Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elektron sənəd qəbulunun müddəti uzadılıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.   Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslərin yenidən müraciəti mümkündür. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi ilə görüş

Dekabrın 19-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi cənab Mixail Şvıdkoy ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.  

“Məktəbli könüllü” proqramına qeydiyyat davam edir

“Məktəbli könüllü” proqramına qeydiyyat prosesi davam edir. Proqrama qoşulmaq istəyən 8, 9, 10 və 11-ci sinif şagirdləri 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.   Qeydiyyat üçün link: https://forms.gle/jY4cK2UxqNBQ7UgU7   Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər? məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi; ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə; məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri; məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkili; məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili; Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.   Qeyd edək ki,  “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır. 

Elm və təhsil nazirinin müavini İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

Dekabrın 18-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Türkiyə Respublikası İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı ölkəmizin ali təhsil müəssisələri ilə İstanbul Texniki Universiteti arasındakı əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulub

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulub.   Keçirilən oyunların nəticələrinə görə, liqanın A və B qruplarında ən çox xal toplayan Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyasının komandaları birinci altılıqda, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin komandaları isə ikinci altılıqda mübarizəni davam etdirəcək.   Liqanın II dövrəsinin ilk oyunları tələbələrin qış imtahanı sessiyasından sonra, yəni fevral ayının ikinci ongünlüyünə təsadüf edəcək.   Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq.   Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə təşkil olunur.   

“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin hesabat tədbiri keçirilib

Dekabrın 18-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019–2023-cü illərin yekunlarına həsr olunan “İlkin bacarıqlardan davamlı inkişafa” adlı hesabat tədbiri keçirilib.   Tədbirin keçirilməsində məqsəd 2019–2020, 2020–2021, 2021–2022-ci tədris illərində layihənin pilot fəaliyyətinin yekunlarına dair məlumatları, əldə edilən uğur və gələcəkdə nəzərdə tutulan fəaliyyətləri bölüşmək olub.     Tədbirdə əvvəlcə peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.   Daha sonra elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən  Elnur Əliyev giriş nitqi ilə çıxış edib və şagirdlərə uğurlar arzulayıb.    Hesabat tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli layihənin əhəmiyyətindən danışaraq bildirib ki, peşəyönümlü siniflər şagirdlərin erkən yaşda maraqlarının müəyyənləşdirilməsi üçün olduqca önəmlidir. Nazir müavini bu siniflərdən məzun olan şagirdlərin əmək bazarına daha hazırlıqlı olduqlarını qeyd edib.     Sonra peşə təmayüllü siniflərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.   Ardınca layihənin rəhbəri Xanım Şabanova 2019–2023-cü illərə dair geniş təqdimatla çıxış edib.   Sonra “Ümumi təhsildən əmək bazarına: çətinliklər və fürsətlər” mövzusunda panel müzakirə təşkil olunub. Layihənin rəhbəri Xanım Şabanovanın moderatorluq etdiyi müzakirədə təhsil üzrə beynəlxalq ekspert Rainer Gerke, Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov və “Future Bright” şirkətinin Azərbaycan üzrə direktoru Könül Əliyeva iştirak ediblər.   Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkili və icrasında əməyi keçən əməkdaşlara təşəkkürnamələr təqdim edilib.     Qeyd edək ki, ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərə 196 məktəbdə 4000-dən çox şagird cəlb olunub.  

ADMİU-nun 100 illik yubileyi münasibətilə “Maqbet” tamaşası oynanılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Maqbet” tamaşasının premyerası keçirilib.   Premyerada elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Səadət Yusifova, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim kollektivi, tələbə heyəti və digər qonaqlar iştirak ediblər.   Tamaşadan əvvəl ADMİU-nun rektoru Ceyran Mahmudova qonaqları salamlayaraq hər birinə rəhbərlik etdiyi ali təhsil ocağının yubileyinə göstərdikləri diqqətə görə təşəkkür edib, “Maqbet” tamaşasının yeni formatda səhnələşdirildiyini diqqətə çatdırıb.   AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bütün kollektivi yubiley münasibətilə təbrik edib, ali təhsil müəssisəsinin Azərbaycanın milli mədəniyyət və incəsənətinə layiqincə xidmət göstərdiyini vurğulayıb.   Daha sonra qonaqlar Vilyam Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış eyniadlı faciəyə tamaşa ediblər. Tamaşada rolları Əməkdar artistlərlə yanaşı, ADMİU-nun tələbə və məzunlarından ibarət heyət canlandırıb.   

Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatıb

Dekabrın 16-da Azərbaycan müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayı başa çatıb.    Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, ali məktəblərin rektorları və digər rəsmi şəxslər iştirak ediblər.   Bağlanış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Leyla Xəlilova Rzazadə qurultayın qətnaməsini oxuyub. Ardınca isə qətnamə qəbul edilib.   Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis  edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.    Qurultay konsert proqramı ilə başa çatıb.   Əlavə fotolar

Azərbaycan Müəllimlərinin XVI Qurultayının Qətnaməsi

Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI Qurultayı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.     Qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunda təhsil sahəsində həyata keçirilmiş fəaliyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu, dövlət başçısının elm və təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir.    Qurultay hesab edir ki, hesabat məruzəsində elm və təhsil sahəsində nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış və qarşıda duran əsas çağırışlar dəqiq müəyyənləşdirilmişdir.  Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və əhatəliliyininin artırılması, səmərəli idarəetmə və maliyyələşmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil infrastrukturun müasirləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə təlim-tədris prosesinin bərpası baxımından sistemli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayır. Elm və təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin qazanıldığını, bu sahədə siyasətin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu qeyd edərək, hesabat məruzəsini qənaətbəxş hesab edir.    Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir: - Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi;   - təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması; - ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarında Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun zənginləşdirilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması;   - gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;   - uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və müəllim heyətinin peşəkarlığının arıtılması;   - ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin nəticələrinin yüksəldilməsi;   - təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması; - təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və diferensial əməkhaqqı sisteminin tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi;   - əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması;   - ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;   - bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin təşkili mexanizminin yaradılması və tətbiqi;   - istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması; Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, elm və təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.   

Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci gününün panel sessiyaları

Dekabrın 16-da Bakı Konqres Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci günü panel sessiyaları ilə davam edir.   Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimovanın moderatorluğu ilə keçirilən “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi” panelində bu təhsil pilləsi üzrə sözügedən məsələlər barədə müzakirələr aparılıb. Bununla yanaşı, tədris prosesi zamanı qarşıya çıxan çətinliklər səsləndirilib, onların həlli istiqamətində iştirakçıların təklifləri dinlənilib və bu istiqamətdə göstərilə biləcək dəstəklə bağlı söhbət edilib.   “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar” panelində bu fənlərin tədrisi ilə bağlı məsələlər müzakirə olunub. Fənn müəllimləri Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmovanın moderatorluğu ilə tədris prosesində qarşıya çıxan problemlərdən danışılıb, onların həlli istiqamətində fikir və təkliflər səsləndirilib.    Növbəti panel “Müasir dövrdə təbiət fənlərinin tədrisi” mövzusunda olub. “Təbiət” və “Həyat bilgisi” dərsliklərinin həmmüəlllifi Yalçın İslamzadənin moderatorluğu ilə aparılan sessiyada fənnin tədrisi zamanı müəllimlərin qarşılaşdıqları problemlər, yeni dərsliklərin tərtibatı məsələləri vurğulanıb. Eyni zamanda təbiət fənlərinin tədrisi üzrə müəllimlərin rəy və təklifləri dinlənilib, bununla bağlı müzakirələr aparılıb.    Riyaziyyat fənninin məzmunu və tədris metodikasından bəhs olunan “Müasir dövrdə riyaziyyat fənninin tədrisi” panelinin moderatoru Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva olub. Panel müddətində şagirdlərdə riyazi düşüncənin əhəmiyyəti, onların riyaziyyat fənninin mənimsənilməsi zamanı qarşılaşdıqları çətinliklərdən danışılıb və məktəblilərə riyazi həllərə dair məsələlərin mahiyyətinin aydınlaşdırılmasının əsas məqam olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, müzakirələrdə riyaziyyat fənninin tədrisində diferensial təlimin təşkili, şagirdlərin riyazi-məntiqi təfəkkürünün inkişaf etdirilməsi  və fənnin tədrisi ilə bağlı təkliflər dinlənilib.   “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış” panelində “Tarix və coğrafiya fənlərinin müasir tədrisi necə olmalıdır?”, "Problemlər və onların həll yollarını necə görürsünüz?" sualları ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib. Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarovun moderatorluğu ilə təşkil olunan sessiyada qeyd edilib ki, adıçəkilən fənlərin tədrisində tənqidi və analitik düşüncəyə malik şəxslərin formalaşdırılmasına diqqət yetirmək vacibdir.   Daha sonra "Keçmiş əsasında indini anlamaq və gələcəyi öyrənmək üçün nə etməli?" sualı ətrafında müzakirələr aparılıb və müəllimlərin təklifləri dinlənilib.   Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin baş mütəxəssisi Aygün İsgəndərovanın moderatorluğu ilə keçən “Xarici dillərin öyrənilməsi: yeni imkanlar” panelində ümumi təhsil müəssisələrində tədris olunan müxtəlif xarici dillər haqqında müzakirələr aparılıb və xarici dillərin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib.   “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu” panelində bu fənlərin tədrisində istifadə olunan metodlardan danışılıb. Bakı Avropa liseyinin təsviri incəsənət müəllimi Kəmalə Cəfərzadənin moderatorluğu ilə keçirilən sessiyada qeyd edilən fənlər üzrə standartlar, qarşıya çıxan problemlər dinlənilib, müəllimlərin rəy və təklifləri müzakirə olunub.    Digər panelin mövzuzu isə “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” olub. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovon moderatorluğu ilə keçirilən paneldə yeni STEAM mərkəzlərinin yaradılması, layihənin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin bu təhsil yanaşmasına fəal surətdə cəlbi, eləcə də  STEAM yanaşmasının tətbiqi üzrə statistik məlumatlar iştirakçılarla bölüşüb.    "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova isə XXI əsr bacarıqlarının şagirdlərdə formalaşdırılması baxımından ölkəmizdə uğurla həyata keçirilən layihənin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, informatika fənninin tədrisi, eləcə də "Alqoritmika" şirkəti ilə əməkdaşlıq çərçivəsində görülmüş  işlər barədə məlumat verib.   Panel sessiya fəal sual-cavab formatında davam etdirilib, müəllimlərin təklifləri dinlənilib.   Qeyd edək ki, Azərbaycan müəllimlərinin XVI qurultayı bu gün işini başa çatdıracaq.

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı