“Təhsil avtobusu” yay məktəbinə start verilir
"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Təhsil Avtobusu-Nəsimi" yay məktəbi layihəsinə start verilir.
Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” yay məktəbi artıq dördüncü ildir keçirilir.
“Təhsil avtobusu –Nəsimi” yay məktəbi bu il Bakı, Şamaxı, sərhəd və sərhədə yaxın rayonların (Qusar, Astara, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, Qazax, Balakən) ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək.
Nəsimi ilinə həsr olunan yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.Yay məktəbi çərçivəsində bu istiqamətlərdə interaktiv dərslər, incəsənət, peşə və fərdi inkişaf təlimləri, intellektual yarışlar keçiriləcək. Layihəyə iyulun ikinci yarısından başlanılacaq.
6 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
