Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam edir
18.11.2026 - 11:00
Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində təhsilalanların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirləri davam edir.
Layihə çərçivəsində təhsil müəssisələrində müvafiq mövzularda maarifləndirici görüşlər, təlim məşğələləri və praktiki məşqlər təşkil olunub, simulyasiya tədbirləri keçirilib, mütəxəssislər tərəfindən fövqəladə hallar zamanı düzgün davranış qaydaları izah edilib.
Cari ilin oktyabr və noyabr aylarında Bakı şəhəri üzrə 6, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 51, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 1, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 9, Qarabağ Regional Təhsil İdarəsi üzrə 20, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 10, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 2 ümumtəhsil məktəbindən 5000-ə yaxın təhsilalan layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.
Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində şagirdlərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə biliklərinin artırılması, onların belə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və təhlükəsizlik vərdişlərinin formalaşdırılması, fövqəladə hallara operativ reaksiya verilməsidir.
Layihə tədris ili ərzində davam edəcək.
Digər xəbərlər
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranmasının 10 illiyi çərçivəsində “Peşə Təhsili Forumu” keçirilib
18.11.2026 - 16:49 -
Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatı
18.11.2026 - 13:30 -
Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat
18.11.2026 - 13:00 -
Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam edir
18.11.2026 - 11:00 -
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib
17.11.2026 - 15:36
