Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib. Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub. İmtahana gələn namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir. Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb. Layihə çərçivəsində təhsil müəssisəsində tədris prosesini həyata keçirən müəllim heyətinə koreyalı ekspertlər tərəfindən təlim keçirilib. İlkin mərhələdə 24 azərbaycanlı müəllim Koreya Respublikasında 3 ay müddətində təlimdə iştirak ediblər. Təlim prosesinin ikinci mərhələsi hazırda koreyalı mütəxəssislər tərəfindən Bakıda davam etdirilir. Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Qeyd olunan istiqamətdə Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Hyundai”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi bir sıra aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb. Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasını başa vurmuş gənclərlə yanaşı, ali təhsil müəssisələrini bitirmiş, hətta əmək bazarında uzun müddət təcrübəyə sahib peşəkar mütəxəssislər də təhsil ala biləcəklər. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Cari ilin 24 iyun – 3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib. Onlardan 52 638 namizəd elektron ərizəsini təsdiq edib. İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək. Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub.

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat üçün son gün

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da başa çatacaq. Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb

  2019-cu ilin ilk yarım ili ərzində Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı ötən illə müqayisədə 2 dəfə artıb. Belə ki, ötən ilin ilk yarım ilində portala giriş sayı 673 240, səhifələrə ümumi baxış sayı isə 4 849 258 olubsa, cari ilin ilk altı ayında portala giriş sayı 1 199 651, səhifələrə ümumi baxış sayı isə 9 584 492 təşkil edib. Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 olub. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 təşkil edib. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Brifinqdə nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir. Brifinq iştirakçılarının diqqətinə çatdırılıb ki, müsabiqə üzrə layihə təklifləri martın 11-dən aprelin 1-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 7 iyul 2019-cu il  saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.   Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr haqqında məlumat   Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr haqqında məlumat

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə

2019-cu ilin birinci yarımili üzrə ən çox istifadəçi müraciəti olan dövlət orqanlarının rəsmi internet resursları açıqlanıb. Aparılan təhlillərə görə, Təhsil Nazirliyinin rəsmi internet saytı ən çox müraciət olunan internet resursları sırasındadır. Nazirliyin rəsmi internet saytı  toplam giriş sayına görə ilk onluğun dördüncü, unikal giriş sayına görə isə üçüncü pilləsində yer alıb.  İlk onluqda həmçinin, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları yer alıb.

1305 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul  edilib. Elektron yerləşdirmə zamanı 1775 namizəd vakant yer tutub. Elektron yerləşdirmə nəticəsində vakant yer tutan şəxslərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra 1305 müəllimin iş yerini dəyişməsinə razılıq verilib.

“Təhsil avtobusu” yay məktəbinə start verilir

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Təhsil Avtobusu-Nəsimi" yay məktəbi layihəsinə start verilir. Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” yay məktəbi artıq dördüncü ildir keçirilir. “Təhsil avtobusu –Nəsimi” yay məktəbi bu il Bakı, Şamaxı, sərhəd və sərhədə yaxın rayonların (Qusar, Astara, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, Qazax, Balakən) ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək. Nəsimi ilinə həsr olunan yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.Yay məktəbi çərçivəsində bu istiqamətlərdə interaktiv dərslər, incəsənət, peşə və fərdi inkişaf təlimləri, intellektual yarışlar keçiriləcək. Layihəyə iyulun ikinci yarısından başlanılacaq.

Müəllim olmaq istəyənlər üçün son 2 gün

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə  birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin  ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.  Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı