Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib

2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.                İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Avqustun 1-dən bu günədək 8160 nəfər qeydiyyatdan keçib. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi  və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin təhsil müəssisələri tərəfindən həyata keçirilir.         “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə  iştirak edə bilər. Sənəd qəbulu avqustun 22-dək davam edəcək. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.  

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir

          Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir. İyulun 17-dən transfer.edu.az portalından 810 nəfər tələbə orta ixtisas, 3350 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün  elektron portaldan qeydiyyatdan keçib. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.                Elektron sənəd qəbulu avqustun 22-dək davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri  açıqlanıb

  Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin (vakansiya seçimi) nəticələri elan olunub. Vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan  5225 nəfər növbəti mərhələyə keçmək hüququ əldə edib. İmtahanın bu mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Müsahibə mərhələsinə dəvət olunacaq namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Müsahibə mərhələsinin nəticələri qısa zamanda həmin namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Avqustun 18-dən 20-dək namizədlər vakansiya seçimi mərhələsinə buraxılacaq.  Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. 

Müəllimlər üçün ixtisasartırma

Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq  qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək. Proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. “Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək. Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında  ən geniş yayılmış nitq qüsuru - dislaliya  haqqında geniş bilikləri əks etdirir. 

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Avqustun 15-də Təhsil Nazirliyində respublika üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulunun başlanılması ilə bağlı brifinq keçirilib. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Brifinqdə qeyd olunub ki, avqustun 15-dən etibarən regionlarda yerləşən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U),  2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir. Sənədlərin qəbulu sentyabrın 15-dək davam edəcək. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.                 Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.   Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayıb, mayın 31-də başa çatacaq. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu avqustun 1-dən elektron formada həyata keçirilir.   Daha sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.   Məktəbəhazırlıq qrupları ilə bağlı məlumat :   http://edu.gov.az/az/page/520 http://edu.gov.az/az/page/520/14044 http://edu.gov.az/az/page/412/14152  

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun vaxtı uzadılıb

             Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir. Tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq qeydiyyat prosesinin vaxtı avqustun 22-dək uzadılıb. İyulun 17-dən transfer.edu.az portalından 600 nəfər tələbə orta ixtisas, 3070 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün  elektron portaldan qeydiyyatdan keçib. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Sağlam təhsil siniflərinin sayı artırılıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib. Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb.    

200 azərbaycanlı tələbə Macarıstan ali məktəblərində təhsil alacaq

Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 200 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində Kompüter elmləri, İqtisadiyyat, Kənd təsərrüfatı, Biznesin idarəolunması, Turizm, Mühəndislik, Kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 107 nəfər magistratura,  83 nəfər bakalavriat, 10 nəfər doktorantura  üzrə təhsil alacaq. Qeyd edək ki, 2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstanda təhsil almaq imkanı qazanıblar. İş Proqramında müəyyən olunmuş kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü yüksək olan namizədlərə üstünlük verilir. Qeyd edək ki, namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri-Kommersiya Fondu vasitəsi ilə verilir. Ümumilikdə, 2015-2016-cı tədris ilində 51 nəfər, 2016-2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.            

