Nazirlər SABAH.city innovasiya şəhərciyində
19.11.2026 - 09:27
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olublar.
Nazirlər şəhərcikdə həyata keçirilən işlərlə tanış olub, startapların fəaliyyəti üçün yaradılmış kovorkinq mərkəzləri və laboratoriyaların imkanlarına baxıblar.
SABAH.city-nin inkişaf perspektivləri, eləcə də qurumlararası əməkdaşlığın potensial istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi, bu istiqamətdə maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib. Startap ekosisteminin inkişafına dəstəyin gücləndirilməsi və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması əsas müzakirə mövzularından olub.
Digər xəbərlər
-
Nazirlər SABAH.city innovasiya şəhərciyində
19.11.2026 - 09:27 -
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranmasının 10 illiyi çərçivəsində “Peşə Təhsili Forumu” keçirilib
18.11.2026 - 16:49 -
Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatı
18.11.2026 - 13:30 -
Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat
18.11.2026 - 13:00 -
Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam edir
18.11.2026 - 11:00
