Təhsil nazirinin Sabirabad şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Təhsil naziri Ceyhun Bayramovun Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərinin 25 oktyabr 2019-cu il tarixində nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcəkdir.
24/10/2019 09:16
Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərdə
2019-2020-ci tədris ili üçün 15 müxtəlif istiqamət üzrə peşə təhsili müəssisələrinin 49 nəfərdən ibarət mühəndis-pedaqoji heyəti Türkiyədə təlimlərdə iştirak edirlər. Hazırda İzmir və İstanbul şəhərlərində avtomobil, elektrik, incəsənət, inşaat, mebel və kənd təsərrüfatı istiqamətləri üzrə təlimlər davam etdirilir. Təlim zamanı müəllimlər kənd təsərrüfatı üzrə meyvə-tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə isə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar. Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlığa əsasən təlimlərin İstanbul, Ankara və İzmir şəhərlərində keçirilməsi nəzərdə tutulub. Təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır. Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.
23/10/2019 17:12
Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının iclası
Oktyabrın 22-də Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının iclası keçirilib. İclasda Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının İdarə heyətinin yeni tərkibi seçilib, 10 nəfər gənc mütəxəssisin partiya sıralarına qəbul olunması ilə bağlı qərar verilib. Təhsil nazirinin müavini Firudin Qurbanov yeni üzvləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir müavini, həmçinin son illərdə təhsil sahəsində qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən danışıb və görülən işlərdə gənclərin fəal iştirakının vacibliyini qeyd edib.
22/10/2019 19:15
3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi
“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində hazırda 32 rayon (şəhər) üzrə ümumilikdə 320 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. 6197 nəfər 3 və 4 yaşlı uşaq bu qruplarda məktəbəqədər təhsilə cəlb edilib. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş 320 tərbiyəçi bu qruplarda çalışır. Qeyd edək ki, layihə Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən etibarən həyata keçirilir. Layihə çərçivəsində 2018-ci ildə regionlar üzrə 50 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb. 2019-cu ildə əlavə olaraq 13 icma əsaslı məktəbəqədər təhsil qrupu açılıb. Cari ilin oktyabr ayından isə Təhsil Nazirliyi tərəfindən 257 ümumi təhsil müəssisəsində eyni sayda icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayıb. İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır. Mərkəzlərdə dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər. 20 nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər həftədə 4 dəfə, 2-2.5 saat olmaqla keçirilir.
22/10/2019 17:06
Basketbol idman növü üzrə “Təhsil Liqası”na start verilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümündə basketbol idman növü üzrə 13 yaşadək (U-13), 15 yaşadək (U-15) və 17 yaşadək (U-17) qızlar və oğlanlardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb. Liqanın keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Bildirək ki, 17 yaşadək (U-17) oğlanlar, 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) qızlardan ibarət komandalar arasında liqalar bu mövsümdən təşkil olunub. Qeyd olunan yaş qrupları üzrə liqalarda idman məktəbləri, müxtəlif idman təşkilatlarının 49 komandası mübarizə aparacaq. İki dövrədən ibarət olan liqaların oyunları 2020-ci ilin iyun ayında başa çatacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.
22/10/2019 12:22
İctimai Şuranın növbəti iclası keçirilib
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib. İclasda Şura üzvləri şuranın fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur. Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
22/10/2019 09:49
“Məktəbimizdə” – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Cari ildə tədris binası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildikdən sonra şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil müəssisəsində oxuyan 710 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Son 5 ildə sözügedən məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 50-60 faiz olub. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
21/10/2019 16:42
Ölkənin təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb
Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılmış "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb. Belə ki, "Bacarıqlar" kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək 29-cu yerlərdə qərarlaşıb. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz 7 pillə irəliləyərək 20-ci yerdədir. “İnnovasiya bacarığı” kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə 3 pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə 3 pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə 4 pillə irəliləyərək 83-cü yerdə, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə 8 pillə irəliləyərək 78-ci yerlərdə qərarlaşıb.
21/10/2019 14:37
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir
Oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir. Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib. Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları
21/10/2019 09:38
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü ilə bağlı tədbirlər yekunlaşıb
25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü ilə bağlı təbliğat tədbirləri yekunlaşıb. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, oktyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində, oktyabrın 18-də isə Bakı Dövlət Universitetində müvafiq xarakterli tədbirlər keçirilib. Təbliğat tədbirlərində Xarici İşlər və Təhsil nazirliklərinin məsul şəxsləri iştirakçılara Qoşulmama Hərəkatının mahiyyəti, keçiriləcək Zirvə Görüşünün əhəmiyyəti barədə məlumat veriblər. Eyni zamanda Hərəkata üzvlüyün və Zirvə Görüşünə evsahibliyi etməyin ölkənin uğurlu xarici siyasətinin bir komponenti olmasından və bu tədbirdən olan gözləntilərdən bəhs olunub. Dəyirmi masalarda Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilmiş təhsil qrantı çərçivəsində oxuyan tələbələr də iştirak ediblər. Tədbir tələbə-müəllim heyətinin, əcnəbi tələbələrin, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan tələbələrin marağına səbəb olub.
18/10/2019 17:45
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
İyunun 10-da “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib. IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22141-1
ƏtraflıElm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elminin vəziyyəti barədə Asan Radioya müsahibə verib.
Ətraflı“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton
Ətraflı