“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, professor Dilarə Seyidzadə, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsertdə tələbələrin ifasında ümummilli liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.
Müsabiqədə I, II və III yerlərə layiq görülən tələbələrə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Fevral-may aylarında keçirilən müsabiqəyə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrindən “Şeir”, “Azərbaycan bəstəkarlarının estrada mahnıları”, “Kollektiv ifa”, “Təsnif və xalq mahnıları”, “Rəqs” nominasiyaları üzrə 1000-ə yaxın tələbə qatılıb, 32 peşə təhsil müəssisəsindən 94, 26 orta ixtisas təhsili müəssisəsindən 113 olmaqla, ümumilikdə 207 tələbə respublika mərhələsinə vəsiqə qazanıb. Mədəniyyət və incəsənət xadimləri tərəfindən 5 nominasiya üzrə 125 nəfər qalib müəyyən olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik, hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, həmçinin gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedad və bacarıqlarını üzə çıxarmaq, onlarda nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə və incəsənətə olan marağı artırmaqdan ibarət olub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
