• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbi keçiriləcək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə cari ilin 8-10 mart tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük “Qayıdış” Yaz Məktəbi keçiriləcək. 60-dan çox məktəbli və gəncin iştirak edəcəyi Yaz Məktəbinin təşkilində tələbə-könüllülər də iştirak edəcəklər.

“Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır.

 “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri və kənddə yaşayan gənclər təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.

Yaz Məktəbi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc. Sahibkarlıq Proqramı, “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək.

Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir. 


5 il əvvəl