Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

3-cü “Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib

İyulun 26-da ADA Universitetində 3-cü “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev  və digər qonaqlar iştirak ediblər.     Tədbirdə çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışçılar üçüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasındakı rolunu vurğulayıb, rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.    Tədbir çərçivəsində 3-cü “Yüksəliş” müsabiqəsinin 22 qalibi diplomla təltif edilib.    Müsabiqə qaliblərini 1 il ərzində böyük şirkətlərin top-menecerləri və dövlət orqanları rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, Kadr Ehtiyatı Bankına daxiledilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.     Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi ölkə Prezidentinin 2019-cu il tarixində imzaladığı müvafiq sərəncam əsasında təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.    

Xaricdə doktorantura təhsili alacaq namizədlərin siyahısı təsdiq olunub

2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair ilk sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.   Yekun nəticələrə əsasən, ümumilikdə 37 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.   Təqaüd qazanan gənclər sırasında 2 nəfər “University of Strasbourg”, 1 nəfər “University of Cambridge”, 2 nəfər “Montpellier University”, 1 nəfər “University of Liverpool”, 1 nəfər “University of Waterloo”, 1 nəfər isə “University of Georgia” kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.   Qeyd edək ki, 2023-cü il ərzində “2019-2023 Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə ikinci sənəd qəbuluna müraciət haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

OCEP məktəbliləri ilə görüş keçirilib

İyulun 25-də Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP (Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) məktəbliləri ilə görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin nümayəndəsi Canluka de Angelis, Olimpiya Mədəniyyəti və Təhsil Proqramının rəhbəri Ceyhun Rəhmanov iştirak ediblər.   Görüş zamanı Hilal Salmanov nazirliyin OCEP proqramını tam dəstəklədiyini bildirib, belə layihələrin məktəblilərin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.  Görüş çərçivəsində məktəblilərlə ümumi söhbət edən MOK-un baş katibi Azər Əliyev onlara uğurlar arzulayıb.  OCEP məktəbliləri Ümid Yusifli, Qumral Yusifli, Xədicə Seyidova və Nərminə Xələfova da öz növbələrində “Maribor 2023” çərçivəsində ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

İyulun 26-da saat 11:00-dan bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır.    Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.   Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.   Bütün namizədlərə uğurlar arzulayırıq!

Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimizin uğuru

16-25 iyul tarixlərində İsveçrənin Sürix şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. 107 ölkədən 321 məktəblinin iştirak etdiyi yarışda şagirdlərimiz 4 medal qazanıblar.   Olimpiadada iştirak edən məktəblilər – Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov bürünc medala layiq görülüblər.      Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.  

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir

İyulun  25-də saat 15:00-dan uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.    1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək.    Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.    Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra  uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.    Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.

Tələbələrin köçürülməsi üzrə sənəd qəbuluna başlanılır

İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır.    Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.     Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.     Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər.    Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.    Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.    Proseslə bağlı əlavə məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya rəsmi "Whatsapp" xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür. 

126 məzun qızıl, 95 məzun gümüş nişanla təltif edilib

2022-2023-cü tədris ilinin XI sinif məzunlarından 126 nəfər qızıl, 95 nəfər isə gümüş nişanla təltif olunub.   Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.   Qeyd edək ki, qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif edilirlər. Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.   Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.   Qeyd edək ki, namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

“Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

İyulun 21-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.    Təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyi qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlarının kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərinin idarəolunması ilə bağlı bilik, bacarıqlarının təkmilləşdirilməsinə, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır.   Təlimdə nazirlik və qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.   Açılış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli nazirliyin əsas kommunikasiya hədəfləri və vahid kommunikasiya mexanizminin formalaşdırılmasından bəhs edib. Bununla yanaşı, böhran vəziyyətlərində qurumdaxili və xarici auditoriya ilə düzgün ünsiyyətin qurulmasına diqqət çəkib.   Daha sonra nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Medianın təhsil üzü" mövzusunda çıxış edib.    Təlimin davamında "Safavy.org" şirkətinin həmtəsisçisi və direktoru, təlimçi Könül Quliyeva "Təsirli hekayə necə yaradılır?", mobiloqraf Nərgiz Məmmədli "Vizual məzmun necə yaradılır?" və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Azər Nəzərov "Böhran kommunikasiyası" mövzularında çıxış edərək öz təcrübələrini bölüşüblər.    Təlimçilər sosial media kanallarının işləmə prinsipləri və uyğun hekayə tiplərinin yaradılması, əsas effektivlik göstəriciləri, vizual cəhətdən cəlbedici, təsirli məzmunun tərtibi, böhranla bağlı effektiv ünsiyyət strategiyaları, uğurlu böhran kommunikasiyasının təhlili kimi istiqamətlərdən danışıblar.    Təlim çərçivəsində müxtəlif intellektual oyunlar da təşkil edilib.    Daha sonra iştirakçılar arasında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.    Sonda xatirə şəkli çəkdirilib.

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı