Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" tədbiri təşkil olunub.
Bakı Konqres Mərkəzində keçirilən tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri və həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.
Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim olunub. Tanınmış ifaçılar ümummilli liderin sevdiyi musiqi nömrələri ilə çıxış ediblər.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
