Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Fevralın 3-də Bakının Nəsimi rayonundakı 1 saylı orta məktəbdə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda müşavirə keçirilib.
Müşavirədə TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri və məktəb direktorları iştirak edib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar respublikanın bütün bölgələrində belə müşavirələr keçirib. Misir Mərdanov onu da qeyd edib ki, müşavirənin əsas qayəsi Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə təkan verməkdən ibarətdir.
"Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda təqdimat edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, rəhbərlik etdiyi qurum hər il ali və orta ixtisas məktəblərinə ərizə verən abituriyentlər və onların qubul göstəriciləri barədə ölkə ictimaiyyətinə məlumatlar verir. İlk dəfə 2008-2009-cu tədris ilinin yekunlarında respublikanın bütün bölgələrində XI siniflər üzrə mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən bəhs edən M.Abbaszadə attestat alan məzunlardan 20 faizinin ali və orta ixtisas məktəblərinə sənəd vermədiyini diqqətə çatdırıb, qabiliyyət imtahanları tələb olunan ali məktəblər və digər məsələlər barədə fikirlərini bildirib.
Müşavirədə ali məktəblərin reytinq göstəricilərindən söz açan TQDK-nın sədri qəbul zamanı imtahan fənləri üzrə yüksək nəticə göstərən təhsil müəssisələrinin adlarını çəkib və abituriyentlərin topladıqları ballara görə Bakı məktəblərinin yaxşı nəticə qazandığını vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib ki, 2008-2009-cu tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul olanların 45 faizi Bakı şəhər məktəblərinin payına düşür. Bakı şəhər məktəblərinin məzunlarının ali məktəblərə qəbul zamanı topladıqları orta balın 400-dən yuxarı olduğunu söyləyən M.Bayramov respublikamızın ən sanballı ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayının əvvəlki illərlə müqayisədə xeyli artığını qeyd edib.
Ali və orta ixtisas məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin məzunlarının da yüksək nəticələr göstərdiyini vurğulayan Məhəmməd Bayramov qəbul imtahanlarında bəzi variantlarda verilmiş test suallarının çətin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda Təhsil Nazirliyi ilə TQDK-nın səmərəli əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov bundan sonra da belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, cari tədris ilində təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
