Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
2 il əvvəl
Mayın 28-də "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
