• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ən yüksək ad uğrunda

18881 namizəd növbəti mərhələyə keçdi   İyulun 8-24 tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi yekunlaşıb. Müraciət edən 54687 namizəddən 48204 nəfəri imtahanda iştirak üçün dəvət olunsa da, imtahanlara 41288 namizəd qatılıb.   Nəticələri ilə öyünənlər   Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18881 nəfəri (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Onlardan 3 nəfər imtahanlarda maksimal nəticə göstərib. Bu imtahanlarda iştirakçılardan 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb. Müsabiqədə iştirak hüququ qazanan 4894 namizəd ali və orta ixtisas təhsili müəssisələrindən bu il məzun olanlardır. Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın sözlərinə görə, bu il imtahanlarda 21375 namizəd ilk dəfə, 19913 namizəd isə təkrar iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan verib. Təkrar iştirak edən namizədlərin əksəriyyəti ötənilki nəticələrindən daha yüksək nəticə qazanmağa nail olub.   Nəticələri ləğv olunanlar   Bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi ləğv olunub. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin sözlərinə görə, buna səbəb onların imtahan qaydalarını pozması olub. “Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmaqdır. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub”, - deyə M.Camalzadə bildirib.   Səhv suala görə müəllimə cəza kəsilmir   Builki imtahanlarda qayda pozan, sadəcə müəllimlər olmayıb. M.Camalzadə deyib ki, imtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika və məntiq üzrə ümumilikdə 5340  sualdan istifadə edilib. Müəllimlərin işə qəbulu imtahanlarında sualların yoxlanılması zamanı ekspertlər, ümumilikdə, Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən ediblər. Həmin suallar ümumi sualların 0.54 faizini təşkil edib: “Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balının hesablanmasında nəzərə alınacaq”. İmtahan komissiyası bununla  işini bitmiş saymayacaq. Texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və qüsur izah olunacaq. M.Camalzadə qeyd edib ki, yekun nəticələr bu gündən hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən apelyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-na qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-na qədər şəxsi səhifəyə göndəriləcək: “Apelyasiya müraciətinin məqsədi imtahana aid məzmun və ya texniki məsələlərlə bağlı əsaslandırıla bilən tələbləri təqdim etmək, habelə imtahanın təşkili ilə bağlı rəy və təklifləri bildirməkdir. Apelyasiya müraciətlərinə müvafiq ekspert komissiyaları tərəfindən baxılacaq”. İyulun 26-da namizədlərin şəxsi səhifəsinə hər bir suala verdikləri düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal nəzərə alınmaqla yekun nəticə göndəriləcək.   7000 yer uğrunda...   Test imtahanları başa çatdığından sırada vakansiya mərhələsidir. Avqustun 7-dən müsabiqənin vakansiya seçimi mərhələsi açıq elan ediləcək. Bu il həmin mərhələyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir. 7000 yer uğrunda mübarizəyə isə sadəcə builki imtahanlardan uğurla keçən 18881 namizəd yox, ötənilki imtahanlarda da keçərli nəticə göstərən, ancaq yerləşdirilməyən 2800 nəfər namizəd, o cümlədən 10 ildən artıq təhsil sistemində çalışıb, 3 ildən az müddətə işdən ayrılan 92 nəfər də qatıla biləcək. M.Camalzadə bildirib ki, hələlik həmin şəxslərdən neçə nəfərin növbəti mərhələyə qatılacağı dəqiqləşdirilməyib. Qeyd edək ki, ötən il əldə edilmiş nəticənin 2 il müddətində qüvvədə olduğu nəzərə alınaraq, həm ötən il, həm də bu il imtahanlarda iştirak edən namizədlər builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və ya bu il əldə etdiyi nəticələrdən birini seçməklə iştirak edə biləcəklər.   Fərqli keçid balı   Bu mərhələdən kimlərin uğurla çıxa biləcəyinə gəlincə, keçid balı təhsil müəssisəsinin yerləşdiyi əraziyə görə fərqləndirilir. Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi kənd məktəbləri ilə həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi şəhər, qəsəbə, rayon mərkəzi və mərkəzə yaxın kənd məktəbləri üçün fərqli keçid balı müəyyən edilib. Keçid balı namizədlərin yekun nəticələrinə əsasən nazirlik tərəfindən müəyyən edilir. Əvvəlki illərin təcrübəsi göstərir ki, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələr üzrə keçid balı 36 bal, həvəsləndirmə tədbirləri tətbiq edilməyən müəssisələr üzrə isə 48 bal təşkil edib. Builki keçid balı namizədlərin ümumi nəticələri təhlil edildikdən sonra məlum  olacaq.   Məktəbinizi düz seçin ki...   Təhsil Nazirliyi isə müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək  vakansiya seçimi edəcək namizədləri bu mərhələdə daha diqqətli olmağa çağırır. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki,  namizədlər işləmək istədikləri məktəbləri seçərkən diqqətli olmalıdırlar: “Namizədlər vakant yer seçimi ilə bağlı  qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar seçdikləri məktəblər haqqında məlumatlı olsunlar. Nəzərə alsınlar ki, tanımadıqları məktəbi seçib, qəbul olunduqdan sonra isə ondan imtina etmələri digər namizədlərin həmin yerə qəbul olunmaq şansını azaldır. Qəbul olunanların imtina etdikləri yerlərə başqa namizədlər müddətli müqavilə ilə işə götürülürlər”.   Həm köməkçi, həm də nəzarətçidirlər   Artıq başa çatan müəllimlərin işə qəbulu imtahanlarında prosesin başından bəri ən vacib məqamlarından biri də könüllülərin peşəkar fəaliyyətidir. Qeyd edək ki, bu prosesə bütövlükdə 110 nəfərə yaxın könüllü cəlb olunub. Könüllülərə fəal iştirakına görə Təhsil nazirinin müavini M.Vəliyeva da təşəkkür edib. Qeyd edək ki, könüllülər bu prosesdə həm köməkçi, həm də nəzarətçidirlər. Namizədlərin binada istiqamətləndirilməsi, yerləşdirilməsi, imtahan prosesinə nəzarət və yaranan bütün sualların cavablandırılması ilə bağlı məsuliyyət əsasən “Bir” könüllülərinin üzərinə düşüb. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının orta ixtisas təhsili müəssisələri üzrə koordinatoru  Möhtərəm Ağayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 4 seans, hər seansda  840 nəfərin, gün ərzində 3200 nəfərin imtahan verdiyi böyük prosesdə könüllülərin qarşısına maraqlı faktlar da çıxır. Maraqlı faktların arasında könüllüləri təəccübləndirənləri də az olmayıb: “Bir dəfə arxasında könüllünün oturduğunu bilməyən namizədlərdən biri masanın arxasından digər namizədə cavabların əks olunduğu kağızı ötürərkən aşkarlandı. Həmin könüllümüz kağızı namizəddən alıb dərhal havaya qaldıraraq kameraların qeydə almasını təmin etmişdi. Nəticədə namizədlərin ikisi də imtahan prosesindən uzaqlaşdırıldı. Artıq əvvəlki illərə nisbətən qayda pozanlar azalıb.  Çünki artıq hamı imtahanda güclü nəzarət olduğunu bilir”.   İmtahanlara ictimai nəzarət şəffaflığı artırır   Müəllimlərin imtahan prosesində, sadəcə könüllülər deyil, media, ictimaiyyətin ayrı-ayrı nümayəndələri də fəal iştirak edib. İmtahan prosesinə 4 dəfə mediatur təşkil edilib. Təhsil ekspertləri, millət vəkilləri, ali təhsil müəssisələrindən nümayəndələr, media rəhbərləri prosesi yaxından izləyib. 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu imtahanları da qüsursuz, yüksək səviyyədə təşkili ilə yadda qaldı. İmtahan zallarına namizədlərin yerləşdirilməsi bu prosesdə həssas qrupdan olan namizədlərə xüsusi qayğı, imtahan binasının qarşısında təcili yardım və yanğınsöndürmə briqadalarının hazır gözləməsi namizədlərin sağlamlığına və rahatlığına yönələn tədbirlər olaraq hər kəs tərəfindən təqdirlə qarşılandı. Bu da bir daha təsdiq etdi ki, müəllimlərin işə qəbulu imtahanları hər il daha da təkmilləşir.   “Azərbaycan müəllimi” qəzeti

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 peşə təhsili müəssisəsinin tələbələri üçün yay təcrübə proqramı keçirilir. Avqustun 30-dək davam edəcək pilot layihə çərçivəsində əsas hədəf qrupu I kurs tələbələridir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisası tələbələri “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” aqroservis müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında təcrübə keçirlər.        İsmayıllı Peşə Tədris Mərkəzinin "Aqroservis mütəxəssisi” və “Üzüm və şərab ustası” ixtisası tələbələri isə İsmayıllı rayonu Nikitin adına İvanovka kolxozunda və İsmayıllı rayonu Kənd Təsərrüfatı İdarəsinin Talıstan  kəndindəki sahələrində, həmçinin İsmayıllı “Şərab-2” müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin “Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisasının tələbələri “ULU Aqro” MMC (ULU Aqropark) müəssisəsində təcrübə qazanırlar. Yay təcrübəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin duala-bənzər peşə təhsili və təlimi (PTT) sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdan ibarətdir. Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiəti ilə iş prosesində yaxından iştirak edir,  istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə proqramına əsasən həyata keçirilir. ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyi, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

İyulun 25-də "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin Astara şəhərində növbəti tədbiri keçirilib. Açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”, Astara Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin nümayəndələri iştirak edib. Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır. Yay məktəbində Astara məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual  yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. "Təhsil avtobusu – Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcək. “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir. Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır. "Təhsil Avtobusu – Nəsimi" yay məktəbinin növbəti ünvanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olacaq.

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq. Aşağıdakı videorolikdə məzmun, dizayn baxımından təkmilləşdirilən və əsaslı şəkildə yenilənən dərsliklər barədə məlumat verilir:  

“EYOF Bakı 2019”-da 7 medal qazanılıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri milli komandanın tərkibində yüksək nəticə göstərib.   Yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Murad Haqverdiyev və Abşeron rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Kənan Heybətov sərbəst güləş, mərkəzin 5 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Fərid Sadıxlı yunan-Roma güləşi üzrə qızıl, qadın güləşçilərdən Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Gültəkin Şirinova, Abşeron rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Mərziyə Sadıqova və Elnurə Məmmədova isə gümüş medal qazanıb. Cüdo idman növü üzrə keçirilən yarışlarda Bakı şəhəri 1 nömrəli idman liseyinin yetirməsi Turan Bayramov qızıl medal əldə edib. Ümumilikdə festivalda 50-yə yaxın Avropa ölkəsindən 3 600-dən çox idmançı və texniki nümayəndə heyəti iştirak edir. Yarışlar bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş olmaqla 10 idman növü üzrə 12 yarış məkanında keçirilir. Yarışlara 27 iyul 2019-cu il tarixində yekun vurulacaq.

Müəllim olmaq istəyən 18 mindən çox namizəd növbəti mərhələdə

İyulun 25-də Təhsil Nazirliyində müəllimlərin işə qəbulu üzrə test imtahanlarının yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, 8-24 iyul 2019-cu il tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi təşkil olunub. Müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 namizəd imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18 881 namizəd (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Onlar arasında 3 nəfər imtahanlarda maksimal nəticə göstərib (60 bal). Nazir müavini deyib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan verib. Təkrar iştirak edən namizədlərin əksəriyyəti ötənilki nəticələrindən daha yüksək nəticə qazanmağa nail olub. Ötən il əldə edilmiş nəticənin 2 il müddətində qüvvədə olduğu nəzərə alınaraq, namizədlər builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və ya bu il əldə etdiyi nəticələrdən birini seçməklə iştirak edə biləcəklər. Daha sonra hər fənn üzrə nəticələr təqdim edilib:   Fənnin adı Növbəti mərhələyə vəsiqə qazanan namizədlərin sayı   Alman dili 66 Azərbaycan dili (dövlət dili kimi) 11 Azərbaycan dili və ədəbiyyatı 3997 Biologiya 701 Coğrafiya 979 Fizika 565 Fiziki tərbiyə 865 Fransız dili 120 İbtidai sinif 4471 İnformatika 647 İngilis dili 1528 Kimya 610 Musiqi 318 Riyaziyyat 1563 Rus dili (xarici dil) 200 Rus dili və ədəbiyyatı 73 Tarix 1167 Təsviri incəsənət 401 Texnologiya 599   Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələrinə məlumat verib ki, imtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika və məntiq üzrə ümumilikdə 5 340  sualdan istifadə edilib. Sualların yoxlanması zamanı ekspertlər tərəfindən ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində isə 9 sualda texniki qüsur müəyyən edilib. Bu suallar ümumi sualların 0.54 faiz təşkil edib. Texniki qüsur olan suallar dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi müəyyən ediləcək və namizədin balının hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsurlar izah ediləcək. İyulun 26-da namizədlərin şəxsi səhifəsinə hər bir suala verdikləri düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal (bu suallara verilmiş cavab imtahan zamanı səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa) nəzərə alınmaqla yekun nəticə göndəriləcək. İyulun 27-dən isə hər bir namizəd öz şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət edə bilər. Apelyasiya müraciətləri 29 iyul tarixinə qədər qeydiyyata alınacaq. Apelyasiya müraciətinin məqsədi imtahana aid məzmun və ya texniki məsələlərlə bağlı əsaslandırıla bilən tələbləri təqdim etmək, habelə imtahanın təşkili ilə bağlı rəy və təklifləri bildirməkdir. Apelyasiya müraciətlərinə müvafiq ekspert komissiyaları tərəfindən baxılacaq və nəticəsi barədə məlumat avqustun 6-dək namizədin şəxsi səhifəsinə göndəriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ölkənin ümumi təhsil müəssisələrində ilkin olaraq təxminən 7 000 vakant iş yerinin çıxarılması gözlənilir. Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.  

Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsinin yekunlarına dair mətbuat konfransı

 

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

İyulun 25-də “Məktəblinin dostu” layihəsi üzrə keçirilən imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı tədbir keçirilib. Millət vəkillərinin, təhsil ekspertlərinin, media qurumları rəhbərlərinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbiri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açaraq “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, layihənin əsas məramı müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlərin aparılmasıdır. Sonra layihənin rəhbəri Rüstəm Ağayev çıxış edərək imtahanların keçirilməsində məqsədin 2019-2020-ci tədris ilindən əhatə dairəsi genişləndirilən “Məktəblinin dostu” layihəsinə  əməkdaşların seçilməsi olduğunu söyləyib. Qeyd olunub ki, imtahanlarda iştirak üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual təqdim edilib. Onların əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar. Qeyd olunub ki, müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” olacaq. Tədbirdə çıxış edənlər “Məktəblinin dostu”nun şagirdlərin davamiyyətində, məktəblilər arasında pis vərdişlərin aradan qaldırılmasında böyük rolu olacağına əminliklərini bildiriblər. Sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət”lə birgə həyata keçirilir. Layihə hazırda 35 məktəbdə fəaliyyət göstərir və yeni tədris ilindən etibarən layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır.

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

İyulun 24-də Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyib. Təhsil nazirinə imtahan prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb. Sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə  görüşüb. Görüşdə Təhsil naziri ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini söyləyərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını diqqətə çatdırıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən Ceyhun Bayramov bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran Ceyhun Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib. Təhsil naziri bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçməsini diqqətə çatdırıb. Ceyhun Bayramov  müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumi təhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib. Tədbirdə  yüksək bal toplayan müəllimliyə namizədlər çıxış edərək müsabiqənin tam şəffaf və  obyektiv şəkildə keçirildiyini deyib, onlara belə bir şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür ediblər. Çıxış edənlər müəllim kimi işləmək hüququ qazandıqları təqdirdə onlara olan bu yüksək etimadı layiqincə doğruldacaqlarını söyləyiblər. 

İmtahanın son günündə maksimum bal

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu  Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb. Xatırladaq ki, iyulun 22-də kimya fənni üzrə keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova 60 bal toplayaraq maksimum nəticə göstərib.

27/04/2025

Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb #ElmVəTəhsilNazirliyi #EduAz #QarabağUniversiteti #Konfrans Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22016-1

Ətraflı
25/04/2025

?17 "ASAN xidmət" mərkəzində təhsil xidmətləri vətəndaşlara təqdim olunur. ?Mərkəzlər vasitəsilə vətəndaşlar təqdim olunan təhsil xidmətlərindən yararlana bilərlər.

Ətraflı
25/04/2025

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb #ElmVəTəhsilNazirliyi #EduAz #Dərslik Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22014-1

Ətraflı