Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Gənc istedad” jurnalının ilk nömrəsinin təqdimatı, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisasartırma kurslarının yekunlaşdırılması və müvafiq sertifikatların verilməsi mərasimi keçirilib.

Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Gənc istedad” jurnalının ilk nömrəsinin təqdimatı, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisasartırma kurslarının yekunlaşdırılması və müvafiq sertifikatların verilməsi mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən Misir Mərdanov Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)” əhəmiyyətini vurğulayıb və jurnalın müvafiq proqrama uyğun olaraq təsis edildiyini bildirib. Son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, nailiyyətlərdən bəhs edən Misir Mərdanov, eyni zamanda, “Gənc istedad” jurnalının ilk nömrəsinin çapdan çıxması münasibətilə pedaqoji ictimaiyyəti və oxucuları təbrik edib. Jurnalda “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır”, “İstedadın aşkar edilməsi və inkişafı”, “İntellektin inkişafına təsir edən amillər” və digər mövzularda maraqlı məqalələr, istedadlı uşaqlar (gənclər) barədə məlumatlar və s. verilib. Sonra Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün İKT üzrə keçirilən ixtisasartırma kursunun yekun tədbiri olub. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, treninqlərdə 300-dən çox məktəb direktoru iştirak edib. Bu gün onların 108-nə birinci dərəcəli sertifikat təqdim edildiyini qeyd edən nazir eyni zamanda 50-dən çox məktəb direktorunun treninqlərdən keçə bilmədiyini vurğulayıb. Misir Mərdanov bildirib ki, sertifikat ala bilməyən məktəb direktorlarının özlərini bir daha sınaqdan keçirmələrinə imkan veriləcək. Məktəb direktorlarının sadəcə olaraq operator səviyyəsində kompüterdən istifadə etməyi bacarmalı olduqlarını vurğulayan nazir bildirib ki, yaxın gələcəkdə ölkəmizin bütün bölgələrində yalnız məktəb direktorları deyil, onların müavinləri, sinif rəhbərləri və bütün müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə şərait yaradılacaq.

Oktyabrın 17-də mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanı ilə bağlı bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirilib.

Oktyabrın 17-də mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanı ilə bağlı bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirilib. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq 2008-2009-cu dərs ilində respublikanın bütün orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini qeyd edib. Nazir artıq ölkəmizin bölgələrində həmin məsələ ilə bağlı geniş hazırlıq və təşkilati işlərin aparılmasının vacib olduğunu, bu işdə kifayət qədər təcrübəsi olan ayrı-ayrı mütəxəssislərin, təhsil işçilərinin respublikamızın bölgələrinə ezam edilməsinin nəzərdə tutulduğunu bildirib. Misir Mərdanov koordinatorlar üçün ümumi bir təlimatın hazırlandığını vurğulayıb. Koordinatorların ezam olunduqları rayon və şəhərlərdə görəcəkləri işlərdən söz açan nazir, mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanları ilə bağlı yerlərdə əhalinin lazımi səviyyədə məlumatlandırılması, müəllim, şagird və valideynlər arasında izahat verilməsinin vacibliyini qeyd edib. Misir Mərdanov həmin məsələ ilə əlaqədar müşavirədə iştirak edən şəhər və rayon təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, digər həlli vacib məsələlərə də toxunaraq öz fikir və mülahizələrini söyləyib, bəzi məqamlara aydınlıq gətirib.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş təhsil işçilərinə Dövlət mükafatı və medalların təqdim olunması mərasimi keçirilib.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş təhsil işçilərinə Dövlət mükafatı və medalların təqdim olunması mərasimi keçirilib. Bakının 20 saylı orta məktəbində keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ölkəmizdə təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, bu il müvafiq Prezident sərəncamları ilə 200-dən çox müəllimin müxtəlif mükafatlara layiq görüldüyünü bildirib. Nazir dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf edən Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutduğunu söyləyib. Misir Mərdanov, eyni zamanda təhsil sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırıb, müəllimlərə yeni nailiyyətlər arzulayıb. Sonra 180-dən çox təhsil işçisinə müxtəlif Dövlət mükafatları və medallar təqdim olunub.

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Terri Devidsonla görüşüb.

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Terri Devidsonla görüşüb. Görüşdə ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan “Fulbrayt” proqramı çərçivəsində qeyd olunan ölkədə təhsil alacaq azərbaycanlı gənclər barədə söhbət aparılıb. Terri Devidson bildirib ki, “Fulbrayt” proqramı çərçivəsində 63 azərbaycanlı gənc ərizə ilə səfirliyə müraciət edib, son mərhələ üçün 10 nəfər seçilib. Onlar ABŞ-ın ən yüksək universitetlərində təhsil almağa göndəriləcək, 5 il ərzində Amerikada təhsil aldıqdan sonra Azərbaycana qayıdacaqlar. Terri Devidson eyni zamanda qeyd olunan proqram çərçivəsində 2 amerikalı alimin, 3 ingilis dili üzrə mütəxəssisin Azərbaycanda çalışdığını, amerikalı tələbələrin də tədqiqat aparmaq üçün ölkəmizə gəldiklərini bildirib. Misir Mərdanov “Fulbrayt” proqramının azərbaycanlı gənclər üçün əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarının yüksək təhsil almasına daim çalışır. Misir Mərdanov eyni zamanda orta məktəblərdə ingilis dilinin daha geniş öyrənilməsi məsələsinə toxunaraq bildirib ki, gələcəkdə bu işi daha da təkmilləşdirmək üçün birgə görüşlərin keçirilməsi, yeni layihələrin hazırlanması labüddür. Görüşdə oktyabrın 24-də Bakıda keçiriləcək təhsil sərgisi barədə də danışılıb. Qeyd olunub ki, bu sərgidə ABŞ-ın 19 universitetinin fəaliyyəti barədə məlumat veriləcək.

Oktyabrın 7-dən 11-dək Təhsil Nazirliyi və UNİSEF-in birgə təşəbbüsü ilə Erkən uşaqlıq dövrünün inkişafı üzrə “Diplomat” oteldə 5 günlük seminar keçirilib.

Oktyabrın 7-dən 11-dək Təhsil Nazirliyi və UNİSEF-in birgə təşəbbüsü ilə Erkən uşaqlıq dövrünün inkişafı üzrə “Diplomat” oteldə 5 günlük seminar keçirilib. Məqsəd Erkən uşaqlıq dövrünün inkişafı üzrə Milli Standartların hazırlanması istiqamətində valideynlərin maarifləndirilməsi, müəllimlərin təlimi, qeyd olunan iş üzrə proqramların dəstəklənməsindən ibarət olub. UNİSEF-in beynəlxalq məsləhətçisi Maya Xerxeulidze seminara rəhbərlik edib. Seminarda təhsil və səhiyyə nazirliklərinin əməkdaşları, UNESCO və QHT- in nümayəndələri, şəhər və kənd rayonları üzrə təhsil işçiləri, eyni zamanda icma nümayəndələri iştirak edib. Seminarda ekspert, müəllim və valideynlərdən ibarət 20 nəfərlik işçi qrupunun yaradılması planlaşdırılıb.

Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb.

Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb. Misir Mərdanov səfir Sabir Əbdülqədir Mənsura fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, Misir Ərəb Respublikası ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq daim inkişaf edir. Nazir qeyd edib ki, onlarla azərbaycanlı tələbə Misir Ərəb Respublikasının ail məktəblərində təhsil alır, eyni zamanda misirli tələbələrin də bizim ölkədə sayı artmaqdadır. İki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin də mövcud olduğunu vurğulayan nazir ölkəmizin orta ümumtəhsil məktəblərində, eləcə də BDU-nun şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Səfir Sabir Əbdülqədir Mənsur yeni təyin olunduğu dövrdə ilk görüşünün təhsil naziri ilə başladığını, ölkələr arasında təhsil sahəsində əlaqələrin onlar üçün də önəmli olduğunu qeyd edib. Səfir hər il ölkəmizə bakalavr, magistr, doktorluq təhsillərini davam etdirmək üçün gələn gənclərin sayının artdığını vurğulayıb, eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının filialının Misirdə açılmasına çalışacaqlarını qeyd edib. Görüşdə tərəflər gələcəkdə birgə əməkdaşlığın yüksələn xətlə daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun, “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb.

Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun,  “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb. Misir Mərdanov səfir Karolin Braunun Təhsil Nazirliyində ilk dəfə olduğunu qeyd edərək fəaliyyətində uğurlar arzulayıb. Nazir dünyanın bir sıra ölkəsində ingilis dilinin aparıcı dil olduğunu qeyd edərək orta məktəblərdə bu sahənin tədrisini genişləndirmək üçün bir sıra tədbirlərin həyata keçirildiyini, bununla bağlı seçilmiş 7 məktəbin sayının gələcəkdə daha da artırılmasının zəruriliyini bildirib. Misir Mərdanov gələcəkdə ölkəmizin hər hansı universitetinin fakültələrindən birinin tədrisinin tam olaraq ingilis dilində keçirilməsi, eləcə də Böyük Britaniyanın nüfuzlu universitetlərinin himayəsi altında bu tip fakültələrin açılmasının reallaşmasına ümid etdiyini bildirib. Nazir eyni zamanda xaricdən gələn tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın inkişafı üçün yüksək biliyə malik kadrlara ehtiyac var və ona görə də yaxşı mütəxəssis hazırlamaq bizim üçün əsas amildir. Qonaqlar qeyd olunan fikirləri dəstəkləyərək bildiriblər ki, ingilis dilinin tədrisinin Azərbaycanda genişləndirilməsi üçün təşkilatlarımız daim yerlərdə iş aparır və gələcəkdə bu istiqamdə bir sıra layihələr həyata keçirməyə çalışacağıq. Eyni zamanda “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye nazirin ingilis dilli fakültələrin açılması fikrinə münasibət bildirərək məlumat verib ki, bir sıra ölkələrdə Böyük Britaniyanın universitetləri fəaliyyət göstərir ki, bu həmin dövlətlər üçün müsbət amildir və gələcək inkişafa doğru bir addımdır. Görüşdə tələbə mübadiləsi, bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün görüləcək işlər barədə də söhbət aparılıb.

Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib.

Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib. İştirakçılar ilk əvvəl ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib, sonra “Gülüstan” sarayında konfrans başlayıb. Konfransı təhsil naziri Misir Mərdanov açıb.Üç gün davam edəcək konfransda dünyanın 41 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyini qeyd edən nazir tədbirin Bakıda təşkilinə görə İSESKO-nun rəhbərliyinə təşəkkürünü bildirib. Misir Mərdanov konfransda islam ölkələri arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılacağı, bu sahədəki problemlərin, əməkdaşlığın yeni yollarının müzakirə olunacağını vurğulayıb. Sonra Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ötən konfransın qərarlarının icrası istiqamətində əldə olunmuş nailiyyətlərdən danışaraq bildirib ki, bu konfransların keçirilməsində məqsəd islam ölkələrində davamlı inkişafa nail olmaqdır. Konfransda çıxış edənlər tədbirin islam ölkələrində elm və texnologiyaların inkişafına təkan verəcəyini qeyd edərək bildiriblər ki, islam dünyasında biliyə əsaslanan cəmiyyətlərin inkişafına nail olmaq üçün yeni texnologiyaların tətbiqi prioritet istiqamətdir. Tədbirdə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrdə biliyə, elmi texnologiyalara və innovasiyalara kifayət qədər diqqət verildiyi, iqtisadi və sosial inkişafın məhz elmi texnologiyaların həyata keçirilməsi nəticəsində mümkünlüyü də göstərilib. Tədbirin mövzusu ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən bəhrələnməyin, fikir mübadiləsi aparılmasının vacibliyi vurğulanıb. Konfransda tədqiqatlar sahəsində elmin müxtəlif sahələri üzrə qazanılmış uğurlara görə İSESKO- nun mükafatları da verilib.

Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib.

Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib. Sərgini açıq elan edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin tədris ilinin əvvəlində keçirilməsində məqsəd - məktəb məzunlarına, tələbələrə müxtəlif istiqamətli tədris kurslarının fəaliyyətini təqdim etməklə kömək göstərməkdir ki, onlar yerli əmək bazarının tələbatına uyğun gələcək təhsil yolunu seçə bilsinlər. Sərgi eyni zamanda sahibkarlar ilə gələcək işçi heyəti arasında görüş imkanı yaradır ki, bu da işədüzəlmə probleminin həllini xeyli asanlaşdırır. “Təhsil və karyera” sərgisi “Təhsilini seç, gələcəyini təmin et!” şüarı altında keçirilir. Sərgi dünyanın 11 ölkəsindən 40 şirkət və təşkilatı qəbul edəcək, bu da ötən ilə nisbətən 25% çoxdur. Eksponentlər arasında Azərbaycanda çoxdan fəaliyyət göstərən tanınmış təhsil müəssisələri, eləcə də fərqli tədris sistemini təklif edən və burada öz biznesini inkişaf etdirmək istəyən yeni təşkilatlar var. Sərginin ekspozisiyası orta və ali təhsil, xaricdə təcrübə və iş imkanları, dil kursları, ixtisasartırma təlimləri, işədüzəlmə, tədris ədəbiyyatı, təhsil sahəsində informasiya texnologiyaları və digər xidmətləri təqdim edəcək. Qeyd olunub ki, “Təhsil və karyera” sərgisi təhsilə və ixtisasa malik olan, lakin bunları harada tətbiq edəcəyini bilməyən tələbələr, ali təhsil müəssisələrinin məzunları və gənc mütəxəssislər üçün, habelə öz peşəkar inkişafı ilə maraqlanan hər kəs üçün məlumat mənbəyidir. Məlumat üçün onu da qeyd edək ki, üç gün davam edəcək sərgi Təhsil Nazirliyi, Sənaye və Ticarət Palatasının birgə dəstəyi ilə keçirilir.

Sentyabrın 24-də Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə üçün 25 milyon ABŞ dolları dəyərində Azərbaycan Hökuməti və Dünya Bankı arasında Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə Maliyyələşdirmə Sazişinin imzalanma mərasimi keçirilib.

Sentyabrın 24-də Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə üçün 25 milyon ABŞ dolları dəyərində Azərbaycan Hökuməti və Dünya Bankı arasında Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə Maliyyələşdirmə Sazişinin imzalanma mərasimi keçirilib. Sazişi  təhsil naziri Misir Mərdanov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalayıb. Bu layihə çox mərhələli proqramın ikinci mərhələsidir. Başa çatmaqda olan birinci mərhələ ibtidai və orta siniflər üçün yeni kurrikulumun hazırlanması, dərslik materiallarının, şagird nailiyyətlərinin yeni qiymətləndirmə metodlarının və müəllimlərin təlimi proqramlarının tərtibi yolu ilə Azərbaycanın təhsil sistemində islahatları dəstəkləyib. Proqramın ikinci mərhələsində birinci mərhələ ərzində hazırlanmış kurrikulumun, əlaqəli proqram və sistemlərin praktik tətbiqinə yardım göstəriləcək. Məqsəd təhsil sisteminin keyfiyyət və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Layihəyə kurrikulum islahatının həyata keçirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair məlumatların keyfiyyətin yüksəldilməsində istifadəsi, təhsili idarəetmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi və məktəbəqədər təhsilin inkişafı kimi komponentlər daxildir. Altıncı komponent layihənin monitorinq və qiymətləndirilməsidir ki, burada məqsəd layihə ilə bağlı fəaliyyətin həyata keçirilməsi, idarə edilməsi və əlaqələndirilməsinə yardım göstərməkdir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı