• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlər və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutları təmsilçilərinin  iyulun 22-dən başlayan qeydiyyat prosesi yekunlaşıb. İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın  günlərdə məlumat veriləcək. Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.   İctimai Şuraya üzvlüyə namizədlərin siyahısı

Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyinin pilot ixtisaslarının I kurs tələbələri yay təcrübə proqramlarına qatılıblar. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “heyvandarlıq mütəxəssisi” qrupunun tələbələri “AZZA Agro” MMC və “Gilan Dairy Farms” MMC-yə məxsus təsərrüfat sahəsində təcrübə keçiblər. Hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və ”bitkiçilik mütəxəssisi” ixtisaslarının tələbələri “Gilan Dairy Farms” MMC, “Gilan Qəbələ Aqrotexservis” MMC, “Şamlı” Aqroservis müəssisəsi, “Gilan Vegetables” MMC, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin "aqroservis mütəxəssisi” və “üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələri İsmayıllı rayonu Nikitin adına İvanovka kolxozunda və İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin Talıstan  kəndindəki sahələrində, İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin “aqroservis mütəxəssisi” və ”bitkiçilik mütəxəssisi” ixtisasının tələbələri isə “ULU Aqro” MMC-də (ULU Aqropark) təcrübə keçirlər. Yay təcrübəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin duala-bənzər peşə təhsili və təlimi (PTT) sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdan ibarədir. Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiəti ilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birgə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə proqramları avqustun 30-dək davam edəcək. Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə təqviminə əsasən həyata keçirilir. Hazırda həyata keçirilməkdə olan ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən birgə maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyi, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdan ibarətdir.

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilir. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 28-29 avqust tarixlərində vakansiya seçiminə qatıla bilərlər. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən  – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər. Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır

Avqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır.   İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar. Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.    

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Avqustun 26-da Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva qeyd edib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. İlhamə Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur. Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Mətbuat konfransında o da bildirilib ki, valideynlər elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan suallara şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzləri, Apelyasiya Komissiyasına yaxınlaşmaqla, həmçinin, yerli təhsili idarəetmə qurumlarına və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146-1) zəng etməklə aydınlıq gətirə bilərlər.  Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.   2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallar və onların cavabları  

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı mətbuat konfransı – CANLI YAYIM

Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə sənəd qəbulu başlayır.  Ərizələrin onlayn qeydiyyatı sentyabrın 25-dək həyata keçiriləcək.    CANLI YAYIM

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat saat 12:00-da başlayacaq

Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/  elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.  Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.   

Kazanda  peşə təhsili ilə bağlı olimpiada

Rusiyanın Kazan şəhərində 45-ci “WorldSkills” müsabiqəsi keçirilir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov müsabiqədə qonaq qismində iştirak edirlər.  63 ölkə və regiondan 1300-dən çox iştirakçının qatıldığı müsabiqə çərçivəsində 56 növ bacarıq üzrə yarışların keçirilməsi nəzərdə tutulur.  “WorldSkills” müsabiqəsinə bu il 200 000-dən artıq ziyarətçinin və 3 500-dən çox könüllünün qatıldığı qeyd olunur. Tədbir zamanı həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti və “HRD Korea”, eləcə də “WorldSkills Russia” təşkilat komitəsinin üzvləri arasında məhsuldar görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb. Eyni zamanda peşə təhsili müəssisələrinin avadanlıq təchizatı üzrə ixtisaslaşan şirkətlərlə də səmərəli müzakirələr keçirilib.  “Peşə təhsilli kadrların olimpiadası” kimi də tanınan “WorldSkills” müsabiqəsinin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıq və peşələrin inkişaf etdirilməsi, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir. Müsabiqə avqustun 27-dək davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşıb

Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 3 292 namizəd iştirak edib. İmtahan nəticələri barədə məlumat növbəti həftə ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim ediblər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilib. Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.    

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək. İkinci turla bağlı sənəd qəbulunun  “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

29/04/2025

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası keçirilir. Heydar Aliyev Foundation #ElmVəTəhsilNazirliyi #ZəkalarınMübarizəsi

Ətraflı
28/04/2025

"Məktəblilərarası Milli Hakaton"un seçim mərhələsi Xaçmazda #ElmVəTəhsilNazirliyi #RəqəmsalGələcək #MilliHakaton2025 #RəqəmsalBacarıqlar #KodlaGələcəyiniQur #EduAz #MilliHakaton

Ətraflı
28/04/2025

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə final turu keçirilib.

Ətraflı