Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətlə bağlı müşavirə

Mayın 22-də idman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, nazirliyin sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin direktorları və digər rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə Nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini təhsil alanların sağlamlıqlarının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətinə toxunub. Çıxışının sonunda Firudin Qurbanov şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Daha sonra “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin illik fəaliyyəti barədə hesabatla çıxış edib. Mərkəz direktoru  Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin fəaliyyəti, kadr potensialı, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlər, eləcə də mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışıb. Müşavirənin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb.

“Yaradıcı məktəblər” kitabının təqdimatı

Mayın 22-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, təhsil ekspertləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri iştirak edib. Tədbirdə giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kitab haqqında məlumat verərək bildirib ki, bu nəşrin müəllifi şagirdlərdə təhsilə maraq yaratmaq, öyrənmək həvəsini inkişaf etdirmək, onlara müasir dövrün texnoloji və peşəkar resurslarından faydalanmaq üçün sağlam yanaşma təklif edir. Cəsarət Valehov qeyd edib ki, XXI əsr yeni bacarıqlar zamanıdır və bu da  “Yaradıcı məktəblər” kitabında öz əksini tapır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu çıxış edərək bu kitabın ümumtəhsil məktəblərinin yaradıcı fəaliyyəti, dəyişikliklərin aparılması baxımından müsbət rolunu xarakterizə edib. Vəfa Yaqublunun sözlərinə görə, kitabda dəyişikliklərin əsasını konsepsiya, bacarıqlar, stimul, resurslar və fəaliyyət planı təşkil etdiyi göstərilir. Müəllifin fikirlərinə toxunan institut direktoru əlavə edib ki, hər bir şəxs təhsilə uşaqların gözü ilə baxsa, təhsilimiz daha humanist və səmərəli olacaq. Bakı Şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Anar Qədiməliyev də öz növbəsində bu cür kitabların məktəblərdə dəyişikliklər edilməsi baxımından faydalı olduğunu qeyd edib. Anar Qədiməliyev kitabın məktəb rəhbərlərinin yanaşmasını dəyişəcəyinə inandığını deyib. Millət vəkili Fazil Mustafa da Təhsil Nazirliyinin təşəbbüsünü müsbət dəyərləndirib və belə kitabların sayının çoxaldılmasını tövsiyə edib. Çıxış edən təhsil ekspertləri və məktəb direktorları bu cür kitabların məktəblər üçün olduqca əhəmiyyətli olduğunu deyib. Qeyd edilib ki, təhsil müəssisələrində yeni pedaqoji yanaşma tətbiq edilməli və yaradıcı təhsil genişləndirilməlidir. Daha sonra kitab haqqında fikirlər səsləndirən digər tədbir iştirakçıları bu nəşrin həyati əhəmiyyətli bir məsələ olan təhsilə münasibətdə praktik həll yolları təqdim etdiyini, məktəb yaradıcılığında faydalı olacağını bildiriblər. Kitabın məktəb rəhbərlərini, müəllimləri təhsilin əsl mahiyyət və məqsədi haqqında yenidən düşünməyə vadar etdiyi diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabı təqdim edilib.

“STEM-ə doğru addım-addım” adlı konfrans

Mayın 22-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə  “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” çərçivəsində  “STEM-ə doğru addım-addım” adlı konfrans keçirilib. Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb rəhbərləri, “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər və digər şəxslər iştirak edib. Tədbirin keçirilməsində məqsəd birgə təlim metodlarına əsaslanaraq 45  dəqiqəlik dərs zamanı eyni mövzunun iki fənn müəllimi tərəfindən tədrisini nümayiş etdirməklə təcrübə mübadiləsi və əməkdaşlığa nail olmaqdır. Tədbirdə çıxış edən nazir müavini Məhəbbət Vəliyeva məktəblərdə STEM təhsil proqramının tətbiqinin əhəmiyyətindən danışıb. STEM-in təhsildə istifadə olunan yeni  yanaşmalardan  biri olduğunu deyən nazir müavininin sözlərinə görə, bu tədris metodunun əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Məhəbbət Vəliyeva STEM dərsləri tədris olunan məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilməsinin də vacibliyni vurğulayıb. Çıxışının sonunda nazir müavini bu təhsil müəssisəsinin təşəbbüsünü müsbət qiymətləndirib. Daha sonra çıxış edən “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər təcrübələrini bölüşüblər. Bildirilib ki, 50 təhsil mütəxəssisi İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar təşkil olunub.  Tədbirdə məktəb-liseyin builki tədris ilinə dair fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.

“Bir” Tələbə-Könüllü proqramından yeni layihəyə dəstək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi tərəfindən  həyata keçirilən “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihəyə dəstək verib. Layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından mühüm əhəmiyyət daşıyır.  Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub

Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəldilər. Məlumat verildi ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər. 113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi. AZƏRTAC

Sumqayıt, Abşeron, Siyəzən və Xızı təhsil işçiləri ilə görüş

Mayın 21-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyublar. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işləri diqqətə çatdıran nazir müavini  həmçinin  qarşıda duran hədəfləri sadalayıb. Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə  yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələri arasında əməkdaşlığın məktəb idaretməsində  əhəmiyyətindən danışıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Hesabatlar dinlənildikdən sonra fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

Xaricdə təhsil almaq istəyənlərə Təhsil Nazirliyinin tövsiyəsi

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara, təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik. Eyni zamanda  xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara (ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu və s.) dair zəruri məlumatları özündə əks etdirən Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinin (ani.edu.gov.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır. Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir.

TOPs proqramı çərçivəsində idman festivalı

"TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə idman festivalı keçirilib. Festivalda məktəblilər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirib, şən startlarda güclərini sınayıb, musiqili əyləncəli proqramlarla çıxış ediblər.  Tədbirdə tərəfdaş qurumların nümayəndələri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib. Qeyd edək ki, Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.  2014-cü ildən həyata keçirilən layihəyə cari tədris ilindən 100 ümumi təhsil müəssisəsi qoşulub. Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblərin ümumi sayı 250-yə çatdırılıb. 2018-2019-cu il tədris ilində layihəyə cəlb olunan məktəblərdən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.

Ağdaş, Ucar və Göyçay  təhsil işçiləri ilə görüş

Mayın 18-də Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar və Göyçay rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Ağdaş, Ucar və Göyçay  rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək son illərdə  "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.  Ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunan nazir müavini müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin də diqqətdə saxlanmasının vacibliyini qeyd edib.  Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onlara uğurlar arzulayıb.  Daha sonra Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini şimal bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 20-də Quba  şəhərindəki  Heydər Əliyev Mərkəzində  Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Quba, Qusar,  Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl  təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb.  Şagirdlərin azərbaycançılıq  məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin təhsil müəssisələrinin pedaqoji əməkdaşlıq məsələlərini diqqətdə saxlamasının vacibliyini qeyd edib.   Təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açan Məhəbbət Vəliyeva təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı