Təhsil naziri Ceyhun Bayramovun məzunlara təbriki
Əziz məzunlar! Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm! Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək. Əminəm ki, Siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız. Əziz məzunlar! Cənab Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır. Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!
14/06/2018 09:16
“Ölkəmin rəqs çələngi” festivalının bağlanış mərasimi
İyunun 12-də Azərbaycan Dövlət Musiqili Teatrında “Ölkəmin rəqs çələngi” respublika uşaq rəqs festival-müsabiqəsinin yekun konserti keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, mədəniyyət və inəsənət xadimləri iştirak edib. Festival-müsabiqənin seçim turunda 23 müəssisədən 30 rəqs qrupu qatılaraq “Milli rəqs”, “Müasir rəqs” və “Dünya xalqlarının rəqsləri” nominasiyaları üzrə 67 rəqs nömrəsi nümayiş etdirib. Bakı şəhəri üzrə Gənclərin Bədii Yaradıcılıq Evi, 2, 3, 4, 5, 6 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin, bölgələr üzrə Gəncə, Mingəçevir, Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Tərtər, Salyan, Beyləqan, Göyçay, Tovuz, Ucar, Oğuz, Xaçmaz, Masallı rayon Uşaq-Gənclər İnkişaf mərkəzlərinin rəqs kollektivlərinin çıxışları münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Hər üç nominasiya üzrə 3 kollektiv “Qran-pri” mükafatına, 8 kollektiv I, 8 kollektiv II, 8 kollektiv isə III yerlərə layiq görülüb. Konsertdə kollektivlər rəqs nömrələri ilə çıxış ediblər. Tədbirin sonunda qaliblər mükafatlandırılıb.
13/06/2018 16:57
“Tələbələr üçün Ombudsman xidmətinin yaradılması” ilə bağlı Vyanada görüş
12-13 iyun tarixlərində Avstriyanın Vyana şəhərində Erasmus+ proqramı çərçivəsində “Tələbələr üçün Ombudsman xidmətinin yaradılması” (AESOP) layihəsi ilə bağlı növbəti görüş keçirilib. Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin nəzdində fəaliyyət göstərən Tələbə Ombudsman Ofisində baş tutan görüşdə Təhsil Nazirliyini Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları Nərgiz Qaraxanova və Vüsalə Qurbanova təmsil ediblər. Sözügedən qurum layihənin tərəfdaşlarından biridir və digər benefisiar tərəfdaşlar (o cümlədən respublikamızın dörd ali təhsil müəssisəsi) Avstriyanın təcrübəsi ilə tanış olmaq üçün bu tədbirdə iştirak ediblər. Tədbirdə ali təhsil müəssisələri yaratdıqları ombudsman ofisləri, layihə çərçivəsində gördükləri işlər, iş əsnasında yaranan problemlər barədə məlumatlar verib. Görüşdə layihə ilə bağlı gələcək addımlar müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb və tövsiyələr verilib. Qeyd edək ki, layihə çərçivəsində cari ilin əvvəllərində Xəzər, Gəncə Dövlət, Naxçıvan Dövlət və Naxçıvan universitetlərində tələbələr üçün Ombudsman ofisləri yaradılıb. Həmin ofislərin yaradılmasında məqsəd tələbələrin akademik mühitdə yarana biləcək çətinliklərinin aradan qaldırılması üçün çıxış yollarının göstərilməsi, bu sahədə qanunvericiliklə bağlı tələbələrin məlumatlandırılması, onların hüquq və vəzifələrinin izah edilməsi, həmçinin təbliğat işlərinin aparılması və tələbələrin hüquqlarının müdafiəsidir. Ofis işçiləri və Ombudsman tərəfləri məlumatla təmin edir, onları istiqamətləndirir, tələəblərin suallarına cavab tapmaqda kömək edir və aidiyyəti olan tərəflərə böhranlı vəziyyətin həlli yolunu tapmaqda yardım göstərir.
13/06/2018 16:44
2017-2018-ci tədris ili fotoyaddaşda
13/06/2018 15:26
Bu il XI sinifləri 83 001 nəfər şagird bitirir
2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir. 2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir. 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır. Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub. Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!
13/06/2018 13:13
Bu il XI sinifləri 83 001 nəfər şagird bitirir
2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 28 489, XI sinifləri üzrə 19 254 nəfər şagird bitirir. 2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Paytaxt üzrə 349 ümumi təhsil məktəbindəki 876 məktəbəhazırlıq qrupunu 23 551 uşaq bitirib. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir. 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 şagirdin, Bakı şəhəri üzrə isə 51 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır. Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub. Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!
13/06/2018 12:43
“Təhsil Liqası”na yekun vurulub
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib. Azərbaycan Texniki Universitetin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə I yeri “Sıçrayış” Basketbol Klubunun, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM), III yeri “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin, U-15 liqası üzrə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Sıçrayış” Basketbol Klubunun, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası tutub. U-13 liqasının "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” RİM-in 2 nömrəli RİOEUGİM-dən Nicat Nəsirov, "Ən məhsuldar oyunçu" nominasiyasına “Təhsil” RİM-in 9 nömrəli UGİM-dən Dmitriy Kurmaşin, U-15 liqasının "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” RİM-in 2 nömrəli RİOEUGİM-dən Fikrət Ələkbərov, "Ən məhsuldar oyunçu" nominasiyasına “Sıçrayış” Basketbol Klubundan Simar Bəkirov layiq görülüb. Qaliblər diplom, kubok və medallarla təltif olunub. Qeyd edək ki, 24 dekabr 2017-ci il tarixindən hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və basketbol klublarından 12 komanda qatılıb. Liqaların keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarət olub.
12/06/2018 17:04
Tələbə-könüllülərin dünya çempionatına dəstəyi
5-9 iyun 2018-ci il tarixlərində Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 100-dən çox tələbə-könüllüsü dəstək verib. Çempionatda 43 ölkədən 1500-dən artıq velosipedçi iştirak edib. Tələbə-könüllülər Azərbaycana gələn müxtəlif ölkələrin nümayəndələrinin, idmançılarının qarşılanması, müşayiət olunması, çempionatın keçirildiyi ərazidə idmançıların qəbulu, mükafatlandırma mərasimləri, biletlərin yoxlanılması, qonaqlara məlumatların verilməsi və digər sahələrdə fəaliyyət göstəriblər. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanılmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16 000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunurlar.
12/06/2018 15:55
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı