçün peşəkar bir dil mütəxəssisi olmaq məqsədilə bu ixtisası seçdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - İspaniyadaki təhsili gördükdən sonra, Bakıda bitirdiyim M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almağın daha çətin olduğunu gördüm. Çox istərdim ki, bu belə də davam etsin. Çünki təhsil yüksək səviyyədədir və tələbələrin hər hansı biliyi əldə etmələri üçün müəllimlər çox çalışırlar. İspaniyada isə, düzünü deyim, təhsilə çox önəm vermirlər. Azərbaycanda təhsil almaq, demək olar ki, məcburiyyətdir, amma ispanlar üçün əlavə bir təcrübədir. Təhsilalanlar sırf bir istiqamətə yönəldilir, bizdə isə hərtərəfli öyrədilirlər. Mən bitirdiyim M.V.Lomonosov adına Moskva Dövlət Universitetində yalnız təhsilə deyil, həm də tələbələrin ölkədə və xaricdə tanıdılmasına üstünlük verilir. Buna görə tələbələri xaricə konfranslara və təcrübə proqramlarına göndərirlər. Universitetdə ədəbiyyat gecələri keçirilir, tanınmış yazıçılar, alimlər dəvət olunur və tələbələrlə söhbət edirlər. Tələbələrin əl işlərinin sərgisi keçirilir və sair. Bütün bunlara əsasən, deyə bilərəm ki, mən Bakıda da ən gözəl təhsili almışam. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Mən Azərbaycan diasporasının üzvü idim və hər bir tədbirdə universitetə xəbər verirdim, maraqlı olanlar iştirak edirdilər. Burada 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunub. Eləcə də Novruz bayramında mədəniyyətimizi, milli adət-ənənələrimizi tanıtmaq üçün tədbirlər keçirilir, milli mətbəximizi və geyimlərimizi sərgiləyirik. -  Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Doktorant olduğum üçün mənimlə iş yoldaşı və dost kimi rəftar edirlər, amma ümumi götürsək, tələbələrlə müəllimin əlaqəsi açıqdır. Bütün bunlar da təhsilin keyfiyyətinə təsir edən amillərdəndir. - Daha çox hansı çətinlikləriniz olub? - İlk çətinliyi Barselonaya yeni gələn zaman gördüm. Daha doğrusu, ilk dəfə kitabxanaya daxil olub, oradan kitab götürəndə başa düşdüm ki,  hər hansı bir dili öz ölkəsində öyrənmək daha yaxşıdır. Zamanla hər şey düzəldi. Onu da əlavə edim ki, Azərbaycanla İspaniyanın oxşarlığı çoxdur. Buna görə də burada çox darıxmıram. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Təhsil aldığım universitetdə əcnəbi tələbə çoxdur, ona görə mən ispanlardan heç seçilmirəm. Elə bilirlər ki, İspaniyadan, ya da Latın Amerikası ölkələrindənəm. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - İspaniya ilə müqayisə etsək, bəzi məqamlarda hətta deyərdim ki, Azərbaycanın təhsili daha güclüdür. Çünki bizdə insanlar çalışqandır, təhsilə önəm verir, məsuliyyətlidir və hərtərəfli hazırlanırlar. İspaniyada isə insanlar təhsili o qədər də vacib hesab etmirlər. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Vaxtım az olduğuna görə əlavə bir məşğuliyyətim yoxdur. Amma vaxt tapan zaman kitab oxuyuram, musiqi dinləyərək gəzirəm. Çalışdığım qədər konfranslarda çox oluram. Belə olduqda başqa şəhərləri görüb, onların mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Təhsilimi bitirdikdən sonra, Bakıya dönüb öz doğma universitetimdə işləməyi planlaşdırıram. Artıq elmi dərəcəm olacağına görə rahatlıqla istədiyim işlə məşğul ola bilərəm. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Xaricdə təhsil özümə olan güvəni artırdı, daha məsuliyyətli etdi. Hədəflərim genişləndi, qarşımdakı maneələr azaldı. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Dostlarıma və həmyaşlılarıma həyatda uğurlar arzu edirəm və demək istərdim ki, özlərinə, öz güclərinə inansınlar və hər zaman irəli getsinlər. 1news.az

Təhsil naziri Ərəb Gözdən Əlillər Federasiyasının sədrini qəbul edib

Yanvarın 18-də təhsil naziri Mikayıl Cabbarov Ərəb Gözdən Əlillər Federasiyasının sədri, Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti  Xalid bin Əli Əl-Nueymini qəbul edib. Görüş zamanı Azərbaycanda gözdən əlillər üçün həyata keçirilən təhsil siyasətinə dair fikir mübadiləsi aparılıb, həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırmış, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılmışdır. Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır. Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaqdır. Tələbələrdən universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində yarışlara start verilib

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində respublika birinciliyinin məktəbdaxili yarışlarına start verilib. İlkin olaraq Bakı şəhəri üzrə yarışlarda iştirak etmək üçün idman zalı olmayan məktəblər seçilib. Bu məqsədlə 8 ümumtəhsil məktəbinin komandası 96234 nömrəli tam orta məktəblərdə məktəbdaxili yarış keçirib. Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə idman zalı olmayan məktəblərin seçilməsi və yarışların keçirilməsi planlaşdırılır.  Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaqdır. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcəkdir. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.  Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb.  Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.  Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Stenfordda təhsil alan tələbəmiz: “Karyeramın izi ilə istənilən yerə gedəcəyəm” – “Uğur formulu”

Təhsil Nazirliyi1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “Uğur formulu” layihəsinin budəfəki qonağı Sona Allahverdiyevadır. Sona 1997-ci ildə Bakıda anadan olub. İlk üç il Dünya Xəzər Məktəbində, daha sonra iki il Bakı Oksford Məktəbində, 7 il isə Azərbaycan Beynəlxalq Məktəbində təhsil alıb. Burada Beynəlxalq bakalavr diplomu əldə edib. Sona hazırda dünyanın nüfuzlu Stenford Universitetində kompüter elmləri və sahibkarlıq üzrə təhsilini davam etdirir. - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Əlbəttə. Stenford Universiteti məni oxuduğum bütün fənlər üzrə güclü nəzəriyyə, həmçinin bütün sahələrdə praktiki biliklə təmin edir. Tədrisin çox hissəsi auditoriyada baş tutsa da, mən bir çox məlumatları yaşıdlarımdan öyrənirəm. Öz şirkətlərini yaradıb-yaratmamaları, səhm bazarında milyonlar qazanıb-qazanmamalarından və ya elmi tədqiqat sahəsinə nailiyyətlər əldə edib-etməmələrindən asılı olmayaraq Stenforddakı hər bir tələbə yoldaşımdan nə isə öyrənirəm. - Niyə məhz bu ixtisası seçdiniz? - Stenforddakı ilk rüb ərzində kompüter elmlərini çox bəyəndim. Kompüter elmləri məni heç bir fənnin edə bilmədiyi qədər təşviq və cəlb edir. Məncə, kompüter elmləri yaradıcılıq və hesablamanın vəhdətidir, kəsişmə nöqtəsində isə texnologiya vasitəsilə nəyisə heyrətamiz etmək durur. Kompüter elmlərini oxuyarkən mənə elə gəlir ki, mən mümkünlüyün sərhədini keçərək qeyri-mümkünlüyə addım atıram. Düzdür, bu çətin, bəzən isə qeyri-mümkün görünə bilər, amma nəticə etibarı ilə hansısa məhsulu – tətbiqi, saytı, alqoritmi və s. göstərib fəxrlə deyə bilərəm: “Bunu mən etmişəm”. Məsələn, sonuncu layihələrimdən biri kompüter yaddaş sistemi yaratmaq idi. Bu yaxınlarda isə Silikon vadisində fəaliyyət göstərən filantropik şirkət üçün mobil tətbiqin dizaynı üzərində işləyəcəyəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? Azərbaycan Beynəlxalq Məktəbində və oxuduğum digər müəssisələrdəki təhsildən razı qalsam da, inanıram ki, təhsil sistemini təkmilləşdirmək üçün qarşımızda uzun bir yol var. Düşünürəm ki, bizim təhsil sistemində ən əsas iki dəyişikliyi etmək lazımdır. Birincisi, təlimə nəzəri deyil, praktiki üsulla yanaşmaq vacibdir. Müşahidə etmişəm ki, faktları əzbərləməkdənsə, layihələr, təcrübə proqramları və yarım gün işlər sayəsində daha çox bilik qazanıram. İkinci mühüm dəyişiklik isə tələbələrdə daha güclü sərbəstlik hissi yaratmaqdır. İnanıram ki, sərbəstlik tələbələri işi tapşırıldığı üçün deyil, bu işi görməyə onlarda həvəs olduğu üçün etməyə sövq edəcək. Sərbəstlik mənim uğur qazanmaq üçün şəxsi potensialımı reallaşdırmağımda əsas rol oynadı. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Universitetin əksər tələbələri Azərbaycanı yaxından tanısalar da, mən hər zaman həmkarlarımı və qrup yoldaşlarımı ölkəmiz haqqında daha çox məlumatlandırmağa çalışıram. Bir çox dostum muğamın gözəlliyinə heyrandır və mənim onlara bəhs etdiyim möhtəşəm memarlığı öz gözləri ilə görmək üçün Bakıya səfər etməyə can atırlar. -  Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllimlərim mənim məsləhətçilərim və dostlarımdır. Müəllimlərimdən biri ilə onun bir neçə məzunla birgə idarə etdiyi “Siyasi psixologiya araşdırma qrupu” adlı tədqiqat laboratoriyasında çalışmışam. Müəllimlərimlə ən bəyəndiyim qarşılıqlı münasibət dərsdən sonra sevdiyimiz mövzu, istəklərimiz və ümumi maraqlarımızla bağlı müzakirələr aparmaq üçün onlarla yemək yemək və ya qəhvə içməkdir. - Daha çox hansı çətinlikləriniz olub? - Burada qarşılaşdığım ən böyük çətinlik hər işi görməyə çalışmağım və özümü məhdudlaşdıra bilməməyim idi. İlk ilimin sonunda artıq 7 klubun üzvü idim, tamaşa səhnələşdirirdim və gərəyindən daha çox dərs alırdım. Bu il vaxtımı daha yaxşı planlaşdırmağı və vəzifələrimin öhdəsindən gəlməyi öyrənmişəm. - Oxuduğunuz müddətdə qarşılaşdığınız maraqlı hadisə hansı olub? - Yalnız birini seçmək çətin olsa da, ilk kompüter proqramımı yaratmağım maraqlı olmuşdu. İki yuxusuz gündən sonra səhər saat 6-da proqram nəhayət ki, nöqsansız çalışmışdı. Bu yaxınlarda isə mənim şəxsi saytım (www.5ona.com) istifadəyə verildi. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Adətən məni amerikalı zənn etsələr də, əcnəbi tələbə olmağım xoş bir sürpriz kimi qarşılanır. Mənə tez-tez doğulduğum şəhər, mədəniyyətlər arasındakı fərqlər, siyasi düşüncələrim və sair, həmçinin Azərbaycana səfər barədə suallar verirlər. -  Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Braziliya teatrı (Məzlumların Teatrı) üslubunda olan “ACT!” adlı öz tamaşamı səhnələşdirirəm. Həmçinin universitetdəki bütün tələbə qruplarının maliyyə məsələlərini idarə edən Stenford Tələbə Təşkilatının İnkişaf üzrə direktoruyam. Eyni zamanda Stenford UNİCEF və dünyaya sosial rifah gətirmək üçün texnologiyadan istifadəyə həsr olunmuş ‘CS + Social Good’ tələbə birliklərinin də idarə heyətinin üzvüyəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Mən gələcəyim haqqında coğrafi planlar qurmamağa üstünlük verirəm. Karyeramın və şəxsi məqsədlərimin izi ilə və ən yaxşı imkanların arxasınca istənilən yerə gedəcəyəm. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz ? - Şəxsi və akademik potensialıma nail olmağa yaxınlaşsam da fundamental dəyərlərimi və keyfiyyətlərimi dəyişməmişəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Böyük düşünün, daha böyüyünü xəyal edin və hər zaman xəyallarınızın arxasınca gedin. Və heç kəsə sizə nəyisə bacarmayacağınızı deməyə icazə verməyin.   1news.az

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı