• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin oktyabrında 2256 müraciət daxil olub.

Müraciətlərdən 1992-si telefonla, 264-ü isə elektron poçt vasitəsilə qəbul edilib.
Qeyd edək ki, ötən ay sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Sorğularda məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrinə, orta ixtisas və ali məktəblərə dair məsələlərdən, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, məktəblilərin dərsliklərlə təminatı, təhsil müəssisələrində yaş senzinin tətbiqi, özəl ali məktəblər, təhsil sənədlərinin tanınması, məktəbli forması və digər mövzulardan bəhs olunur.
Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki nöqsan və problemlər əksini tapıb. Bu qəbildən olan 140 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 7 şikayət daxil olub. Həmin müraciətlərdə yeməklərin verilmə vaxtı, keyfiyyəti, eləcə də uşaqların bağçaya qəbulu və digər bu kimi problemlərdən bəhs edilir.
“Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 70-i Bakı, 3-ü Gəncə, 2-si Sumqayıt şəhərlərindəndir. Abşerondan 5, Cəlilabad və Yardımlı rayonlarının hər birindən 4, Şəki, Bərdə və Lerik rayonlarının hər birindən 3, Kürdəmir, Göygöl, Daşkəsən, Neftçala, Tovuz rayonlarının hər birindən 2, İmişli, Masallı, Cəbrayıl, Ağstafa, Kəlbəcər, Şabran, Şəmkir, Xaçmaz və Ağsu rayonlarının hər birindən 1 müraciət daxil olub.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında fəaliyyətində nöqsan aşkarlanmış təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırma aparılan məktəblərin direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. İşdə yol verilmiş nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta  məktəbin müəlliminə töhmət elan edilib, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdünün gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi ilə bağlı “Qaynar xətt”ə daxil olmuş 17 şikayət də aidiyyəti struktur bölmələrə yönəldilib, qaldırılan bütün məsələlər vaxtında həllini tapıb.


9 il əvvəl