Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərdə
2019-2020-ci tədris ili üçün 15 müxtəlif istiqamət üzrə peşə təhsili müəssisələrinin 49 nəfərdən ibarət mühəndis-pedaqoji heyəti Türkiyədə təlimlərdə iştirak edirlər.
Hazırda İzmir və İstanbul şəhərlərində avtomobil, elektrik, incəsənət, inşaat, mebel və kənd təsərrüfatı istiqamətləri üzrə təlimlər davam etdirilir. Təlim zamanı müəllimlər kənd təsərrüfatı üzrə meyvə-tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə isə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlığa əsasən təlimlərin İstanbul, Ankara və İzmir şəhərlərində keçirilməsi nəzərdə tutulub. Təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.
Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır
12.06.2025 - 19:30 -
İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib
12.06.2025 - 17:45 -
Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb
12.06.2025 - 17:00 -
Həsən Həsənli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılışında çıxış edib
12.06.2025 - 16:15 -
Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat!
12.06.2025 - 15:54