• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti “Novruz mühazirəsi” Qazaxda keçiriləcək

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi” keçiriləcək. Tədbirdə millər vəkilləri, təhsil ekspertləri, media nümayəndələri iştirak edəcəklər. “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi”ni akademik Nizami Cəfərov təqdim edəcək. Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat veriləcək. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən avtomatik sorğu yerləşdirildikdən sonra valideynlər Şəxsi kabinetdən elektron "Ərizəni" çap edərək sentyabrın 15-dək müvafiq sənədlərlə birlikdə məktəbə təqdim edə bilərlər. Valideyn övladı üçün birinci sinifdə məktəb və ya müəllim seçimini dəyişmək istədiyi təqdirdə, 13 mart 2019-cu il tarixindən etibarən “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər. Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə uşaqların qeydiyyatına martın 13-də start veriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə elektron qeydiyyat prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə uşaqların qeydiyyatı elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qeydiyyat da elektron sistem vasitəsilə aparılacaq.

Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov Ağcabədi şəhərindəki Bayraq Muzeyində Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayon sakinlərini qəbul edir. Qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

“Qayıdış” Yaz Məktəbinə start verilib

Martın 8-dən Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbinə start verilib. “Qayıdış” Yaz Məktəbinin açılış mərasimində layihə heyəti, təşkilatçı qurumların nümayəndələri və məktəblilər iştirak edib. Açılış zamanı Yaz məktəbinin məqsədi, Cocuq Mərcanlı kəndinə olan diqqət vurğulanıb və məktəblilərə hədiyyələr paylanılıb. Yaz məktəbi çərçivəsində Azərbaycan İntellektual Klublar Assosiasiyasının nümayəndəsi tərəfindən intellektual yarış keçirilib və yüksək marağa səbəb olan yarışda 60-dan çox məktəbli iştirak edib. “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirməsinə şərait yaratmaq, şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artması məqsədi daşıyır. Martın 10-dək davam edəcək “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Yaz məktəbinin təşkilində tələbə-könüllülər fəaliyyət göstərəcəklər. Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Bd Kids” və “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutur. Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsi bu dəfə Neftçala rayonu Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin kimya müəllimi Lalə Əzimovanı təqdim edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 57 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbi keçiriləcək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə cari ilin 8-10 mart tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük “Qayıdış” Yaz Məktəbi keçiriləcək. 60-dan çox məktəbli və gəncin iştirak edəcəyi Yaz Məktəbinin təşkilində tələbə-könüllülər də iştirak edəcəklər. “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır.  “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri və kənddə yaşayan gənclər təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər. Yaz Məktəbi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək. Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir. 

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində aparılacaq. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək. 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçiriləcək. Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Bu il birinci sinfə qəbul prosesi necə keçiriləcək, hansı yeniliklər gözlənilir?

Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri müavini İlhamə Abdullayeva cavablandırır.  

Təhsil nazirinin müavininin cənub bölgəsinə səfəri davam edir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub. Nazir müavini tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valıdeynlərlə görüşüb. Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən Məhəbbət Vəliyeva daha sonra Qəriblər kənd tam orta məktəbində olub. Masallı şəhər “Dəfinə” məktəb-liseyində də olan nazir müavini burada müəllimlərin dərsdən sonra şagirdlərlə təmənnasız məşğul olmalarını yüksək qiymətləndirib, bunun əsl müəllim və vətəndaş mövqeyi olduğunu deyib. Belə halların Masallının digər məktəblərində də həyata keçirildiyindən xəbərdar olduğunu bildirib. Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinə baş çəkən nazir müavini burada rayonun təhsil uğurları ilə tanış olub, idmançı məktəblilərlə görüşüb. Valideynlərlə də söhbət edən Məhəbbət Vəliyeva onların təkliflərini dinləyib, valideyn-məktəb işbirliyinin vacibliyindən danışıb. Sonra nazir müavini həmin məktəbdə rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Nazir müavini səfər çərçivəsində rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub, mərkəzin kollektivi ilə görüşüb. Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində həmçinin Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub. Məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.

12/06/2025

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri Dr Rahma bint İbrahim bin Said Al Mahrouqiyah ilə görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22149-1

Ətraflı
11/06/2025

Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22147-1

Ətraflı
11/06/2025

Elm, zəka və inkişafın ünvanı – Qarabağ Universiteti. Qarabağ Universiteti müasir tədris mühiti, zəngin imkanlar və gənc, məqsədyönlü tələbələr üçün tam fərqli bir başlanğıcdır. Təhsil TV tərəfindən Qarabağ Universiteti ilə bağlı hazırlanan video çarxı təqdim edirik. #ElmVəTəhsilNazirliyi #TəhsilTV #EduAz #QarabağUniversiteti

Ətraflı