Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib

06.11.2026 - 17:15


Noyabrın 6-da Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Tədbir Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təhsil işçilərinin məlumatlılığının artırılması, etik davranış prinsiplərinin təşviqi və korrupsiyaya qarşı davranışın formalaşdırılması məqsədilə təşkil olunub.

 

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və digər qonaqlar iştirak ediblər. 

 

Tədbirin açılış hissəsində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb. Tahir Məmmədov bu istiqamətdə əldə olunan təcrübənin gələcəkdə də davam etdirilməsinin, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin və korrupsiya risklərinin vaxtında müəyyənləşdirilərək aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə dövlət qurumlarının birgə fəaliyyəti və cəmiyyətin bütün sahələrində dürüstlük prinsiplərinin təşviqi korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edir.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında korrupsiyaya qarşı mübarizənin qanunun aliliyinin, şəffaflığın və dövlətə ictimai etimadın təmin olunmasında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə yalnız hüquqi məsuliyyət tədbirləri deyil, həm də dürüstlük, hesabatlılıq və etik davranış prinsiplərinin təşviqi vacibdir.

 

Aparat rəhbəri bildirib ki, 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinin antikorrupsiya sahəsində məlumatlılığının artırılması və korrupsiyaya qarşı dözümsüz münasibətin formalaşdırılması məqsədilə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə 2026-cı ilin birinci yarımilinin sonunadək 3 930 tədbir təşkil olunub, 149 470 iştirak qeydə alınıb.

 

Mətin Kərimli təhsil sistemində çalışan hər bir şəxsin fəaliyyətində dürüstlük, obyektivlik və məsuliyyət prinsiplərinə əməl etməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu prinsiplərin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsi sağlam və etibarlı təhsil mühitinin formalaşmasına xidmət edir.

 

Çıxışlar zamanı Milli Fəaliyyət Planının korrupsiyaya qarşı mübarizədə strateji əhəmiyyəti, məqsəd və hədəfləri, icrasından əldə olunan müsbət nəticələr, eləcə də Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluq arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin nazirlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticələri, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, dürüstlük və şəffaflıq prinsiplərinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.

 

Təlim çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti və preventiv mexanizmlərin rolu diqqətə çatdırılıb. Həmçinin dövlət qulluqçularının etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması imkanları barədə məsələlərə toxunulub.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.