Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 19-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikası “DAEWOO” Şirkətinin prezidenti cənab Younq-Von Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mayın 19-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikası “DAEWOO” Şirkətinin prezidenti cənab Younq-Von Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Öncə nazir qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib və onları səmimi salamlayıb. Nazir Koreya Respublikası Baş nazirinin ölkəmizə səfərinin uğurlu nəticələr verəcəyini əminliklə vurğulayıb. Sonra Misir Mərdanov Koreya ilə Azərbaycan arasında olan əlaqələrin sürətlə inkişafından və səmərəli əməkdaşlıqdan söz açıb. Ötən ilin avqustunda “DAEWOO” Şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış Memoranduma əsasən ölkəmizdə Peşə Təhsili Mərkəzinin yaradılması istiqamətində aparılan işləri qeyd edən nazir onu da vurğulayıb ki, bu təhsil ocağının açılması Azərbaycan üçün prioritet məsələdir. Nazir mərkəzdə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadrların hazırlanması, peşə təhsili sistemində çalışan işçilərin biliklərinin artırılması və digər istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb. Cənab Younq-Von Kanq səmimi qəbul üçün nazirə təşəkkür edib. Eyni zamanda qonaq Peşə Təhsili Mərkəzinin yaradılması layihəsi üzrə görüləcək işlərdən danışıb, qısa zaman ərzində bu layihənin həyata keçiriləcəyini əminliklə vurğulayıb. Öz ölkəsində peşə təhsili sahəsində qazanılan uğurlardan bəhs edən qonaq bu nailiyyətləri ölkəmizlə paylaşmağa hazır olduqlarını bildirib və mövcud layihənin ikitərəfli əlaqələrin qurulmasına şərait yaradacağını diqqətə çatdırıb.     Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə müvafiq sahə üzrə bir sıra məsələlər müzakirə edilib.

Mayın 17-də “Uşaq dünyası” rəsm qalereyasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunan “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi”nin final mərhələsi keçiriləcək.

Mayın 17-də “Uşaq dünyası” rəsm qalereyasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunan “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi”nin final mərhələsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi və onlar arasında təcrübə mübadiləsinin təşkil olunmasıdır. Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilən müsabiqədə 8-18 yaşadək uşaq və yeniyetmələr iştirak edir. Onu da qeyd edək ki, zona mərhələsində ölkəmizin 63 şəhər və rayonundan 300 nəfərdən artıq məktəbli iştirak edib, respublika mərhələsində isə 48 rayon və şəhərdən 220 məktəbli iştirak etmək hüququ qazanıb.Hər nominasiya üzrə I, II və III yelər üçün mükafatlar müəyyən edilib. x

Bu günlərdə təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının nümayəndəsi Brigit Stoepler, Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayevlə görüşüb.

Görüşdə əsas məqsəd “Hilfsverk Austrya” təşkilatı tərəfindən Biləsuvar rayonunun yeni istifadəyə verilən qəsəbələrinin birində kənd təsərrüfatı istiqamətli peşə məktəbində müəllim  hazırlığı, avadanlıqlarla təminat üzrə lazımi işlərin həyata keçirilməsi olub. Bu günlərdə təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının nümayəndəsi Brigit Stoepler, Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayevlə görüşüb.    Görüşdə əsas məqsəd “Hilfsverk Austrya” təşkilatı tərəfindən Biləsuvar rayonunun yeni istifadəyə verilən qəsəbələrinin birində kənd təsərrüfatı istiqamətli peşə məktəbində müəllim hazırlığı, avadanlıqlarla təminat üzrə lazımi işlərin həyata keçirilməsi olub. Onu da bildiririk ki, artıq qeyd olunan peşə məktəbinin açılması ilə əlaqədar hazırlıq işləri aparılıb, orta məktəbin binasında müvafiq yerin ayrılması razılaşdırılıb, aqronom ixtisası üzrə müəllimlər treninqdən keçib və tədris proqramları hazırlanaraq Avstriyaya ekspertizaya göndərilib. Təhsil naziri Misir Mərdanov Azərbaycan Repsublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”na (2007-2012-ci illər) əsasən görülən işlərdən danışıb. Eyni zamanda nazir Biləsuvar rayonunda yaradılacaq peşə məktəbinin regionun iqtisadi inkişafında, məşğulluq probleminin həll edilməsində xüsusi əhəmiyyət daşıyacağını qeyd edib və gənclərin peşə təhsili almaq imkanlarının genişlənəcəyini diqqətə çatdırıb. Sonda Misir Mərdanov nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova həmin məktəbin yeni tədris ilində açılması üzrə müvafiq işlərin tamamlanması barədə tapşırıq verib.

Bakıda “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda YUNESKO-nun regional konfransi başlanmişdir.

Mayın 14-də Bakının “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransı başlanmışdır. YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Konfransda YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirlər. “Gülüstan” sarayında mövzu ilə bağlı “BMT-nin Savad Onilliyi” mövzusunda sərgi də təşkil olunmuşdur. Sərgidə VIII əsrdən XX əsrin əvvəllərinə qədər məktəb və mədrəsələrdə dərs vəsaiti kimi istifadə edilən müqəddəs “Qurani-Kərim”in müxtəlif dövrlərə aid nüsxələri, habelə Azərbaycanda mövcud qədim kitablar və yeni dərs vəsaitləri, müxtəlif illərə aid ensiklopediyalar, əlifba kitabları və lügətlər, ümumilikdə 18 adda qədim kitab və 183 dərs vəsaiti nümayis etdirilir. Avropanın 31 ölkəsini əhatə edən konfransı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açaraq, qonaqları salamladı. Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində çıxış etdi.   AzərTAc

Yanvarın 25-də Ağstafa rayonunda regionlarda təhsilin inkişaf perspektivləri ilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib.

Öncə təhsil naziri Misir Mərdanov müşavirə iştirakçıları ilə birgə Heydər Əliyev Mərkəzində, rayonun A.Mustafayev adına Həsənsu kənd orta məktəbində və Ağstafa Tikiş Fabrikində olublar. Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan Ağstafa  Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda təhsil sahəsində görülmüş işlər və təhsil işçilərinin fəaliyyəti barədə qısa məlumat verib. Tədbirdə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açaraq, dövlət başçısının 2009-cu ildə imzaladığı təhsil sahəsinə dair sərəncamların əhəmiyyətindən bəhs edib.   “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda təqdimat edən nazir son beş ildə Ağstafa, Qazax və Tovuz  rayonlarının ümumtəhsil məktəblərinin I sinif şagirdləri, XI sinfi bitirənlər, attestat alanlar, ümumtəhsil məktəbləri şəbəkəsi, siniflərdə şagird sıxlığı, şagird-müəllim nisbəti, müvafiq rayonlarda 2003-2009-cu illərdə məktəb və əlavə sinif otaqlarının tikintisinin aparılması, məktəblərin avadanlıqlarla təminatı məsələlərinə toxunub. Hər üç rayonda 2008-2009-cu tədris ilində  ümumtəhsil məktəblərinin fəaliyyətindən, ali məktəblərə qəbul imtahanlarında  həmin rayonlar üzrə abituriyentlərin göstərdiyi nəticələrdən söz açan nazir müəllimlərin dərs yükü və  dövlət təltifi alanlar haqqında da məlumat verib. Müşavirədə qeyd olunan rayonlarda təhsil sahəsində mövcud problem və pespektivləri diqqətə çatdıran Misir Mərdanov ümumtəhsil məktəblərində görülmüş və həlli vacib işlərdən söz açıb, regionun sosial-iqtisadi inkişafına uyğun olaraq peşə təhsili mərkəzlərinin artırılmasının vacibliyindən, habelə təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb. Müəllimlərin ixtisasının artırılması, orta məktəblərin IX-XI sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlar, həmçinin bu regionda ümumtəhsil və peşə təhsili müəssisələrində ayrı-ayrı fənlərin tədrisi vəziyyətini daha da yaxşılaşdırmaq üçün İKT-nin tətbiqinin genişləndirilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonra təhsil naziri Misir Mərdanov Qazax rayonundan olan iki müəllimə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanını, Ağstafa, Tovuz və Qazax rayonlarının təhsil müəssisələrində işləyən bir qrup müəllimə isə Fəxri fərmanlar təqdim edib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Nizami Cəfərov  çıxış edib. Təhsil naziri  Misir Mərdanov  rayonun 1 və 2 saylı Dağ Kəsəmən kənd, 2 saylı şəhər orta məktəblərində, həmçinin 2 saylı uşaq bağçasında da olub, burada çalışan pedaqoji kollektivlərlə  görüşərək  onların arzu və istəklərini dinləyib.

Mayın 15-də YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransında iştirak edən bu qurumun baş direktoru cənab Koişiro Matsuura "Hyatt-Regency" otelinin Quba zalında mətbuat konfransı keçirib.

Konfransı təhsil naziri Misir Mərdanov açaraq qonaqları və KİV nümayəndələrini salamlayıb. Nazir YUNESKO-nun belə nüfuzlu tədbirinin Azərbaycanda ilk dəfə keçirildiyini, cənab Koişiro Matsuuranın iştirakını xüsusi qeyd edib və bunu ölkəmizə göstərilən etimad kimi dəyərləndirib. Nazir YUNESKO ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, nüfuzlu beynəlxalq qurumun dəstəyi ilə Azərbaycanın təhsil sistemində bir sıra irimiqyaslı layihələr həyata keçirildiyini vurğulayıb. Misir Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim sahəsində görülən işləri, ali məktəblərin bir neçəsində YUNESKO kafedralarının fəaliyyət göstərməsini, peşə təhsili ilə bağlı əldə olunmuş razılaşmanı qeyd edib. Nazir bildirib ki, regional konfransın sonunda da YUNESKO ilə Azərbaycan arasında yeni layihələr üzrə təkliflər irəli sürmək fikrindədirlər. Həmin layihələr barədə media nümayəndələrinə məlumat verən nazir vurğulayıb ki, gələcəkdə yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması, məktəbəqədər təhsilin məzmunu, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi, ali məktəblərin akkreditasiyası ilə bağlı ekspert köməyinin göstərilməsi xahişi ilə YUNESKO-ya müraciət etmək nəzərdə tutulub. Mətbuat konfransında çıxış edən YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura regional konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, onun savadlılıq və yaşlı əhalinin təhsilinə münasibətdə ölkələrin məlumatlılığının yüksəldilməsində, yaşlıların təhsil və savadlılığın təbliğində, savadlılıq və yaşlıların təhsil sahəsində problemlərin müəyyənləşdirilib müzakirə olunması və s. məsələlərdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Başçılıq etdiyi təşkilatla Azərbaycanın sıx əlaqələr qurmaq təşəbbüsünü, mövcud əməkdaşlıq əlaqələrinin getdikcə daha da inkişaf etməsini yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbəri YUNESKO-nun irəli sürdüyü bir sıra qlobal proqramlarda ölkəmizin daha yaxından iştirakını zəruri sayıb. Ali qonaq çıxışının sonunda göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Mətbuat konfransında cənab Koişiro Matsuura və Misir Mərdanov jurnalistlərin suallarını cavablandırıblar.

Bu günlərdə təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının nümayəndəsi Brigit Stoepler, Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayevlə görüşüb. Görüşdə əsas məqsəd “Hilfsverk Austrya” təşkilatı tərəfindən Biləsuvar rayonunun yeni istifadəyə verilən qəsəbələrinin birində kənd təsərrüfatı istiqamətli peşə məktəbində müəllim hazırlığı, avadanlıqlarla təminat üzrə lazımi işlərin həyata keçirilməsi olub.

Bu günlərdə təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının nümayəndəsi Brigit Stoepler, Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayevlə görüşüb.    Görüşdə əsas məqsəd “Hilfsverk Austrya” təşkilatı tərəfindən Biləsuvar rayonunun yeni istifadəyə verilən qəsəbələrinin birində kənd təsərrüfatı istiqamətli peşə məktəbində müəllim hazırlığı, avadanlıqlarla təminat üzrə lazımi işlərin həyata keçirilməsi olub. Onu da bildiririk ki, artıq qeyd olunan peşə məktəbinin açılması ilə əlaqədar hazırlıq işləri aparılıb, orta məktəbin binasında müvafiq yerin ayrılması razılaşdırılıb, aqronom ixtisası üzrə müəllimlər treninqdən keçib və tədris proqramları hazırlanaraq Avstriyaya ekspertizaya göndərilib. Təhsil naziri Misir Mərdanov Azərbaycan Repsublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”na (2007-2012-ci illər) əsasən görülən işlərdən danışıb. Eyni zamanda nazir Biləsuvar rayonunda yaradılacaq peşə məktəbinin regionun iqtisadi inkişafında, məşğulluq probleminin həll edilməsində xüsusi əhəmiyyət daşıyacağını qeyd edib və gənclərin peşə təhsili almaq imkanlarının genişlənəcəyini diqqətə çatdırıb. Sonda Misir Mərdanov nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova həmin məktəbin yeni tədris ilində açılması üzrə müvafiq işlərin tamamlanması barədə tapşırıq verib.

Bakıda YUNESKO- nun regional konfransi keçiriləcək

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 14-16 may tarixlərində Bakıda “Dünyada savadlılığın dəstəklənməsi” üzrə YUNESKO-nun regional konfransı keçiriləcək.       Regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan beşincidir. Bu konfranslar BMT- nin savadlılıq onilliyi və YUNESKO-nun savadlılığın dəstəklənməsi təşəbbüsü çərçivəsində təşkil olunur.   Regional konfransların keçirilməsi ideyası ABŞ-ın birinci xanımı, BMT-nin savadlılıq onilliyi proqramının fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal Savadlılıq üzrə Ağ Ev konfransında meydana gəlib. Təşəbbüsün əsas məqsədi təhsilə investisiyaların artırılması və daha artıq dəstək yolu ilə qlobal, ölkə miqyasında savadlılıq səviyyəsinin yüksəldilməsidir. Məlumat üçün qeyd edək ki, nəzərdə tutulan silsilə konfranslar aşağıdakı regionları əhatə edir: Ərəb ölkələri, Afrika, Asiya və Sakit okean hövzəsi, Avropa, Latın Amerikası və Karib hövzəsi. Hər bir konfransda müvafiq regionun savadlılıqla bağlı spesifik problemləri müzakirə obyekti olur. Ərəb ölkələrini əhatə edən I regional konfrans 2007-ci ilin martında Qətərin paytaxtı Dohada bu ölkənin birinci xanımı Şayxa Mozhar bin Nasser Əl-Missnedin himayəsi altında keçirilib. Şərqi və Cənub- Şərqi Asiya bölgəsini əhatə edən II konfrans 2007-ci ilin avqustunda Çin Xalq Respublikasının paytaxtı Pekində, Afrika bölgəsini əhatə edən III konfrans 2007- ci ilin sentyabrında Malidə, Cənub və Cənub Qərbi Asiya bölgəsini əhatə edən IV konfrans isə həmin ilin noyabrında Hindistanın paytaxtı Dehli şəhərində keçirilib. Onu da qeyd edək ki, Avropa regionu üzrə Bakıda keçiriləcək V regional konfrans bölgənin 30 ölkəsini əhatə edəcək. Beynəlxalq tədbirdə Avropa regionu, o cümlədən də Azərbaycan üçün bu günədək dərindən araşdırılmayan savadlılıqla bağlı müxtəlif aspektlər müzakirə ediləcək. Konfrans, eyni zamanda Azərbaycanın təhsil işçilərinə və alimlərinə Qərbin nüfuzlu alimləri ilə səmərəli, işgüzar əlaqələrin yaradılmasına, gələcəkdə bu sahədə birgə layihə və proqramların həyata keçirilməsinə imkanlar açacaq. Tədbirdə YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın, YUNESKO katibliyinin 20-dək əməkdaşının, qeyd olunan region ölkələrinin savadlılıq problemi sahəsində ixtisaslaşmış 160- dək nüfuzlu ekspertinin iştirakı təmin olunacaq. Konfransda həmçinin bir neçə ölkənin təhsil nazirinin, birinci xanımının və YUNESKO-nun bir neçə xoşməramlı səfirinin iştirakı gözlənilir. Konfrans plenar iclaslar və işçi qruplarda müzakirələr formasında keçiriləcək. Plenar iclaslarda “Savadlılıq konsepsiyası, onun təkamülü və müasir dünyada yaşlıların təhsili”, “Qiymətləndirmə: savadlılıq göstəricilərinin və əsas bacarıqlarının qiymətləndirilməsi”, “Pedaqoji yanaşmalar: keyfiyyətli əsas təhsilin təmin olunması”, “Yeni tələblərə cavab və təhsil almaq imkanlarının genişləndirilməsi: tələb və təklifin təhlili” mövzuları müzakirə olunacaq. Konfransın ikinci və üçüncü günlərində işçi qrupların iclaslarının keçirilməsi nəzərdə tutulur.

Mayın 7-də Bakının Nərimanov rayonundakı 177 saylı orta məktəbdə Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Canlı hüquq” proqramında iştirak etmiş III sinif şagirdləri üçün “Yekun dərs”- məzunların buraxılış mərasimi olub.

Mayın 7-də Bakının Nərimanov rayonundakı 177 saylı orta məktəbdə Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Canlı hüquq” proqramında iştirak etmiş III sinif şagirdləri üçün “Yekun dərs”- məzunların buraxılış mərasimi olub. Məlumat üçün qeyd edirik ki, “Canlı hüquq” proqramı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin ( USAİD) maliyyə dəstəyi ilə 2004-cü ildən Təhsil Nazirliyi ilə ABA-CEELİ təşkilatı tərəfindən ölkəmizin ümumtəhsil məktəblərində həyata keçirilir. Bu proqramda 8 universitetin hüquq və beynəlxalq hüquq fakültəsindən 100-dən çox tələbə, eləcə də 1200 şagird iştirak edib. 2008-ci ildə isə proqrama 35 ümumtəhsil məktəbi qoşulub.    Tədbirdə ABŞ-nın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Ders, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, ABA -CEELİ-nin ölkə üzrə direktoru Devid Rubino çıxış ediblər. Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, ABA-CEELİ, USAİD-in əməkdaşları və proqram üzrə çalışan tələbələr iştirak edib. Səfir Enn Ders “Canlı hüquq” proqramı üzrə məzun olan şagirdlərə sertifikatlar təqdim edib və şagirdlərlə xatirə şəkilləri çəkdirib. Sonda qonaqlar məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət olan sərgi ilə tanış olublar.

Mayın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsi qaliblərinə mükafatların təqdim olunması mərasimini keçirib.

Mayın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsi qaliblərinə mükafatların təqdim olunması mərasimini keçirib.   Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Ulu öndərin möhtəşəm xidmətlərindən danışan N.Rzaquliyeva onun mənalı həyatı, çoxcəhətli fəaliyyəti və zəngin irsinin böyüməkdə olan nəslə dərindən öyrədilməsinin zəruriliyini vurğulayıb. N.Rzaquliyeva rəhbərlik etdiyi qurumda, paytaxtın təlim-tərbiyə ocaqlarında bu yöndə sistemli iş aparıldığını diqqətə çatdırıb və keçirilən müsabiqənin də müvafiq məqsədə xidmət etdiyini bildirib. Mərasimdə “Ədəbi-bədii”, “Elmi-tədqiqat”, “İnternet layihələri” nominasiyaları üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb, qaliblərə mükafatlar təqdim olunub. Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edib. Qalibləri təbrik edən nazir müsabiqənin yüksək səviyyədə, ümummilli liderimizin adına layiq təşkil olunduğunu vurğulayıb. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu yöndəki fəaliyyətini xüsusi dəyərləndirib. Misir Mərdanov ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin bu günlər ölkəmizin hər yerində geniş qeyd olunmasını böyük öndərə ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirib. Dahi şəxsiyyət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə milli təhsilimizin inkişafına böyük önəm verdiyini, onu ölkənin tərəqqisi üçün ən vacib amil saydığını qeyd edən nazir ulu öndərin müvafiq sistem üzrə çalışan işçilərə hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildirib. Nazir öz çıxışında ümummilli liderin ideyaları, arzu və istəklərinin, başlamış olduğu nəhəng quruculuq işlərinin onun layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov da qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar. Mərasimdə məktəblilər maraqlı konsert proqramı ilə çıxış edib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı