Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Yanvarın 25-də Ağstafa rayonunda regionlarda təhsilin inkişaf perspektivləri ilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib.
Öncə təhsil naziri Misir Mərdanov müşavirə iştirakçıları ilə birgə Heydər Əliyev Mərkəzində, rayonun A.Mustafayev adına Həsənsu kənd orta məktəbində və Ağstafa Tikiş Fabrikində olublar.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda təhsil sahəsində görülmüş işlər və təhsil işçilərinin fəaliyyəti barədə qısa məlumat verib.
Tədbirdə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açaraq, dövlət başçısının 2009-cu ildə imzaladığı təhsil sahəsinə dair sərəncamların əhəmiyyətindən bəhs edib. “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda təqdimat edən nazir son beş ildə Ağstafa, Qazax və Tovuz rayonlarının ümumtəhsil məktəblərinin I sinif şagirdləri, XI sinfi bitirənlər, attestat alanlar, ümumtəhsil məktəbləri şəbəkəsi, siniflərdə şagird sıxlığı, şagird-müəllim nisbəti, müvafiq rayonlarda 2003-2009-cu illərdə məktəb və əlavə sinif otaqlarının tikintisinin aparılması, məktəblərin avadanlıqlarla təminatı məsələlərinə toxunub. Hər üç rayonda 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin fəaliyyətindən, ali məktəblərə qəbul imtahanlarında həmin rayonlar üzrə abituriyentlərin göstərdiyi nəticələrdən söz açan nazir müəllimlərin dərs yükü və dövlət təltifi alanlar haqqında da məlumat verib.
Müşavirədə qeyd olunan rayonlarda təhsil sahəsində mövcud problem və pespektivləri diqqətə çatdıran Misir Mərdanov ümumtəhsil məktəblərində görülmüş və həlli vacib işlərdən söz açıb, regionun sosial-iqtisadi inkişafına uyğun olaraq peşə təhsili mərkəzlərinin artırılmasının vacibliyindən, habelə təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb. Müəllimlərin ixtisasının artırılması, orta məktəblərin IX-XI sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlar, həmçinin bu regionda ümumtəhsil və peşə təhsili müəssisələrində ayrı-ayrı fənlərin tədrisi vəziyyətini daha da yaxşılaşdırmaq üçün İKT-nin tətbiqinin genişləndirilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra təhsil naziri Misir Mərdanov Qazax rayonundan olan iki müəllimə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanını, Ağstafa, Tovuz və Qazax rayonlarının təhsil müəssisələrində işləyən bir qrup müəllimə isə Fəxri fərmanlar təqdim edib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Nizami Cəfərov çıxış edib.
Təhsil naziri Misir Mərdanov rayonun 1 və 2 saylı Dağ Kəsəmən kənd, 2 saylı şəhər orta məktəblərində, həmçinin 2 saylı uşaq bağçasında da olub, burada çalışan pedaqoji kollektivlərlə görüşərək onların arzu və istəklərini dinləyib.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
