Ağdaş, Ucar və Göyçay təhsil işçiləri ilə görüş
Mayın 18-də Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar və Göyçay rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.
Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək son illərdə "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunan nazir müavini müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin də diqqətdə saxlanmasının vacibliyini qeyd edib.
Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
Daha sonra Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər.
Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
