Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb.
Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran mühüm vəzifələrdən söz açıb. Təhsil naziri müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin inkişafına daim böyük önəm verdiyini, bu kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımız baxımından əhəmiyyətini diqqətə çatdıran Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin uğurları barədə ətraflı məlumat verib. Təhsil naziri Qafqaz Universitetlər Birliyinin ali məktəblərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracağına əminliyini ifadə edib, bu qurumun yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib.
Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz 2009-cu ildə yaradılan, 24 universitetin təmsil olunduğu qurumun qısa müddətdə keçdiyi inkişaf yolundan danışıb. Rektor bildirib ki, Qafqaz Universitetlər Birliyinin əsas məqsədi müxtəlif ölkələrin ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirmək, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması işinə təkan vermək, müəllim və tələbə mübadiləsini dəstəkləməkdən ibarətdir.
Qafqaz Universitetinin rektoru Sami Özcan qeyd edib ki, bu gün Azərbaycanın və Türkiyənin inkişaf yolu bütün sahələrdə münasibətlərin daha da dərinləşdirilməsini zərurətə çevirib. Universitetlərarası əlaqələrin inkişafına diqqət çəkən qonaq bu baxımdan Qafqaz Universitetlər Birliyi çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən söz açıb.
Misir Mərdanov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə toxunub, tariximizin dolğun şəkildə gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Bu işdə Qafqaz Universitetlər Birliyinin üzvü olan tədris ocaqlarının üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyən nazir birgə konfrans və simpoziumların keçirilməsinin zəruriliyini qeyd edib. Qafqaz Universitetlər Birliyinin ali məktəblər arasındakı əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edən təhsil naziri bu qurumun fəaliyyətinə hər cür dəstək veriləcəyini diqqətə çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
9 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilir
10.04.2025 - 18:07 -
Nazir müavini İdris İsayev Kürdəmirdə olub
10.04.2025 - 15:02 -
Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb
09.04.2025 - 18:00 -
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
09.04.2025 - 17:11 -
Nazir müavini “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfransda iştirak edib
09.04.2025 - 17:03