Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 10-da “Park İNN” otelində Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və Microsoft şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Xalq kompüteri” layihəsinin icrasına başlanması münasibətilə təntənəli mərasim keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinin lisenziyalı proqramlarla təchiz olunmuş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə Azərbaycan hökümətinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Təşkilatçıların qərarına əsasən, ilkin mərhələdə 4 aylıq pilot layihə icra ediləcəkdir. Bu müddət ərzində müəllimlər layihə çərçivəsində güzəştli şərtlərlə ilk ayda 500, növbəti ayda isə 3 min kompüter əldə edə biləcəklər. Gələcəkdə layihənin daha da təkmilləşdirilərək digər sosial qruplar üçün (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) həyata keçirilməsi də nəzərdə tutulur.
Təhsil naziri Misir Mərdanov bu layihənin insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etməsi baxımından və informasiya cəmiyyətinə keçid mərhələsində mühüm rol oynayacağını bildirib. Nazir qeyd edib ki, təhsil sahəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən dövlət siyasətinin davamı olan bu layihə “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı( 2008-2012-ci illər)”nın əsas hissəsini təşkil edir. Hazırda ölkədə 170 minə yaxın müəllim olduğunu deyən təhsil naziri ilkin mərhələdə məhz müəllimlərə layihədə iştirak etmək hüququ verilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Çıxışının sonunda təhsil naziri layihənin Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərən və bu vacib addımın atılmasında xidmətləri olan qurumlara ölkənin təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həyata keçirilən təhsil islahatları sırasında son illər informasiyalaşdırmanın xüsusi önəm daşıdığını vurğulayaraq bu layihənin uğurla icra olunmasını arzulayıb və bütün iştirakçıları ilk mərhələnin başlanması münasibəti ilə təbrik edib.
Mərasimdə layihənin əhəmiyyəti, həyata keçirilməsi istiqamətində görülmüş işlər, icra mexanizmi və s. haqqında ətraflı məlumat verilib.
Sonra “Xalq kompüteri” layihəsinin icrasına başlanmasına dair dördtərəfli niyyət protokolu imzalanıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
