• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə qəbulla bağlı sual-cavab

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu hansı tarixlərdə həyata keçiriləcək? Kimlər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilir? Bu və digər suallara aşağıdakı videorolikdən cavab tapa bilərsiniz.  

İcma əsaslı məktəbəqədər təhsil

​Layihə çərçivəsində 2000-dək uşaq məktəbəqədər təhsilə cəlb olunub   Vətən üçün layiqli  övladlar  yetişdirmək, tərbiyə etmək təhsil ocaqlarının ümdə vəzifələridir. Uşaq bağçalarından başlanan bu proses məktəbəqədər təhsil ocaqlarında davam etdirilir və məktəblərdə öz bəhrəsini verir.  Təhsil İnstitutu UNİCEF  və Avropa İttifaqının maliyyə  dəstəyi ilə “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsili yaxşılaşdırması” layihəsini uğurla həyata keçirir.  Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri də yaradılıb. İcma əsaslı məktəbəqədər təhsil  layihəsinin meneceri İlahə Rəsulova  institutun  bu  sahədə  fəaliyyəti istiqamətində  görülən işlər  və qazanılan nailiyyətlər barədə  məlumat verdi.  Bildirdi ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonaları da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər məktəbdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq bu layihə üzrə məktəbəqədər təhsilə cəlb olunub. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası-sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. Layihənin önəmliliyi  onunla diqqətçəkəndir ki, icma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir və bu minvalla  müəllimlərin faktiki olaraq  təlim prosesində köməkçilərinə çevrilirlər. Məktəbəqədər yaş qrupuna aid olan uşaqların məktəbə hazırlığı istiqamətində effektli nəticələr vəd edən bu  layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə  ilkin  təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək,  şəffaflığın  və hesabatlılığın, eləcə  də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.  İlahə Rəsulova onu da  söylədi ki,  yeni tədris ilində daha bir yeniliklə fəaliyyətlərinin  məzmununu  zənginləşdirəcəklər. Bu, icma əsaslı valideyn assosiasiyasının yaradılması  planıdır. Nəzərdə tutulan həmin  plan  reallaşanda onun müsbət nəticələri  ilk növbədə təlimin keyfiyyətinin yüksəlməsində özünü göstərəcək. Təhsil ocağı ilə işləməyi xoşlayan və bu sahədə səriştəsi olan fəal valideynlər bu assosiasiyaya  cəlb ediləcəklər. Onlar valideynləri maarifləndirmək və onların bacarıqlarını artırmaq istiqamətində  fəaliyyət göstərəcəklər.  Mütəmadi olaraq  təlimlər keçirməklə valideyinlər də  məktəblə birlikdə ibtidai təhsilin yaxşılaşdırılmasına yönələn  layihələrdə  fəal iştirakçılar olacaqlar. Layihə çərçivəsində məlumatlılığın səmərəliyini artırmaq üçün mobil-elektron proqram yaradılacaq. Eyni zamanda yeni tədris ilindən  icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması da nəzərdə tutulur. Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və  ibtidai  təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə bir qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında   olan 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanından faydalana biləcək. Sonda  İlahə Rəsulova  “İcma əsaslı məktəbəqədər təhsil”  layihəsinin uğurla davam etdiriləcəyinə  və bu layihənin məktəbəqədər təhsilin forma və məzmun kontekstində effektliliyinin artırılmasında önəmli rol oynayacağına  əminliyini ifadə etdi.   "Azərbaycan müəllimi" qəzeti

Peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı

Avqustun 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib. Konfrans zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə mətbuat nümayəndələrinə geniş məlumat verib. Bildirilib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar  üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.  Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, peşə təhsili müəssisələrinə ərizə qəbulunun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.  Həmçinin peşə təhsili ilə bağlı mövcud pilot layihələr və 2019-2020-ci tədris ilində qəbulu nəzərdə tutulan yeni ixtisaslar barədə məlumat verilib. Konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev sənəd qəbulu prosesində “ASAN xidmət” mərkəzlərinin və könüllülərin rolundan söz açıb. Tədbirdə sənəd qəbulu prosesinin rahat, şəffaf və obyektiv şəkildə təşkili ilə bağlı müzakirələr aparılıb. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.                                                                                       

Bakıda Beynəlxalq İnformatika Olimpiadası

88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib   Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Ölkəmizdə ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq. Avqustun 5-də Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər - “Azercell” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək.   “Azərbaycan müəllimi” qəzeti  

Direktorların işə qəbulu üzrə imtahanlar başlayır

Avqustun 2-də Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan direktorların işə qəbulu üzrə imtahanlara mediatur təşkil edilib. Mediatur iştirakçıları imtahan prosesini yaxından izləyiblər. Bildirilib ki, bu gündən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2 050 namizədin iştirakı nəzərdə tutulub. İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Yay məktəbi başa çatıb

"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq dördüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsi başa çatıb. İyulun 23-dən start verilən yay məktəbi çərçivəsində “Təhsil avtobusu” 2500 km-dən çox məsafəni qət edərək 5 bölgədən və 40 kənd, 4 qəsəbə, 3 şəhər məktəbindən akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın məktəblini əhatə edib. “Təhsildə Nəsimi” şüarı ilə yola çıxan və iyulun 29-dək davam edən "Təhsil avtobusu” Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi müddətində iştirakçılar üçün “Nəsimi yaradıcılığı” əsasında hazırlanan 50-ə yaxın akademik saat həcmində təlim, tədris proqramı və intellektual yarışlar həyata keçirilib. Şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər. Yay məktəbinin bağlanış mərasimi ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 650 illiyi qeyd olunan İmadəddin Nəsiminin doğulduğu və ilk təhsilini aldığı Şamaxı şəhərində keçirilib. "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığının tanıtmaqdır.  “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, "Kids INC", SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” online mağazasının tərəfdaşlığı ilə keçirilib. Layihənin media və informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, “Edumap” Təhsil portalı və  “Fam Tram”-dır.

Şagirdlərin elektron yerdəyişməsi bu tarixdən başlayacaq

Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında”  əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” 15 avqust 2019-cu il tarixindən istifadəyə veriləcək. Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.  

Texniki Universitetin yeni rektoru kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib. Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran Ceyhun Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Təhsil nazirinin Astara şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Ceyhun Bayramovun Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran və Lerik rayon sakinlərinin 2 avqust 2019-cu il tarixində nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcəkdir.

Vətəndaşlarla iş bölməsinə 22 557 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 557 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 672 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 885 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 606 (651 ərizə, 955 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin köçürülməsi və ümumi təhsil sahəsinə aid məsələləri əhatə edib.

28/04/2025

1 may saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Ətraflı
28/04/2025

Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var. Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik". #ElmVəTəhsilNazirliyi #AliTəhsil #Tələbə

Ətraflı
28/04/2025

Aprelin 27-də məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. Təhsil Oyunları Platforması #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22018-1

Ətraflı