• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Parlaq gələcəyim” layihəsi çərçivəsində Xızıda şagirdlərlə görüş keçirilib

“Parlaq gələcəyim” layihəsi çərçivəsində Xızı rayonunun Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin şagirdləri ilə görüş keçirilib. 

 

Görüşdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın “Polytechnic School of Design” Universitetindən məzun olmuş Xatirə Hüseynəliyeva dizayn ixtisası barədə uşaqları məlumatlandırıb. 

 

Görüşdə iştirak edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) baş katibi Güldanə Dadaşova təhsil müddətində və sonra azərbaycanlı tələbələrin, məzunların yaratdığı birliklərdən, eləcə də dövlətin gənclərə dəstəyi, keçirilən tədbir və görüşlərdən danışıb. 

 

150-yə yaxın şagirdin iştirak etdiyi görüşdə həmçinin “2022–2026-cı illər üzrə Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramlarına qəbul barədə məlumat verilib, daha sonra uşaqlarla keçirilən intellektual oyunlar çərçivəsində onlara hədiyyələr təqdim olunub. 

 

Qeyd edək ki, layihənin məqsədi xaricdə təhsil alan gənclərin, o cümlədən dövlət proqramları və Hökumətlərarası Təqaüd Proqramları məzunlarının şagirdlərlə təcrübələrini bölüşməsini təmin etmək, müasir ixtisas sahələri, gələcəyin tələbləri, peşə seçimi barədə onları məlumatlandırmaqdır.


07.11.2023 - 10:38