700 bal toplayanlar bir arada

Paytaxtın, eləcə də respublikanın müxtəlif bölgələrindən builki qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplayan gənclər dünən bir araya gəliblər. Bu gəncləri bir-birinə yaxından tanıtdıran isə Modern.az İnformasiya Agentliyi və “Nar Mobile” şirkəti olub.   Tədbirdə iştirak edən qonaqlar tələbə adını qazanan gənclərə xoş arzularını bildirib, tövsiyələr veriblər. 700 bal toplamış gənclərin hər birinə ən gözəl hədiyyəni - son model smartfonları, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balansı təbii ki, “Nar Mobile” təqdim edib.                  Tələbələr bu nəticəni qoruyub saxlamalıdırlar Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı artıq neçə illərdir ki, qəbul imtahanlarında 700 bal toplayan gənclərlə bağlı belə tədbirlər keçirildiyini deyərək, əsas məqsədin Azərbaycanın istedadlı, bilikli gənclərini geniş ictimaiyyətə tanıtmaqla yanaşı, həmin zəka sahiblərinin gələcəkdə tələbə adını qazanmaq arzusunda olan yeniyetmələr üçün bir örnək kimi göstərmək olduğunu söyləyib. Onun sözlərinə görə, 700 bal toplamaq uğurlu bir başlanğıcdır, bu uğurlu nəticəni təhsil illərində qoruyub saxlamaq üçün gənclər daha əzmkar, yüksək bilik və bacarığa malik olmalıdırlar. "Təhsil sərhəd tanımır" - deyən Elşad Eyvazlı yüksək nəticə göstərən gənclərimizin gələcəkdə harada çalışmasından asılı olmayaraq, məhz Azərbaycan təhsilinin yetirmələri kimi tanınmalarını arzu edib. Təhsilin “Nar Mobile”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının ən vacib istiqamətlərindən biri olduğunu söyləyən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Əziz Axundov bu haqda bir qədər ətraflı məlumat verib. Qeyd olunub ki, gənclərdə oxumaq həvəsi oyatmaq, yaxşı təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindəndir. Stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz olunmuş "Nar" GSM laboratoriyası yaradıb, semestr ərzində radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görüb. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.  Təhsilin keyfiyyət göstəriciləri artır  Millət vəkili Tahir Mirkişili ildən-ilə Azərbaycan təhsilinin keyfiyyət göstəricilərinin artmasının təqdirəlayiq olduğunu söyləyib. Bu gün 700 bal toplayan gənclərin buna bir daha əyani sübut olduğunu deyən millət vəkili həmin gənclərin əsasən texniki yönümlü ixtisaslara üstünlük verdikləri barədə məlumatlı olduğunu bildirib. Gənclərin ixtisas seçiminə həssaslıqla yanaşmalarını, onların gələcək əmək bazarında ehtiyac duyulacaq peşələrə daha çox üstünlük verməsini tövsiyə edib.  Peşə seçimi ilə bağlı dünyanın inkişaf etmiş ölkələrinin tədqiqatlarına diqqət çəkən Tahir Mirkişili bu gün mövcud olan ixtisaslardan bəzilərinin gələcəkdə sıradan çıxacağını, onların zamanın tələbinə uyğun olaraq daha yeniləri ilə əvəz olunacağını deyib. Millət vəkili 700 bal toplayan gənclərdən gözləntilərin daha böyük və fərqli olduğunu bildirərək, onların yaradıcı və təşəbbüskar olmalarını tövsiyə edib.  Əldə olunan yüksək nəticə uzunillik zəhmətin bəhrəsidir  “Əldə olunan yüksək nəticə son 1-2 ilin deyil, əslində, uzunillik zəhmətin bəhrəsidir”. Bu fikri xüsusi vurğulayan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev gəncləri, onların valideynlərini, eyni zamanda təhsil aldıqları məktəbləri təbrik edib. Qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə olunduğunu söyləyən şöbə müdiri ali məktəblərə tələbə qəbulu üzrə keyfiyyət göstəricilərinin də xeyli artdığını deyib.  Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilk dəfə 2007-ci ildə 3 gəncin ali məktəblərə qəbul imtahanlarında 700 bal topladığını xatırladıb. Hazırda isə bu rəqəm 82-dir. O, gənclərin təhsil almaq, eyni zamanda yüksək nəticə göstərmək iqtidarında olmasını yüksək dəyərləndirib.  Gənclər artıq ixtisas seçimini ediblər... Qəbul imtahanlarında ən maksimal nəticə-700 bal toplayan 15 gənc demək olar ki, artıq öz ixtisas seçimini edib. Akademik Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçib. Gələcəkdə magistratura təhsilini beynəlxalq hüquq üzrə davam etdirmək istəyir.  Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib. Yüksək ixtisaslı mühəndis olmağı arzulayır. Valideynlərinin, müəllimlərinin ona olan etimadını doğrultduğuna görə özünü şanslı sayır.  Vahab Cəbrayılov isə İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbinin məzunudur. O da seçimi zamanı Bakı Ali Neft Məktəbinə üstünlük verib. Təhsil aldığı orta məktəbin müəllimlərinin üzərində az əməyi olmadığını bildirir. Ən çox sevinənlər də məhz onun valideynləri və bitirdiyi məktəbin müəllim kollektividir. Həmsöhbət olduğumuz digər gənclər də əldə edikləri bu uğurda onlara dəstək olan valideynlərinin, müəllimlərinin əməyinin danılmaz olduğunu dedilər.  

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq 

“ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb. Artıq 10 gündür davam edən sənəd qəbulunda 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, prosesdə böyük fəallıq müşahidə olunur: “Gözlənildiyi kimi, peşə-ixtisas təhsili müəssisələrinə qəbula böyük maraq var. Valideynlər “ASAN xidmət” mərkəzlərinə gələrək ixtisaslarla maraqlanır, mütəxəssislərimizin köməyindən istifadə edərək müvafiq ixtisasları seçirlər”. Şöbə müdirinin sözlərinə görə, ən yüksək maraq aşpaz ixtisasınadır: “Aşbazlığa həm qızlar, həm də oğlanlar maraq göstərirlər. Ən çox müraciət olunan ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi də var”. Bəzi ixtisaslara böyük maraq olduğu halda tamamilə diqqətdən kənarda qalan ixtisaslar da var. A.Əlilinin sözlərinə görə, bu vəziyyət qəbulun növbəti mərhələsində daha çox namizədin kənarda qalmasına səbəb ola bilər: “Bəzi ixtisaslara həddən artıq böyük maraq var, bəziləri isə yeni olduğundan seçən yoxdur. Vətəndaşların məlumatsızlığı, standart ixtisas seçmələri, yalnız bir ixtisasa və ya bir peşə təhsil müəssisəsinə üstünlük verməsi növbəti mərhələdə onların özləri üçün problem yarada bilər”. A.Əlili ötən günlər ərzində müşahidə etdikləri problemlərə də toxunub: “Maraqlıdır ki, valideynlər “ASAN xidmət” mərkəzlərində qeydiyyatdan keçdikdən sonra məktəblərə gedir və sonradan qayıdıb ərizələrini dəyişdirirlər. Ümumiyyətlə, müşahidə edirik ki, bəzi valideynlər yenə də yaradılan şəraitdən yararlanmır, gənclərin sahəyə olan maraqlarını dəyərləndirmirlər”. Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssislərinin mütəmadi olaraq reydlər, qəbul mərkəzlərinə baxış keçirdiyini vurğulayan A.Əlili aşkar etdikləri hər hansı nöqsanın dərhal aradan qaldırıldığını və belə hallar olduğu halda vətəndaşların Agentliyə məlumat verməsinin vacibliyini də vurğulayıb.     

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı