ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub
Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin və enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil olunub.
Mərasimdə energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, həmçinin hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahəsinin nümayəndələri, eləcə də ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, energetika naziri Pərviz Şahbazov, “PetroVietnam” şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung çıxış edərək Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarından, enerji sahəsindəki birgə layihələrdən və Ho Şi Minin siyasi irsinin bu münasibətlərə təsirindən danışıblar.
Çıxışlar zamanı Ho Şi Minin xalqlar arasında dostluğun və həmrəyliyin təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca Memorial otağın açılışı olub.
Memorial otağın ekspozisiyasında Ho Şi Minin həyat və fəaliyyətini əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair tarixi sənədlər yer alıb.
Tədbir çərçivəsində otağa baxış keçirilib, nümayəndələr birgə xatirə şəkli çəkdiriblər. Sonda tədbirin əhəmiyyəti vurğulanaraq belə təşəbbüslərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00
