Nazir müavini Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə olub
Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə olub.
Cari ildə istifadəyə verilən məktəbdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov müəllim və şagird kollektivi ilə görüşüb, onlarla səmimi söhbət aparıb.
Bildirilib ki, Laçın şəhəri 2 nömrəli tam orta məktəb ümumilikdə 510 şagird yerlikdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Hazırda məktəbdə 69 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
