• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyinin pilot ixtisaslarının I kurs tələbələri yay təcrübə proqramlarına qatılıblar.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “heyvandarlıq mütəxəssisi” qrupunun tələbələri “AZZA Agro” MMC və “Gilan Dairy Farms” MMC-yə məxsus təsərrüfat sahəsində təcrübə keçiblər.

Hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və ”bitkiçilik mütəxəssisi” ixtisaslarının tələbələri “Gilan Dairy Farms” MMC, “Gilan Qəbələ Aqrotexservis” MMC, “Şamlı” Aqroservis müəssisəsi, “Gilan Vegetables” MMC, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin "aqroservis mütəxəssisi” və “üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələri İsmayıllı rayonu Nikitin adına İvanovka kolxozunda və İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin Talıstan  kəndindəki sahələrində, İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin “aqroservis mütəxəssisi” və ”bitkiçilik mütəxəssisi” ixtisasının tələbələri isə “ULU Aqro” MMC-də (ULU Aqropark) təcrübə keçirlər.

Yay təcrübəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin duala-bənzər peşə təhsili və təlimi (PTT) sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdan ibarədir. Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiəti ilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birgə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə proqramları avqustun 30-dək davam edəcək.

Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə təqviminə əsasən həyata keçirilir.

Hazırda həyata keçirilməkdə olan ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən birgə maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyi, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdan ibarətdir.


5 il əvvəl