Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Firudin Qurbanov Moskva şəhərinə səfər edəcək

Təhsil nazirinin müavini Firudin Qurbanov 18-21 aprel 2018-ci il tarixində  Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində təşkil olunacaq forumda və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək. Rusiya Federasiyasının Təhsil və Elm NazirliyiYUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda forum aprelin 18-də keçiriləcək. Forumda bir sıra dövlətlərin rəsmilərinin, ali təhsil müəssisələri rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.  Səfər çərçivəsində - aprelin 20-də Firudin Qurbanov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edəcək.

“Vətən” futbol məktəbinin komandası Avropa turnirində

“Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 12 yaşlılardan ibarət yığma komandası “İzmir Cup 2018” beynəlxalq turnirdə iştirak edib. Türkiyənin “Altın Ordu” futbol klubunun Quşadasındakı idman bazasında keçirilən turnirdə 21 ölkədən 56 komanda - “Mançester Siti”, “Atletic Bilbao”, “Sampdoriya”, “Portu”, “Benfika”, “Anderlext”, “PSV Eindhoven”, “AZ Alkmaar”, “Tvente”, “Dinamo Zaqreb”, “Krasnodar”, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” kimi böyük klubların akademiyaları təmsil olunub.  “Vətən” futbol məktəbinin yetirmələri qrup mərhələsində keçirdiyi oyunların nəticəsinə görə, aktivində 13 xal toplayaraq qrup 2-si kimi turnirin elit 32-nə daxil olub. Növbəti mərhələdə “Mançester Siti”, “Dinamo Zaqreb”, “Fənərbaxça” və digər komandalarla keçirdiyi görüşlərin nəticəsinə əsasən, turnirin ümumi sıralamasında 56 komanda arasında 23-cü yerdə olub.

Hacıqabul müəllimləri “Bizim müəllim” layihəsində

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən,  peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Hacıqabul rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Azərbaycanlı tələbə Çində universitet birincisi olub

Çinin Renmin Universitetində təhsil alan azərbaycanlı tələbə Fərahim Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdünə və ən yüksək mükafatına layiq görülüb. Ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən tələbə “Academic performance” kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarlarını geridə qoyub. F.Hüseynzadə Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış müqavilə əsasında (Chinese government scholarships) nüfuzlu Renmin Universitetində Çinin biznes hüququ ixtisası üzrə magistratura pilləsində tam təqaüdlə təhsil alır. Qeyd edək ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ingilis dili bölməsində bakalavriat pilləsində təhsili alan F.Hüseynzadə “Mən azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu üzrə kuboklar sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi və universitet liqası üzrə Azərbaycan çempionudur.   AZƏRTAC 

“Ən böyük hədəfim yüksək bacarığa malik cərrah olmaqdır”

Emin Qayıbov: “Əldə etdiyim uğurlarıma görə müəllimlərimə borcluyam”   Qloballaşan dünyamızda təhsilin ölkənin inkişafındakı  mühüm  rolu  danılmaz  faktdır.  Ölkəmizdə  cəmiyyət  həyatının  bütün sahələrinin  hərtərəfli  inkişafını təmin edən peşəkar, yüksək rəqabətqabiliyyətli, hazırlıqlı  mütəxəssislərin hazırlanmasına ciddi diqqət ayrılmaqdadır. Son illər Təhsil Nazirliyinin  xüsusi istedadı ilə seçilən şagirdlərin, gənclərin üzə çıxarılması, onların istedad və qabiliyyətlərinin, tədqiqatçılıq səriştələrinin inkişafına yönəlik məqsədyönlü tədbirləri nəticəsində məktəblilərimizin beynəlxalq bilik yarışlarında yüksək fəallıq göstərməsinin şahidi oluruq.  Olimpiada hərəkatı artıq ölkəmizdə  ciddi elmi marafona çevrilib.   Nəticələr isə göz qabağındadır.  Mötəbər  beynəlxalq olimpiadaların qalibləri olan şagirdlərimizin sorağı  artıq bir neçə illərdir ki,  yaxın-uzaq ölkələrdən - ABŞ, Avropa və Asiyanın nüfuzlu universitetlərindən gəlir.  Budəfəki yazımız da  son illər beynəlxalq olimpiadalarda ölkəmizi dəfələrlə uğurla təmsil etmiş, əldə etdiyi uğurlar sayəsində hazırda  Çexiyanın Çarlz Universitetində tibb təhsili alan Emin Qayıbova  həsr olunub. Tanıtım. Emin Elman oğlu Qayıbov 2000-ci il fevral ayının 23-də Bakı şəhərində anadan olub.  2017-ci ildə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərində orta təhsilini  müvəffəqiyyətlə başa vurub. Hazırda Çexiyanın Hradec Kralove şəhərində yerləşən Çarlz Universitetinin tibb (General Medicine) fakültəsində 1-ci kursda təhsil alır. Aşağı siniflərdən öz fitri istedadı ilə müəllimlərinin diqqətini cəlb edən Eminlə söhbətə onun olimpiada uğurlarından başladıq.   “Birincilərin birincisi”   VII sinifdə məktəbin keçirdiyi fənn olimpiadaları silsilə seçim turlarında qalib gələrək biologiya fənni üzrə Olimpiada hazırlıq dərslərinə qatılmaq şansı əldə etdim. Hələ olimpiadalara başlamazdan öncə hədəfim tibb ixtisası üzrə cərrah mütəxəssis olmaq idi. Ona görə də fənn olimpiadaları arasında mənim maraq dairəmdə olan və mənə ən uyğun fənn biologiya idi. Elə buna görə də biologiya olimpiadalarına qatıldım.  Biologiya fənni digər elm sahələrindən bir çox məqamda fərqlənir. Bunlardan ən əsası isə biologiya fənninin geniş ədəbiyyata malik olması və hər gün bu sahədə yeni kəşflərin baş verməsidir.  Ona görə də biologiya fənni əslində hər gün yenilənir, bir çox köhnə nəzəriyyə yeniləri ilə əvəz olunur. Bu fənni mənimsəmək istəyən hər bir şəxs yeni kəşfləri və nəzəriyyələri təqib etməlidir. 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadalarında biologiya fənni üzrə  qızıl, 2016-cı ildə qızıl və 2017-ci ildə gümüş medallara layiq görülmüşəm. 2016-cı ildə Respublika  fənn olimpiadasında isə  həmçinin “Birincilərin birincisi” titulunu qazandım. Beynəlxalq arenada aşağı siniflərdə kompüter layihə olimpiadalarında da iştirak etmişəm.  2012-ci ildə Türkmənistanın Aşqabad şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (ICPO-2012), 2013-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (İnfomatrix-2013) gümüş medallar qazandım. Fənn olimpiadalarına hazırlıq siniflərinə seçildikdən sonra isə vətənimi biologiya fənni üzrə təmsil etməyə başladım. 2014-cü ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrin  Beynəlxalq Elm Olimpiadasına (IJSO-2014),   2015-ci ildə isə Cənubi Koreyanın Daegu şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO-2015) qatıldım və bürünc medala layiq görüldüm.  Bundan əlavə, 2016-cı ildə Hanoy  (Vyetnam)  və 2017-ci ildə Varvik (Böyük Britaniya)  beynəlxalq biologiya olimpiadalarında ölkəmizi təmsil etdim. Əldə etdiyim nəticələr öncə orta təhsilimi qızıl medalla bitirməyimə səbəb oldu. Həmçinin bu nailiyyətlər universitetlərə müraciət etdiyim zaman CV-də (Curriculum Vitae) qeyd olunub,  mənim bacarıqlarımı göstərirdi.   Eynşteynin çalışdığı universitetin tələbəsi   Emini uğura aparan yolda, əlbəttə ki, onun beynəlxalq və respublika fənn olimpiadalarında qazandığı nailiyyətlərin xüsusi rolu vardır.  Bu uğurlar Emini Avropanın nüfuzlu ali  tibb təhsili verən universitetlərindən birinə gətirib. - Hazırda təhsil aldığım Çarlz Universiteti Mərkəzi Avropanın ilk tibb universiteti olaraq 1348-ci il aprelin 7-dən fəaliyyətə başlayıb.  Çarlz Universiteti mənim də  təhsil aldığım tibb ixtisası üzrə Avropada ilk 5 universitetdən biridir. Ali məktəb həm praktiki, həm də nəzəri olaraq qitənin digər universitetlərilə müqayisədə  bir çox üstünlüklərə malikdir. Hər il tibb sahəsində əldə olunan yeni kəşflər də Çarlz Universitetinin tibb fakültəsinin  payına düşür.  Dahi fizik Albert Eynşteynin də uzun illər bu universitetdə professor olaraq çalışdığını və elə Mərkəzi Avropada ilk ürək transplantasiyasının universitetin xəstəxanasında həyata keçirildiyini nəzərə alsaq, Çarlz Universitetinin dünyanın görkəmli universitetlərindən biri olduğuna şübhə etmərik. Universitetin tibb fakültəsi yerli tələbələr üçün çex, xarici tələbələr üçün isə ingilis dilində təhsil verir. Universitetdə xarici tələbələr üçün hər cür şərait yüksək səviyyədədir, belə ki, tibb fakültəsini bitirmiş əcnəbi vətəndaşlar tibb təhsilinin növbəti pilləsi olan ixtisaslaşmanı Almaniya, Böyük Britaniya, ABŞ və Kanadanın yüksək reytinqli universitetlərində asanlıqla əldə edirlər. Tibb fakültəsi proqramı 6 il ərzində həyata keçirilir. Bunun ilk 3 ili daha çox nəzəri, növbəti 3 ili isə daha çox praktiki təhsili əhatə edir.  Təhsil ilinin  sonunda əldə edilən diplom dünyanın hər bir tibb ocağında tanınır, bu isə o deməkdir ki,  ali məktəbin məzunları üçün geniş iş imkanları mövcuddur.   Tələbələr üçün geniş təqaüd imkanları və maaş da mövcuddur   Çarlz Universitetində təhsil alan tələbələr ali məktəbin təqdim etdiyi bir sıra üstünlüklərdən yararlana bilərlər.  Məzunlarımızın çoxu son kursda ABŞ və Kanadanın keçirdiyi USMLE (Üç mərhələli Tibdə Lisenziya imtahanı (USMLE) - xaricdə alınan tibb təhsilin Amerikada  qəbul edilməsi tələb olunur) imtahanında  iştirak edir. Bu imtahanda yüksək nəticə əldə etmiş tələbələr həmin ölkələrin bir çox nüfuzlu tibb universitetlərində təhsillərini davam etdirmək hüququ əldə edirlər. Həmçinin geniş təqaüd imkanları və maaş da mövcud olur. Mən də bütün məzunlarımız kimi bu imtahana qatılıb yüksək bal toplayaraq tibb təhsilimi rezidentura üzrə ABŞ-ın Texas ştatında yerləşən Texas Cancer Center-də davam etdirmək istəyirəm.   Uğur ilk növbədə şagirdin özündən asılıdır   Məlumdur ki,  olimpiadalar hər bir iştirakçıdan yüksək əzmkarlıq, hazırlıq, tədqiqatçılıq tələb edir.    Əlbəttə ki,  hər bir şagirdin uğurlarında müəllim əməyi əvəzsizdir. Əldə etdiyim uğurlarıma görə, əlbəttə ki,  hər bir şagird kimi mən də müəllimlərimin hər birinə borcluyam, xüsusən də biologiya olimpiadası heyəti üzvlərinə, Elməddin Mehrəliyev, Anar Məcidov, Elxan Tahirov və Rəşad Səlimova təşəkkürlərimi bildirirəm.  Olimpiadada uğur qazanmaq,  ilk növbədə,  şagirdin özündən asılıdır. Əgər şagirdin iradə və əzmi varsa, şübhəsiz ki, çalışdıqdan sonra nailiyyət əldə edəcəkdir.  Olimpiada geniş bir ailədir ki, bu ailənin hər bir üzvü çalışqan və zəhmətkeş, bir-birlərinə daim dəstək olur. Onlar yalnız dərs çalışmağı və öyrənməyi mənimsəmirlər, yardımsevərlik, qayğıkeşlik duyğuları kimi yüksək insani keyfiyyətləri də birgə əldə edirlər. Mənim gələcək həyatımda ən böyük hədəfim yüksək bacarığa və biliyə malik bir mütəxəssis cərrah olduqdan sonra Azərbaycana qayıdaraq ölkəmin tibb sahəsi üzrə bir çox problemlərini həll edəcək, hər bir Azərbaycan vətəndaşı kimi ölkəm üçün çalışmaqdır.   “Emin təkcə bilik və çalışqanlıq keyfiyyətləri ilə seçilmirdi”   Elxan Tahirov, “İstək” liseyinin müəllimi:   İlk dəfə Emin Qayıbovla 2014- cü ildə Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO 2014) hazırlıq zamanı tanış olduq.  Emin çox ciddi və məsuliyyətli bir şagird təsəvvürü yaradırdı. 9-cu sinif  şagirdi olmasına baxmayaraq bir şəxsiyyətlə ünsiyyətdə olduğumu hiss edirdim. Nə istədiyini bilən, hədəfləri olan və bu hədəflərə doğru əzmlə addımlayan bir şagirdə dərs dediyimi başa düşmüşdüm.  Komanda olaraq yaxşı hazırlaşsaq da, o olimpiadadan bir medalla qayıtdıq. Emin  həmin il yaxşı bal toplamasına baxmayaraq, medal almamışdı. Amma medal almamağı onu sındırmamışdı. Əksinə, daha da əzmlə çalışmağa başlamışdı. Biz onunla birlikdə Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq dərslərində də məşğul olurduq. Artıq 10-cu sinif idi, biliklərini artırmışdı. Bəzi məqamlarda qarşısındakı müəllimdən çox bilsə də,  heç vaxt bunu büruzə vermirdi, bu da onun təvazökarlığından irəli gəlirdi. Bu cür məqsədyönlü və əzmkar çalışma öz nəticəsini  bir il sonra, Cənubi Koreyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (İJSO 2015) verdi. Emin bu olimpiadada bürünc medal qazandı. Emin təkcə bilik və çalışqanlıq keyfiyyətləri ilə seçilmirdi. 2016- cı ilin iyulunda biz Eminin də tərkibində olduğu komanda ilə Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına gedərkən İstanbul üzərindən getməli olduq. Bizim təyyarəmiz Türkiyəyə enəndə Türkiyədə hərbi çevrilişə cəhd olmuşdu. Hələ 15-16 yaşında olan bu yeniyetmələrin bu cür hadisə qarşısında soyuqqanlılıqlarını qorumaları, 2 gün gecikməyimizə, hava limanında qalmağımıza baxmayaraq, yenə də olimpiadada iştirak etmək istədiklərini bildirdikdə, mən başa düşdüm ki, bu şagirdlər nəinki elmi, həm də yüksək şəxsi keyfiyyətlərə malik yeniyetmələrdir. Emin çoxsaylı müsbət keyfiyyətlərə malik bir şagird idi, amma onun nizam-intizamı ən yadda qalan keyfiyyətlərindən biridir. Sonda biz də Eminə  təhsil həyatında və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır və ümid edirik ki, o, tibb  sahəsinin görkəmli mütəxəssisi kimi yetişərək  öz uğurları ilə ölkəmizi dünya elm səhnəsində bundan sonra da layiqincə təmsil edəcək.   “Azərbaycan müəllimi” qəzeti

Birinci vitse-prezident Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb. Görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat verdilər. Qeyd edildi ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər. Xatırladaq ki, “İstək” Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş Reynerci qurğusu “Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib. Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd etdi. AZƏRTAC

Elektron kitabların sayı 209-a çatdırılıb

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Həmin dərsliklərdə mövzulara uyğun video, qrafika, səs və digər multimedia vasitələri ilə şagirdlər öyrəndikləri bilikləri daha da artıra bilərlər. Hazırda 187 elektron dərslik, 22 müəllim üçün metodik vəsait olmaqla portalda 209 elektron kitab yerləşdirilib. X sinif üzrə dərsliklərin yerləşdirilməsi prosesi davam edir. Dərsliklər Azərbaycan və rus bölmələri üzrə I-X siniflərə əsasən sıralanıb. Elektron dərslik portalından indiyədək 2 915 000 dəfədən çox istifadə olunub. Ötən bir ildə isə bu rəqəm 1 021 000 dəfədən çox olub. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı hazırda 178 019 nəfərdir. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodiki vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər. Qeyd edək ki, elektron dərslik portalı (www.e-derslik.edu.az) Milli İnternet Forumunun “Milli Net 2017” müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Təhsil və Elm” nominasiyası üzrə ilin ən yaxşı portalı seçilib.

Göygöl müəllimləri “Bizim müəllim” layihəsində

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən,  peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Göygöl rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Cəlilabad, Masallı və Yardımlı rayonlarının kəndlərində modul tipli 15 məktəb quraşdırılacaq

Prezident İlham Əliyev aprelin 9-da “Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 177 min manatı Təhsil Nazirliyinə ayrılıb. Sərəncama əsasən Cəlilabadın Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran, Suluçeşmə, Masallının Şıxlar, Bala Təklə, Yardımlının Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq.   AZƏRTAC   Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cəbrayıl müəllimləri “Bizim müəllim” layihəsində

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən,  peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Cəbrayıl rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı