Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu davam edir

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu prosesi davam edir.     Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər.   Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür. Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu -Sual/Cavab

May ayında 760 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, may ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 4, dövlət nümunəli olmayan diplom səbəbi ilə 2, təhsil forması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 264, Ukraynadan 243, Türkiyədən 118, Belarusdan 63,  Gürcüstandan 29,  Birləşmiş Krallıqdan 28, Çindən 9, Macarıstandan 9, Polşadan 6, Qazaxıstandan 6, ABŞ-dən 5, İtaliyadan 5, Niderlanddan 5, Çexiyadan 3,  Almaniyadan 2,  Fransadan 2,  Özbəkistandan 2,  Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriyadan 1, Banqladeşdən 1, Belçikadan 1, Estoniyadan 1, İrandan 1, İspaniyadan 1, İsveçdən 1, İsveçrədən 1, Kiprdən 1, Koreyadan 1, Litvadan 1, Norveçdən 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.

“Məktəblərdə Heydər Əliyev ayı” layihəsi yekunlaşıb

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Məktəblərdə Heydər Əliyev ayı” layihəsinin yekun tədbiri keçirilib.   Tədbirdə məktəblilərin ifasında ümummilli liderə həsr olunan mahnılar, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.   Bildirilib ki, layihənin məqsədi ümummilli lider Heydər Əliyevin zəngin həyatı, çoxşaxəli fəaliyyəti haqqında uşaq və gəncləri maarifləndirmək, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin gənc istedadları üzə çıxarmaqdan ibarət olub.    Qeyd edək ki, layihə çərçivəsində may ayı ərzində ümumi təhsil müəssisələrində debatlar, seminar və müsabiqələr keçirilib, elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq işi aparılıb, eləcə də bədii, sənədli filmlər nümayiş olunub.

Təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatlandırıcı sessiya keçirilib

İyunun 6-da STEAM İnnovasiya Mərkəzində təhsilverənlərin sertifikatlaşdırılmasına dair media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirilib.    Məlumatlandırıcı sessiyada açılış nitqi ilə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov sertifikatlaşdırmanın əhəmiyyətindən söz açıb. Sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqısına təsirindən danışan Eşqi Bağırov qeyd edib ki, 2022-ci ildən etibarən əməkhaqqı sertifikatlaşdırma nəticəsinə uyğun olaraq diferensial formada artırılır. Sertifikatlaşdırmadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqısı 1300 manata qədərdir.    Daha sonra sertifikatlaşdırma prosesi ilə bağlı geniş təqdimatla çıxış edən MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırmanın üstünlüklərinə toxunub. Nurlan İsmayılbəyli bildirib ki, ən yüksək nəticə göstərmiş müəllimlər tərəfindən mentor kimi məktəbdaxili metodiki xidmət həyata keçirilir. Müəllimlərin sertifikatlaşdırılma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində istifadə olunması nəzərdə tutulur. Müəllimlər sertifikatlaşdırma prosesində toplanılan bal əsasında da iş yerlərini dəyişmək imkanı əldə edirlər.   Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma imtahanlarında istifadə edilən sualların məzmunundan danışıb. Nəzakət Mehdiyeva bildirib ki, uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilirlər, çünki onların öyrətmə üsulu qaneedici olmur.    Sessiyanın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Elm və təhsil naziri Türkiyə Maarif vəqfinin prezidenti ilə görüşüb

İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Maarif vəqfinin prezidenti Birol Akgünlə görüşüb.   Görüş zamanı təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub.

“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir

İyunun 4-də Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın sərbəst və yunan-Roma güləşi idman növü üzrə final yarışlarının açılış mərasimi keçirilib.    Tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.    Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub.    Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 11 çəki dərəcəsində 2010–2012-ci il təvəllüdlü məktəbli idmançılar iştirak edirlər.   Qeyd edək ki, yarışlara 7 iyun tarixində yekun vurulacaq.   “Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 8–10 iyun tarixlərində cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.

Bakı Dövlət Universiteti "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.   Azərbaycanın 3 universiteti sözügedən qlobal reytinqdə təmsil olunub və hər 3-nün mövqeyində ötən ilə nisbətən irəliləyiş müşahidə edilib.   Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin siyahısına daxil olub. Son 5 ildə ilk dəfə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti müvafiq reytinqdə top-1000-də yenidən təmsil olunur.   1001-1200 diapazonunda reytinqə daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də mövqeyi ötən ilin nəticələrinə nisbətən əhəmiyyətli dərəcədə irəliləyib və 1201-1400 diapazonundan 1001-1200-ə yüksəlib.   Azərbaycan Dövlət İqtisad Universiteti də reytinqə 1001-1200 diapazonu üzrə daxil olub.   QS dünya universitetlərinin reytinqində nəzərə alınan 9 indikatordan 4-ü üzrə Bakı Dövlət Universiteti (“Müəllim-tələbə nisbəti”, “Akademik heyət üzrə istinad sayı”, “Beynəlxalq tədqiqat indeksi” və “Məşğulluq nəticələri”), 4-ü üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Əcnəbi tələbə payı” və “Davamlılıq”) və 1-i üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Əcnəbi müəllim payı) ölkədə birinci sıradadır. “Məşğulluq nəticələri” indikatoru üzrə hər 3 universitet top-500-də təmsil olunur, Bakı Dövlət Universiteti isə müvafiq indikator üzrə dünyada 271-ci yerdədir.   Qeyd edək ki, QS 2025 dünya universitetlərinin reytinqində Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir

Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun və oktyabr aylarında “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçiriləcək.   Layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.   Layihə çərçivəsində 11–12 iyun tarixlərində Şəki və Lənkəran şəhərlərindən 2 500-ə yaxın məktəbli Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” tamaşalarını izləyəcək.     Bununla yanaşı, layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilib

Cari ilin may ayında ölkəmizdə PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil edilib. Tədqiqatda 70 ümumi təhsil müəssisəsi üzrə 4 098 şagird iştirak edib. Sözügedən tədqiqat Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilib.    PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilir.

Vətəndaş müraciətlərinin statistikası

Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 226 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 45 042-si çağrı mərkəzləri, 804-ü sosial media, 5 186-sı  "WhatsApp" vasitəsilə, 1 220-si elektron, 1 090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 884 müraciət qeydə alınıb.    Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı