Avqustun 6-da Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində bu qurumun Təhsil Nazirliyi ilə birgə məktəb rəhbərləri üçün təşkil etdiyi “Məktəb direktorları: peşəkarlıq, liderlik və səmərəlilik” mövzusunda üçgünlük seminarın başa çatması və iştirakçılara sertifikatların təqdim olunması ilə bağlı mərasim keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak edib. Təhsil naziri Misir Mərdanov seminarın keçirilməsini və bu tədbirdə şəhər məktəbləri ilə yanaşı bölgələrin ümumtəhsil müəssisə rəhbərlərinin iştirakını yüksək dəyərləndirib. Eyni zamanda nazir çıxışında məktəb direktorunun idarəetmə prinsiplərinə yiyələnməsi, məktəbin idarə olunmasında onlardan xüsusi istedad və qabiliyyət tələb olunması kimi məsələlərdən söz açıb. Sonra nazir seminarın təşkilatçılarına minnətdarlığını bildirib, onun aparıcısı, ABŞ-ın Konnektikut Universitetinin professoru xanım Ketrin Maqnaya təşəkkür edib. Tədbirdə seminarda iştirak etmiş direktorlara sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində cari ilin martında Koreyaya 5, iyunda isə 12 tələbə müsahibə əsasında seçilərək Almaniyaya təhsil almaq üçün göndərilib.
Hazırda Fransa ali məktəblərində təhsil almaq üçün sənədlərin qəbulu başa çatıb. Yaxın günlərdə sənəd təqdim edən 40-dan artıq tələbə üçün müsahibə keçiriləcək. Onu da qeyd edək ki, bu günlərdə ABŞ-ın Fulbrayt Proqramı ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üçün elan veriləcək.
08/07/2015 16:52
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən cari ildə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yerləşən 200-dək təhsil müəssisəsinin intranet xidmətləri və internet şəbəkəsinə çıxışla təmin edilməsi nəzərdə tutulur.
Proqrama əsasən İKT-nin tətbiqi üzrə Məlumat və Resurs Mərkəzinin yaradılması ilə bağlı iş aparılacaq. Mərkəz şəbəkə idarəedilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyi, intranet xidmətlərinin işlənilməsi və tətbiq olunması, yeni texnologiyalar sahəsində araşdırmaların aparılması və müvafiq treninqlərin təşkili üzrə fəaliyyət göstərəcək. Eyni zamanda ölkəmizin ən qabaqcıl təhsil müəssisələrində Elektron məktəb tipli pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi “Bir müəllim bir kompüter-Bir şagird bir kompüter” prinsipinə nail olmaqla təhsilə İKT-nin tətbiqini sürətləndirməkdir. Məlumat üçün onu da qeyd edək ki, 2009-cu ildən başlayaraq yuxarıda sadalanan tədbirlərin ölkəmizin digər şəhər və kənd bölgələrində yerləşən təhsil müəssisələrinə tətbiqi planlaşdırılır.
08/07/2015 16:52
DÖVLƏT NEFT ŞİRKƏTİ BU İL 22 TƏLƏBƏNİ XARİCƏ TƏHSİL ALMAĞA GÖNDƏRƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı çərçivəsində bu il daha 22 tələbə xarici ölkələrin ali təhsil ocaqlarında oxumağa göndəriləcəkdir. Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, artıq həmin tələbələrin 5 nəfərdən ibarət ilk qrupu Almaniyaya yola salınmışdır. Onlardan 4-ü ikiillik magistr dərəcəsi, 1-i isə 3 illik bakalavr pilləsi üzrə müxtəlif universitetlərdə oxuyacaqdır. Əvvəlcə Berlində iki aylıq kurslara cəlb olunacaq bu tələbələr, əsasən, iqtisadiyyat və neft mühəndisi ixtisası üzrə təhsil alacaqlar. Növbəti 2 qrupun yola salınması isə avqustun axırı, sentyabrın əvvəllərinə planlaşdırılır. Onlar Almaniya ilə yanaşı, Fransa, Böyük Britaniya, Hollandiya və Amerikanın nüfuzlu universitetlərinə göndəriləcəklər. Şirkətin 2006-cı ildən həyata keçirdiyi Təqaüd Proqramı çərçivəsində hazırda 29 tələbə təhsilini xaricdə davam etdirir. Artıq onlardan 4-ü vətənə qayıtmış və ixtisasları üzrə işlə təmin olunmuşdur. AzərTAc
08/07/2015 16:52
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İNDONEZİYA DİLİNİ VƏ MƏDƏNİYYƏTİNİ ÖYRƏNİRLƏR
Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 4-də bu ölkənin Xarici İşlər Nazirliyinin “2008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü” proqramının açılışı olmuşdur . 2003-cü ildən başlayaraq hər il İndoneziya dili, tarixi və mədəniyyətinin öyrənilməsi və ölkənin təbliği məqsədi ilə təşkil olunan proqramda ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin üç tələbəsi - Elmar İsgəndərov, Günel Bayramova və Ülkər Qafarlı iştirak edirlər. Ümumilikdə isə Proqramda 30 ölkədən 51 gənc iştirak edir. Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzində, Bandunq (Qərbi Yava), Denpasar (Bali), Solo (Mərkəzi Yava) və Coqcakartada bu ölkənin tarixi, incəsənəti və mədəniyyəti ilə tanış olacaq, İndoneziya dilini və yerli dilləri öyrənəcəklər. Tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak etmişdir.
08/07/2015 16:52
ŞƏKİNİN TƏHSİL MÜƏSSİSƏLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRLAŞIR
Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir. Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda Baş Göynük və Kiçik Dəhnə kəndlərinin hər birində 640, Dərəcənnətli və Aydınbulaq kəndlərində isə 220 şagird yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Bu tədris ocaqlarının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur. Şəhərdəki 10 nömrəli orta məktəbin əsas korpusunda aparılan təmir işləri isə artıq başa çatdırılmış və təhsil müəssisəsi müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, hazırda 9 məktəb binasında yeni istilik sisteminin quraşdırılmasına başlanılmışdır. Təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə 200 parta, 12 yazı lövhəsi, 14 kitab şkafı, 23 televizor, 8.175 nüsxə bədii ədəbiyyat, habelə uşaq bağçaları üçün 4 soyuducu və 11 şkaf alınaraq ehtiyacı olan məktəblərə və məktəbəqədər tərbiyə ocaqlarına verilmişdir. AzərTAc
08/07/2015 16:52
Avqustun 4-də Təhsil Nazirliyində Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi Cənubi Koreyanın ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, İKT-nin təhsilə tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın müzakirə edilməsi olub. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və bildirib ki, görüşdə “Korea Digital Technology”, “Samsung Advanced Institute of Technology”, “CF Construction Company” və “Business Consultant & Invectors Company” şirkətlərinin nümayəndələri iştirak edir. Nazir Cənubi Koreya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bu ölkə ilə təhsil sahəsində də əməkdaşlığın mövcudluğunu qeyd edib, habelə “DAEWOO” şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Sonra Misir Mərdanov qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən görüləcək işlərdən danışıb. Nazir bildirib ki, proqrama əsasən bu il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundakı bütün məktəblərin internet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulub. Nazir həmçinin “Elektron məktəb” layihəsi istiqamətində ötən tədris ilində iş aparıldığından, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Misir Mərdanov mövcud problemləri də qeyd edərək vahid intranet şəbəkənin qurulması, internetə sürətli çıxışın təmin edilməsi və müəllimlərin bu sahə ilə bağlı bacarıqlarının artırılmasının vacib məsələ olduğunu vurğulayıb. “Korea Digital Technology” şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri cənab Bin Eok Li səmimi qəbul üçün nazirə təşəkkür etdikdən sonra öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd edib. Eyni zamanda İKT-nin təhsildə tətbiqi istiqamətində təkliflərini vermək üçün ölkəmizdə bu sahənin vəziyyəti ilə maraqlanıb. Nazir də öz növbəsində qonaqlara son illər İKT-nin orta məktəblərdə tətbiqi məsələsinin prioritet istiqamət olduğunu açıqlayıb, reallaşdırılan mühüm layihələr haqqında ətraflı danışıb. Eyni zamanda Koreya təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, görüşdə iştirak edən şirkətlərlə müvafiq sənəd imzalanması təklifini irəli sürüb. Tərəflər Cənubi Koreyadan gətiriləcək avadanlıqlarla ölkəmizin bir neçə peşə təhsili müəssisəsində yeni kompüterlərin yığılması, bununla əlaqədar Koreyalı mütəxəssislərin Bakıya gəlişi barədə müzakirələr aparıblar. Sonda Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə müzakirə olunan məsələ ilə üzrə layihə sənədinin hazırlanması ilə bağlı tapşırıq verib. Görüşdə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin biznes, ticarət və enerji üzrə attaşesi Taek Yeon Cho, eləcə də İKT sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən qurumların rəhbərləri iştirak edib.
08/07/2015 16:52
“Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrasına dair Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən ümumtəhsil məktəblərinin xüsusi istedada malik şagirdləri üçün yay təlim-istirahət düşərgəsi təşkil olunacaq.
Avqustun 4-dən fəaliyyətə başlayacaq düşərgə Bakı şəhəri Əzizbəyov rayonundakı 16 saylı internat məktəbinin bazasında təşkil olunacaq. Düşərgədə istirahət edən şagirdlər üçün maraqlı gün rejiminin qurulması, onların tanınmış alimlərlə görüşlərinin, təlim məşğələləri və mədəni kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin vəsaiti hesabına 7, 12 saylı Bakı, 3 saylı Gəncə Peşə Liseylərinin əsaslı təmiri, 4 və 5 saylı Bakı Peşə Liseylərinin, 13 saylı Qız Peşə Məktəbinin, 50 saylı Ağdam Peşə Məktəbinin təmiri, habelə İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisi istiqamətində iş aparılır.
Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin vəsaiti hesabına 7, 12 saylı Bakı, 3 saylı Gəncə Peşə Liseylərinin əsaslı təmiri, 4 və 5 saylı Bakı Peşə Liseylərinin, 13 saylı Qız Peşə Məktəbinin, 50 saylı Ağdam Peşə Məktəbinin təmiri, habelə İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisi istiqamətində iş aparılır. Təmir ediləcək peşə təhsili müəssisələri müasir avadanlıq və inventarlarla təchiz ediləcək. Məlumat üçün bildiririk ki, hazırda ölkəmizdə 60 peşə məktəbi, 47 peşə liseyi olmaqla 107 peşə təhsili müəssisəsi vardır. 2008-2009-cu tədris ilində 1 peşə tədris mərkəzi fəaliyyət göstərəcək. Bakıda yerləşən 35 peşə təhsili müəssisəsindən 18-i peşə liseyi, 10-u peşə məktəbidir, 7-si isə cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Peşə təhsili müəssisələrində 1062 ümumtəhsil, 989 ixtisas fənn müəllimi, 1655 istehsalat təlimi ustası, 3706 mühəndis-pedaqoji işçi çalışır. Şagirdlərin ümumi sayı isə 24 455-dir.
08/07/2015 16:52
Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı verilməsinə dair yeni qaydaların layihəsi hazırlanıb.
Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı verilməsinə dair yeni qaydaların layihəsi hazırlanıb. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri tərəfindən hazırlanan bu qaydaları praktik təhsil işçiləri və mütəxəssislər müzakirə edəcək. Qaydalar layihəsi Təhsil Nazirliyində geniş müzakirə olunduqdan sonra qəbul olunacaq.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı