Peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı
Avqustun 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
Konfrans zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə mətbuat nümayəndələrinə geniş məlumat verib. Bildirilib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, peşə təhsili müəssisələrinə ərizə qəbulunun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin peşə təhsili ilə bağlı mövcud pilot layihələr və 2019-2020-ci tədris ilində qəbulu nəzərdə tutulan yeni ixtisaslar barədə məlumat verilib.
Konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev sənəd qəbulu prosesində “ASAN xidmət” mərkəzlərinin və könüllülərin rolundan söz açıb.
Tədbirdə sənəd qəbulu prosesinin rahat, şəffaf və obyektiv şəkildə təşkili ilə bağlı müzakirələr aparılıb.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31