Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Sentyabrın 9-da "Trend" İnformasiya Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov iştirak edib.
Mətbuat konfransının açılışından sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik etdiyi müəssisənin gördüyü işlər barədə qısa məlumat verərək təşkilatçılıq etdikləri tədbirlərə göstərdikləri maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova və mətbuat nümayəndələrinə minnətdarlığını bildirib. Sonra "Təhsil və Karyera" sərgisinin meneceri Xəyal Əliyeva sərginin təşkili ilə bağlı məlumat verib.
Təhsil naziri Misir Mərdanov sərgi haqqında məlumat verərək bildirib ki, 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisində dünyanın 12 ölkəsindən 53 təşkilat və şirkət təmsil olunacaq ki, bu da ötənilki iştirakçıların sayından 25 faiz çoxdur. Nazir qeyd edib ki, sərgiyə Azərbaycan təhsil sistemindən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Peşə Liseyi və digərləri qatılacaqlar.
Nazir deyib ki, ilk dəfə olaraq qeyri-hökumət gənclər təşkilatlarının və birliklərinin iştirak edəcəyini sərgidə orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələr təqdim ediləcək. "Təhsil və karyera-2009" sərgisinin ekspozisiyasına yeni sektorların əlavə olunacağını nəzərə çatdıran Misir Mərdanov ilk dəfə olaraq sərgidə məktəbli forması, orta məktəbə hazırlıq proqramları və testlər nümayiş etdirilən sektorun yer alacağını vurğulayıb.
Builki sərginin fərqli məqamlarından söz açan Misir Mərdanov karyera sektorunun geniş ekspozisiyasına Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların daxil olacağını qeyd edib. İlk dəfə olaraq "Təhsil və karyera" sərgisində İsveçrə tərəfindən mehmanxana işinin idarəolunması üzrə ali məktəbin və mövcud əmək bazarının müasir tələblərə uyğunlaşması üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkətlərin iştirak edəcəyini söyləyən nazir onu da bildirib ki, üç gün ərzində onlayn rejimində tədris proqramları, treninqlər, kurslar reallaşdırılacaq, aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqları" mövzusuna dair təkmilləşdirmə məşğələləri təşkil olunacaq, "Uşaq ili"nə həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə "Təhsil və karyera" sərgisində uşaq evləri və internatlar üçün kitab yığımı üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyası keçiriləcək.
Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
