• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qayıdış” Yaz Məktəbinə start verilib

Martın 8-dən Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbinə start verilib.

“Qayıdış” Yaz Məktəbinin açılış mərasimində layihə heyəti, təşkilatçı qurumların nümayəndələri və məktəblilər iştirak edib. Açılış zamanı Yaz məktəbinin məqsədi, Cocuq Mərcanlı kəndinə olan diqqət vurğulanıb və məktəblilərə hədiyyələr paylanılıb.

Yaz məktəbi çərçivəsində Azərbaycan İntellektual Klublar Assosiasiyasının nümayəndəsi tərəfindən intellektual yarış keçirilib və yüksək marağa səbəb olan yarışda 60-dan çox məktəbli iştirak edib.

“Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirməsinə şərait yaratmaq, şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artması məqsədi daşıyır.

Martın 10-dək davam edəcək “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Yaz məktəbinin təşkilində tələbə-könüllülər fəaliyyət göstərəcəklər.

Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Bd Kids” və “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutur.

Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir.


5 il əvvəl