Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 11-də Bakı şəhərindəki 1 saylı məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə tədbiri keçirilib.

Təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, tanınmış alimlər, ekspertlər, məktəb direktorları və müəllimlər tədbirdə iştirak edib.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva çıxış edərək 2007-2008-ci tədris ilində paytaxt məktəblərinin ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələrdən söz açıb. Sonra TQDK-nın sədri M. Abbaszadə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda təqdimat edib, 2009-cu ildə ali məktəblərə qəbulda aparılacaq yeniliklər barədə danışıb. Tədbirdə əlaçı məzunların illər üzrə göstərdiyi nəticələr müqayisəli təhlil olunub, şagird biliyinin qiymətləndirilməsindən söz açılıb, habelə bununla bağlı statistik rəqəmlər diqqətə çatdırılıb. Təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğısından danışıb. Nazir verilən məlumatların vacib və əhəmiyyətli olduğunu, qeyd edilən məsələlərin zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda hər bir təhsil işçisinə işlərində daha ciddi və məsuliyyətli olmağı tövsiyə edib.

Fevralın 11-də Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatı Təhsil Nazirliyi ilə birgə proqram cərçivəsində ölkəmizin ümumtəhsil məktəblərində “Canlı hüquq” proqramının həyata keçirilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirin əsas məqsədi məktəb rəhbərlərinə proqramın gedişi və növbəti mərhələ barədə bu layihəyə yeni qoşulan məktəblərə istiqamət vermək, beş il ərzində əldə edilmiş təcrübə haqqında məlumat çatdırmaqdan ibarət olub. ABA-CEELİ təşkilatının əməkdaşlarının təqdimatından sonra görülən işlərlə bağlı diskussiya keçirilib. Məlumat üçün qeyd edək ki, “Canlı hüquq” proqramı 2004-cü ildən Təhsil Nazirliyi ilə birgə ABA-CEELİ təşkilatı tərəfindən ümumtəhsil məktəblərində həyata keçirilir. Proqramın yeni mərhələsinin cari il fevralın 16-dan başlanması nəzərdə tutulub. Qeyd edək ki, proqramın əhatə dairəsi daha da genişləndirilib və daha bir neçə məktəb bu layihəyə qoşulub. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və bir sıra bölgələrin təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları və direktor müavinləri, ABA/CEELİ təşkilatının və “Hüquqi təhsil” proqramının nümayəndələri iştirak edib.

Fevralın 10-da “Avropa” mehmanxanasında məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış müxtəlif təlim vəsaitlərinin təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, metodik vəsaitlər, nümayişetdirici materiallar, uşaqlar üçün masaüstü oyunlar, illüstrasiyalı nağıl kitabları Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”çərçivəsində Təhsil Nazirliyinin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən hazırlanıb.  Mərasimdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları, Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodist və tərbiyəçiləri iştirak edib. Mərasimdə öncə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemləri və eyni zamanda müvafiq Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir nümayiş etdirilən təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu işin gələcəkdə də davam etdiriləcəyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov bir il ərzində hazırlanmış materialların artıq məktəbəqədər təhsil müəssisələrinə çatdırıldığını, tərbiyəçilər və uşaqlar tərəfindən bəyənildiyini deyərək bu layihədə əməyi olan hər kəsə, alim və mütəxəssislərə təşəkkür edib. Təqdimat mərasimində hazırlanmış təlim vəsaitləri haqqında reklam çarxı nümayiş etdirilib. Çıxış üçün söz alan millət vəkillərindən Şəmsəddin Hacıyev, Nizami Cəfərov, Qənirə Paşayeva, Gülər Əhmədova, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, uşaq bağçalarının müdirləri bu təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün böyük töhfə olduğunu xüsusi qeyd ediblər. Tədbirin rəsmi hissəsindən sonra Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri xalq oyunları və mahnılardan ibarət bədii proqramla çıxış ediblər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın 2.3 bəndinə əsasən 2008-2009-cu tədris ilində orta təhsil kursu üzrə buraxılış imtahanlarının respublikanın bütün ümumtəhsil sistemində mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulub.

İmtahan mərkəzləri üzrə hər sinif otağında 18 şagird imtahan verəcək və buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test sual kitabçası hazırlanıb. Bir bölgədə keçirilən yoxlama imtahanında tətbiq olunan test sual kitabçaları digər bölgələrdə istifadə olunmayacaq, yəni test sual kitabçaları hər bölgə üzrə müxtəlif olacaqdır. Hər bir şagirdin cavab kartı üzərində onun şəkli çap olunacaq. Cari tədris ilindən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarına ilk dəfə cəlb olunmuş bütün ümumtəhsil məktəblərinə test bankı paylanmışdır, keçən illərdən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında iştirak edən məktəblər isə ötən tədris ilində onlara verilmiş test bankından istifadə edə bilərlər. Bölgələr üzrə mərkəzləşdirilmiş qaydada  yoxlama imtahanları aşağıdakı qaydada keçiriləcəkdir: - 22.02.2009-cu il tarixində peşə liseyləri üzrə 29 imtahan mərkəzində 4495 şagird; - 01.03.2009-cu il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları üzrə 78 imtahan mərkəzində 30579 şagird; - 15.03.2009-cu il tarixində Quba, Qusar, Xızı, Siyəzən və Dəvəçi rayonları üzrə 15 imtahan mərkəzində 5847 şagird; - 29.03.2009-cu il tarixində ölkənin mərkəzi aran və cənub rayonları üzrə 76 imtahan mərkəzində 24952 şagird; - 05.04.2009-cu il tarixində ölkənin şimal-qərb rayonları üzrə 40 imtahan mərkəzində 14046 şagird; - 12.04.2009-cu il tarixində qərb rayonları üzrə 55 imtahan mərkəzində 20997 şagird; Müvafiq təlimata uyğun olaraq, şagird imtahana gələrkən mobil telefon gətirməməlidir, əks halda o, imtahan otağından kənarlaşdırılacaq və imtahan nəticələri ləğv olunacaqdır.

Fevralın 6-da Təhsil Nazirliyində “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsi çərçivəsində seminar keçirilib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Miqrasiya Təşkilatı, Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihəyə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyə dəstəyi göstərir. Seminarda insan alverinin qarşısının alınması məqsədilə orta məktəblərdə şagirdlər, onların müəllim və valideynləri tərəfindən insan alveri təhlükələrinin, miqrasiya reallıqlarının qarşısı alınma təşəbbüslərinin dəstəklənməsi üçün hazırlanacaq mexanizmlər və dərs vəsaitləri vasitəsilə maarifləndirmə tədbirlərinin keçirilməsi müzakirə olunub. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov seminarı giriş sözü ilə açaraq qeyd olunan layihə üzrə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İ. Pirməmmədov ölkəmizdə insan alverinin qarşısının alınması, bu problemin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılmasının vacibliyini qeyd edib. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin birgə həyata keçirilən “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsində nəzərdə tutulan məsələlərdən söz açıb. Qeyd olunub ki, 2 il müddətində həyata keçiriləcək bu layihə çərçivəsində ümumtəhsil məktəblərində şagird, müəllim və valideynlərlə maarifləndirmə işinin aparılması, təlim və seminarların keçirilməsi, dərs vəsaitinin hazırlanması, eyni zamanda bu mövzunun orta təhsil üzrə tədris proqramına daxil edilməsi və digər məsələlər planlaşdırılır. Sonra çıxış edən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəis müavini İmran Nəcəfov, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin milli proqram rəhbəri Oqtay Gülmalıyev, eləcə də digər aidiyyəti qurumları təmsil edən şəxslər qeyd olunan layihə ilə əlaqədar rəy və təkliflərini bildiriblər. Seminardan sonra Təşkilat Komitəsinin iclası keçirilib.

Bu günlərdə Avropa liseyi tədrisdə informasiya-kommunikasiya texnologiyaları vasitələrinin səmərəli tətbiqi üçün xüsusi avadanlıqla təchiz olunub.

Müvafiq iş Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-20012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Təqdim olunmuş avadanlıq dəstində noutbuk, proyektorla yanaşı elektron löhvə də vardır. Müasir texnologiyaların təhsildə istifadəsini genişləndirən elektron lövhə, tədris prosesini tamamilə yeni səviyyədə qurmağa imkan yaradır. Onu da qeyd edək ki, İKT avadanlığı Avropa liseyinə “Elektron məktəb” pilot layihəyə əsasən təqdim olunub. Yaxın müddət ərzində pilot layihədə iştirak edən daha 9 Bakı məktəbi İKT avadanlığı ilə təchiz olunacaq. Pilot layihə 20, 6, 60, 160, 134, 8, 23, 7 saylı və Z.Əliyeva adına orta məktəbləri, həmçinin Avropa liseyini əhatə edir. Layihə çərçivəsində həmin məktəblər fiberoptik kabel vasitəsi ilə yüksək sürətli internetə, Məlumat və Resurs Mərkəzinə çıxışla təmin ediləcəkdir.

Sentyabrın 9-da "Trend" İnformasiya Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov iştirak edib.

Mətbuat konfransının açılışından sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik etdiyi müəssisənin gördüyü işlər barədə qısa məlumat verərək təşkilatçılıq etdikləri tədbirlərə göstərdikləri maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova və mətbuat nümayəndələrinə minnətdarlığını bildirib. Sonra "Təhsil və Karyera" sərgisinin meneceri Xəyal Əliyeva sərginin təşkili ilə bağlı məlumat verib. Təhsil naziri Misir Mərdanov sərgi haqqında məlumat verərək bildirib ki, 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisində dünyanın 12 ölkəsindən 53 təşkilat və şirkət təmsil olunacaq ki, bu da ötənilki iştirakçıların sayından 25 faiz çoxdur. Nazir qeyd edib ki, sərgiyə Azərbaycan təhsil sistemindən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Peşə Liseyi və digərləri qatılacaqlar. Nazir deyib ki, ilk dəfə olaraq qeyri-hökumət gənclər təşkilatlarının və birliklərinin iştirak edəcəyini sərgidə orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələr təqdim ediləcək. "Təhsil və karyera-2009" sərgisinin ekspozisiyasına yeni sektorların əlavə olunacağını nəzərə çatdıran Misir Mərdanov ilk dəfə olaraq sərgidə məktəbli forması, orta məktəbə hazırlıq proqramları və testlər nümayiş etdirilən sektorun yer alacağını vurğulayıb. Builki sərginin fərqli məqamlarından söz açan Misir Mərdanov karyera sektorunun geniş ekspozisiyasına Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların daxil olacağını qeyd edib. İlk dəfə olaraq "Təhsil və karyera" sərgisində İsveçrə tərəfindən mehmanxana işinin idarəolunması üzrə ali məktəbin və mövcud əmək bazarının müasir tələblərə uyğunlaşması üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkətlərin iştirak edəcəyini söyləyən nazir onu da bildirib ki, üç gün ərzində onlayn rejimində tədris proqramları, treninqlər, kurslar reallaşdırılacaq, aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqları" mövzusuna dair təkmilləşdirmə məşğələləri təşkil olunacaq, "Uşaq ili"nə həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə "Təhsil və karyera" sərgisində uşaq evləri və internatlar üçün kitab yığımı üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyası keçiriləcək. Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sentyabrın 10-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı olub.

Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, keçirilən tədbirin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, sərgiyə əvvəlki illərdən fərqli olaraq orta və texniki peşə məktəblərinin nümayəndələri də qatılıb. "Təhsil və karyera" sərgisinə olan marağın beynəlxalq səviyyədə inkişaf etdirilməsinin vacibliyinə toxunan təhsil naziri Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının sərgidə daha fəal iştirak etmələrinin zəruriliyini vurğulayıb. Gənclər və İdman Nazirliyinin, Ticarət və Sənaye Palatasının, "İteca Caspian" şirkətinin nümayəndələri və digər şəxslər çıxış edərək sərginin işinə uğurlar arzulayıblar. Sonra sərgiyə baxış keçirilib. Sərgidə iştirak edən təhsil müəssisələrinin nümayəndələri iştirakçılara əhatəli məlumatlar veriblər.

2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 1 427 910 şagird təhsil alacaq.

Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub. Növbəti tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.

Fevralın 3-də təhsil naziri Misir Mərdanov Koreya Politexnik Universitetinin prezidenti cənab Jun Yeonq Choinun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycanla Koreya arasındakı əlaqələrin inkişafından söz açan nazir bu əməkdaşlığın hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha da genişləndiyini qeyd edib. Misir Mərdanov dövlətimizin başçısının Koreya ilə əlaqələrin yaradılmasına böyük önəm verdiyini açıqlayıb. Nazir həmçinin azərbaycanlı gənclərin Koreyada təhsili məsələsinə də toxunub və bu sahədə görülən işlərdən danışıb. Cənab Jun Yeonq Choi qəbul üçün nazirə minnətdarlıq edib.İki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışan qonaq bu istiqamətdə lazımi işlər həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb. Rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın müxtəlif ölkələrinin universitetləri ilə qarşılıqlı əlaqələrindən söz açan universitet rəhbəri ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihə haqqında məlumat verib. Qonaq son illər ölkəmizin inkişaf yolunda müsbət addımlar atdığını nəzərə alaraq bildirib ki, onlar Bakı və ona yaxın ərazidə elm, eləcə də sənayenin inkişafına xidmət edən ali təhsil mərkəzi yaratmaq niyyətindədirlər. Cənab Jun Yeonq Choi bu istiqamətdə aparılan işlər, mövcud təcrübə barədə təqdimat edib. Bu təklif üçün qonaqlara təşəkkür edən Misir Mərdanov layihənin əhəmiyyətini qeyd edib və belə bir mərkəzin Azərbaycanda fəaliyyət göstərməsi arzusunda olduğunu bildirib. Eyni zamanda nazir bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmağın vacibliyini qeyd edib. Sonra Misir Mərdanov Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində ali təhsil sahəsi üzrə aparılacaq islahatlar barədə qonaqlara məlumat verib. Görüşdə tərəflər layihə sənədinin daha da təkmilləşdirilməsini və bununla bağlı yenidən görüşərək müzakirə aparmağın vacibliyini qeyd ediblər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı