Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 15-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni Qarslıoğlu ilə görüşüb.

Nazir qonağı səmimi salamlayaraq onun ölkəmizdəki fəaliyyəti dövründə görülən səmərəli işləri, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Fevralın 15-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni Qarslıoğlu ilə görüşüb. Nazir qonağı səmimi salamlayaraq onun ölkəmizdəki fəaliyyəti dövründə görülən səmərəli işləri, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Nazir, həmçinin iki ölkə arasında mövcud təhsil əlaqələrinin inkişafı, həyata keçirilən tədbirlər və digər məsələlərdən də söz açıb. Eyni zamanda Misir Mərdanov gələcək perspektivlərdən də danışaraq ortaq bağça-məktəbin açılması məsələsinə də toxunub. Cənab Qarslıoğlu nazirə səmimi qəbul və xoş münasibət üçün təşəkkürünü bildirib. Tarixi, mədəni və iqtisadi baxımdan qurulan əlaqələrdən danışan qonaq təhsil sahəsi üzrə yaradılan əməkdaşlığın dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Qonaq fəaliyyəti dövründə ona göstərilən diqqət və yardıma görə razılığını da ifadə edib. Eyni zamanda ölkəmizə təyin olunacaq yeni səfirin mövcud əlaqələrin daha da inkişafına çalışacağını əminliklə qeyd edib. Sonda Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fevralın 15-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg, Oslo Universitetinin professoru xanım Vibeke Roggenlə görüşüb.

Fevralın 15-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg, Oslo Universitetinin professoru xanım Vibeke Roggenlə görüşüb. Görüşdə Norveç-Azərbaycan təhsil əlaqələri, eyni zamanda Boloniya prosesinin tələblərinə uyğun olaraq beynəlxalq layihələrin birgə həyata keçirilməsi məsələləri müzakirə olunub. Misir Mərdanov öz növbəsində xanım Vibeke Roggenin Təhsil Nazirliyində Oslo Universitetinin idarəolunması, tələbələrin qəbulu, akkreditasiyanın aparılması, professor-müəllim heyətinin seçilməsi ilə əlaqədar təqdimat-məruzə etməsinin məqsədəuyğunluğunu qeyd edib. Sonra iştirak edənlər müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, həmin universitetin prorektoru Jalə Qəribova iştirak edib.

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Misir Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib və hər iki ölkə arasındakı dostluq münasibətlərindən söz açıb. Nazir bildirib ki, dövlət başçılarımızın səmimi münasibətləri və dostluğu xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına səbəb olub. Azərbaycanla Türkiyənin təhsil əlaqələrinin müsbət istiqamətdə inkişafını xüsusi vurğulayan nazir son illər iki ölkə arasında tələbə mübadiləsinin artığını diqqətə çatdırıb. Nazir, həmçinin “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseylərinin, “Qafqaz” Universitetinin işindən razı qaldığını qeyd edib, eləcə də təhsil əlaqələrinin genişləndirilməsində Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlunun xidmətlərini xüsusi qeyd edib. Sonra Misir Mərdanov onu da əlavə edib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında ortaq dərsliklərin yaradılmasına ehtiyac vardır. Türkiyə Böyük Millət Məclisinin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mehmet Sağlam nazirə səmimi qarşılandıqları üçün təşəkkür edib.M.Sağlam ölkələrarası dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin labüdlüyünü bildirib. Qonaq dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısını yüksək dəyərləndirərək Azərbaycan təhsilinin inkişafı istiqamətində görülən işlərdən məlumatı olduğunu açıqlayıb. Görüşdə Türkiyə Təhsil Nazirliyinin şöbə müdiri Həsən Kaplan, kültür və mədəniyyət nazirinin müavini İsmət Yılmaz, bu ölkənin tanınmış iş adamları, habelə Türkiyənin ölkəmizdəki səfirinin təhsil məsələləri üzrə müavini Səlahəddin Dikmən də iştirak edib.

Fevralın 19-da təhsil naziri Misir Mərdanov “Britaniya Şurası”nın ölkə üzrə direktoru cənab Əndi Uilyamsla görüşüb.

Fevralın 19-da təhsil naziri Misir Mərdanov “Britaniya Şurası”nın ölkə üzrə direktoru cənab Əndi Uilyamsla görüşüb. Nazir qonağın rəhbəri olduğu təşkilatın həyata keçirdiyi layihələr barədə danışaraq bildirib ki, bu qurum ölkəmizdə müəllimlərin ixtisasının artırılması, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırıb. Eyni zamanda nazir “Britaniya Şurası”nın nəzərdə tutduğu yeni layihə barədə məlumatı olduğunu və bu layihəni dəstəklədiyini qeyd edib. Cənab Əndi Uilyam səmimi qəbul və aparılan işlərə lazımi köməklik göstərdiyi üçün nazirə təşəkkür edib. Qonaq bu günlərdə ölkəmizdəki fəaliyyətinin başa çatması barədə də məlumat verib. Təbiət fənlərini tədris edən müəllimlər üçün təlim kursları layihəsindən və onun mahiyyətindən söz açan qonaq həmin layihənin Bakı, Sumqayıt, Salyan, Lənkəran və Gəncədə reallaşdırılmasının nəzərdə tutulduğunu qeyd edib. Nazir də öz növbəsində Şəki və Quba rayonlarında bu layihə üzrə iş aparılmasını təklif edib. Görüşdə bu günlərdə qeyd olunan təşkilatın Azərbaycanda təhsil sahəsi üzrə həyata keçirdiyi proqramlar və yeni layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün müvafiq tədbirin təşkil olunması, ölkəmizdə peşə təhsilinin inkişafına dəstək göstərilməsi və digər layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

"Təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. Çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

Fevralın 3-də Bakının Nəsimi rayonundakı 1 saylı orta məktəbdə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda müşavirə keçirilib.

Müşavirədə TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri və məktəb direktorları iştirak edib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar respublikanın bütün bölgələrində belə müşavirələr keçirib. Misir Mərdanov onu da qeyd edib ki, müşavirənin əsas qayəsi Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə təkan verməkdən ibarətdir. "Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda təqdimat edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, rəhbərlik etdiyi qurum hər il ali və orta ixtisas məktəblərinə ərizə verən abituriyentlər və onların qubul göstəriciləri barədə ölkə ictimaiyyətinə məlumatlar verir. İlk dəfə 2008-2009-cu tədris ilinin yekunlarında respublikanın bütün bölgələrində XI siniflər üzrə mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən bəhs edən M.Abbaszadə attestat alan məzunlardan 20 faizinin ali və orta ixtisas məktəblərinə sənəd vermədiyini diqqətə çatdırıb, qabiliyyət imtahanları tələb olunan ali məktəblər və digər məsələlər barədə fikirlərini bildirib. Müşavirədə ali məktəblərin reytinq göstəricilərindən söz açan TQDK-nın sədri qəbul zamanı imtahan fənləri  üzrə  yüksək nəticə  göstərən təhsil müəssisələrinin adlarını çəkib və  abituriyentlərin topladıqları ballara görə  Bakı məktəblərinin  yaxşı nəticə qazandığını vurğulayıb. Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib ki, 2008-2009-cu tədris ilində ali və orta ixtisas   məktəblərinə qəbul olanların 45 faizi Bakı şəhər məktəblərinin payına düşür. Bakı şəhər məktəblərinin məzunlarının  ali məktəblərə qəbul zamanı topladıqları orta balın 400-dən yuxarı olduğunu söyləyən M.Bayramov respublikamızın ən sanballı  ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayının əvvəlki illərlə müqayisədə xeyli artığını qeyd edib. Ali və orta ixtisas məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin məzunlarının da  yüksək nəticələr göstərdiyini  vurğulayan Məhəmməd Bayramov qəbul imtahanlarında bəzi variantlarda  verilmiş  test suallarının çətin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonda Təhsil Nazirliyi ilə TQDK-nın səmərəli əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov bundan sonra da belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, cari tədris ilində təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb.

05.02.2010 tarixində "2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr" mövzusunda keçirilən kollegiya iclasında təhsil naziri Misir Mərdanovun məruzə təqdimatı

I hissə (4,83 MB)     II hissə (6,16 MB)

Yanvarın 25-dən 29-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində SANAKO korporasiyasının Finlandiyalı eksperti tərəfindən “Pedaqoji praktikanın, dilin tədrisi və sinfin idarə olunmasının tətbiqi” mövzusunda xüsusi treninqlər keçirilib.

Elitar Gimnaziyanın və Avropa Liseyinin ingilis dili müəllimləri üçün keçirilən treninqlərin məqsədi “1 şagird-1 kompüter” layihəsində iştirak edən məktəblərdə quraşdırılacaq linqafon sinif otaqlarının informasiya texnologiyaları vasitəsilə idarəsi, şagirdlərin noutbuk linqafon sinif otaqlarında effektiv istifadəsi və ingilis dilinin tədrisinin keyfiyyətinin artırılmasından ibarətdir. Təlim zamanı müəllimlərə avadanlıqdan və proqramlardan istifadə üzrə nəzəri və praktiki biliklər verilib. Onu da qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “1 şagird-1 kompüter” layihəsi şagirdlərin həm məktəbdə, həm də evdə informasiya texnologiyalarının effektiv istifadəsini təmin etməyə yönəlib. Odur ki, layihə çərçivəsində pilot siniflərin şagirdlərinə məktəbdə və evdə istifadə üçün noutbuklar verilir.

Yanvarın 11-dən 29-dək ABŞ Dövlət Departamenti tərəfindən “ABŞ-da universitetlərin idarə olunması” mövzusunda təşkil olunmuş Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin nümayəndələri iştirak ediblər.

Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin Əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aygül Hacıyeva və Azərbaycan Diplomatik Akademiyasının Tələbələrə xidmət şöbəsinin əlaqələndiricisi Rəna Rzayeva təmsil ediblər. Səfər müddətində iştirakçılar ABŞ-ın Vaşinqton şəhərində, Merilənd, Alabama, Kaliforniya, Kanzas və Missuri ştatlarında olub, təhsil departamentlərində ali təhsillə bağı fəaliyyət göstərən bir sıra dövlət qurumları və qeyri-hökümət assosiasiyalarında, ABŞ-ın 12 kollec və universitetlərində təşkil olunmuş 30-dan çox görüşlərə qatılıblar. Bu müddətdə iştirakçılar ali təhsilin strukturu, idarəedilməsi, maliyyələşdirilməsi, müəllim heyəti və tələbələr qarşısında duran məsələlər haqqında məlumatlar əldə ediblər. Bununla yanaşı, proqram iştirakçıları ABŞ-da kollec və universitetlərin akkreditasiya sistemi, ali təhsil siyasətinin təbliğində qeyri-hökümət təşkilatları və peşəkar assosiasiyaların rolu barədə məruzələr dinləyib və müzakirələr aparıblar. Səfər müddətində iştirakçılar həmçinin Vaşinqton, Montqomeri, San-Fransisko və Nyu-York şəhərlərinin tarixi və mədəni abidələri, parkları və muzeyləri ilə tanış olublar. Səfərin sonunda iştirakçılara ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət məsələləri bürosunun xarici qonaqlar idarəsi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

Fevralın 9-da “Landmark” otelində Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda birgə konfransı keçirilib.

Konfransda “Ultra”, “İntel”, HP şirkətlərinin və “Mədəd” humanitar təşkilatının nümayəndələri, paytaxt məktəblərinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindəki bir sıra təhsil müəssisələrinin direktorları və qabaqcıl müəllimləri iştirak ediblər. Tədbiri “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə əməkdaşlıq” proqramının meneceri E.Axundov açaraq bir sıra məsələlərin geniş müzakirəsinin nəzərdə tutulduğunu, həmçinin “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələrinin açıqlanacağını bildirib. Qeyd olunub ki, müsabiqə Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na müvafiq olaraq keçirilib. Müsabiqədə paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən 200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i finala vəsiqə qazanıb. Həmin finalçılar arasından I, II, III yerləri tutan qaliblər müəyyənləşdirilib. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Təhsil naziri keçirilən tədbirin vacibliyini diqqətə çatdıraraq “Microsoft” şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışıb, bu şirkətin ölkəmizdə təhsillə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərdiyini qeyd edib. Eyni zamanda nazir bildirib ki, ölkəmizdə müvafiq sahə üzrə fəaliyyət göstərən digər şirkətlər də təhsildə İKT-nin tətbiqi işində fəallıq göstərirlər. Bunu müsbət hal kimi dəyərləndirən nazir təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edib. Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Misir Mərdanov belə tədbirlərin təhsil işçiləri üçün faydalı və əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirdə “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələri açıqlanıb, II-III yerin qaliblərinə DVD pleyer və noutbuklar hədiyyə edilib. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu il martın sonunda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcək.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı