Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın 2.3 bəndinə əsasən 2008-2009-cu tədris ilində orta təhsil kursu üzrə buraxılış imtahanlarının respublikanın bütün ümumtəhsil sistemində mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulub.

İmtahan mərkəzləri üzrə hər sinif otağında 18 şagird imtahan verəcək və buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test sual kitabçası hazırlanıb. Bir bölgədə keçirilən yoxlama imtahanında tətbiq olunan test sual kitabçaları digər bölgələrdə istifadə olunmayacaq, yəni test sual kitabçaları hər bölgə üzrə müxtəlif olacaqdır.
Hər bir şagirdin cavab kartı üzərində onun şəkli çap olunacaq.
Cari tədris ilindən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarına ilk dəfə cəlb olunmuş bütün ümumtəhsil məktəblərinə test bankı paylanmışdır, keçən illərdən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında iştirak edən məktəblər isə ötən tədris ilində onlara verilmiş test bankından istifadə edə bilərlər.
Bölgələr üzrə mərkəzləşdirilmiş qaydada  yoxlama imtahanları aşağıdakı qaydada keçiriləcəkdir:
- 22.02.2009-cu il tarixində peşə liseyləri üzrə 29 imtahan mərkəzində 4495 şagird;
- 01.03.2009-cu il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları üzrə 78 imtahan mərkəzində 30579 şagird;
- 15.03.2009-cu il tarixində Quba, Qusar, Xızı, Siyəzən və Dəvəçi rayonları üzrə 15 imtahan mərkəzində 5847 şagird;
- 29.03.2009-cu il tarixində ölkənin mərkəzi aran və cənub rayonları üzrə 76 imtahan mərkəzində 24952 şagird;
- 05.04.2009-cu il tarixində ölkənin şimal-qərb rayonları üzrə 40 imtahan mərkəzində 14046 şagird;
- 12.04.2009-cu il tarixində qərb rayonları üzrə 55 imtahan mərkəzində 20997 şagird;
Müvafiq təlimata uyğun olaraq, şagird imtahana gələrkən mobil telefon gətirməməlidir, əks halda o, imtahan otağından kənarlaşdırılacaq və imtahan nəticələri ləğv olunacaqdır.


10 il əvvəl