• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin hesabat tədbiri keçirilib

Avqustun 3-də “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019-2020, 2020-2021-ci tədris illəri üzrə yekunlarına dair hesabat tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin idarə heyəti və müəllim-şagird kollektivi iştirak ediblər.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev layihənin əhəmiyyətindən danışıb. İdris İsayev qeyd edib ki, ümumi orta təhsil səviyyəsində təhsilalanların ilkin peşələrlə tanışlığı, şagirdlərə peşə vərdişlərinin aşılanması onlara əmək bazarında asan iş tapmaqları istiqamətində çox faydalı olacaq.

 

Daha sonra layihənin əhatə dairəsi və növbəti hədəfləri haqqında məlumat verən layihə rəhbəri Xanım Şabanova bildirib ki, 2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi paytaxt və bölgələrdə 35 məktəbdə 55 sinif olmaqla 1187 şagirdi əhatə edib. Növbəti tədris ilində isə hədəf layihə çərçivəsində təşkil edilən siniflərin sayının 80 məktəbdə 124 sinfə, şagirdlərin sayının isə minimum 2200-ə çatdırılmasından ibarətdir. Qeyd olunub ki, növbəti tədris ilində mövcud bəzi məktəblərdə paralel siniflərin açılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. Xanım Şabanova cari tədris ilindən etibarən peşə təmayüllü siniflərin şagirdlərinə sürücülük modulunun keçirilməsi, 20 məktəbdə STEAM layihəsinin inteqrasiyası və ölkədə ilk dəfə ümumi təhsil səviyyəsində təhsil alan şagirdlərə karyera məsləhətçiliyi xidmətinin baş tutması barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

 

Tədbir zamanı peşə təmayüllü siniflərin şagirdləri tərəfindən hazırlanmış əl işlərindən ibarət stend də nümayiş edilib.

 

Daha sonra tədris illəri ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Tədbir zamanı layihənin fəaliyyət göstərdiyi bir sıra məktəblərin direktor, müəllim və şagirdləri öz fikirlərini bölüşüblər.


2 il əvvəl