Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilir.
Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 28-29 avqust tarixlərində vakansiya seçiminə qatıla bilərlər. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.
Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək.
Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
5 il əvvəl
Digər xəbərlər
-
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30 -
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək
01.05.2025 - 10:42 -
Nazir müavini Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib
01.05.2025 - 09:30